Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                     Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? .....                     Şahin Mustafayev Moskvaya gedir? .....                     “Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” .....                     Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi .....                     “Hər şeyi serialların üstünə atmasınlar” .....                     "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" .....                     Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi .....                     “Kapitalbank”ın növbəti problemi .....                     Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş .....                     İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz .....                     Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək .....                     Pezeşkian erməniləri təriflədi .....                     Rusiya ağlını itirir .....                     Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır .....                     Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... .....                     Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? .....                     Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... .....                     Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM .....                     Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu .....                     Laçındakı quruculuq işləri böyük sürətlə davam edir .....                     Fransanın "mızqoyanlığı" .....                     “Fal biznesi”nin QURBANLARI .....                     Azərbaycanlılar daha ət yemirlər? .....                     TSEK bu dəfə LAP AĞ ELƏDİ .....                     ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR .....                     Ağlar günə qalan Ağsu səhiyyəsi .....                     Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı .....                     Arif Qaraşov illər sonra... .....                     Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT .....                     Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... .....                     "Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" .....                     Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ .....                     ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır .....                     Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? .....                     "Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" .....                 

Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Tarix: Bu gün, 09:20 | Çap et

Rusiya-Azərbaycan münasibətləri son həftələrdə SOCAR-ın neft bazasına və orada yerləşən kompressor stansiyasına hücumundan sonra daha da gərginləşib. “Yeni Müsavat” yada salır ki, üç il yarım davam edən müharibədə SOCAR-a məxsus infrastruktura heç vaxt hücum olmayıb. Demək, Rusiya Azərbaycanla münasibətlər korlandıqdan sonra SOCAR-ın infrastrukturunu qəsdən atəşə tutur.

Zərbələr nəticəsində 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb. Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski də SOCAR-a məxsus neft bazasına hücuma münasibət bildirib. O, hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib. “Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu, bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur”, - Zelenski qeyd edib.

Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrastrukturları hədəfə aldığını bildirib. ATƏT PA Prezidenti Pere Joan Pons və Komitə sədri Azay Quliyev isə birgə bəyanat yayaraq Rusiyanın SOCAR-a hücumunu qəti şəkildə pisləyib. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub. Telefon söhbətində ukraynalı spiker də bu hücumu pisləyib.

Görünən odur ki, Rusiya getdikcə ağlını itirir və Azərbaycana qarşı düşmənçilik, bu ölkədə yaşayan azərbaycanlılara münasibətdə dini və milli ayrı-seçkilik siyasəti yürütməyə başlayıb. Çünki enerji obyektlərimizə hücumlarla yanaşı, Rusiyadakı diasporumuz da hədəfə alınıb. Son olaraq Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib. FTX-nin qərarı ilə onun Rusiya pasportu ləğv olunub və ölkəyə girişinə qadağa qoyulub.

Bəs bu cür münasibət daha nə qədər davam edəcək? Rusiya Azərbaycanla münasibətlərdəki böhranı nizamlamaq yerinə vəziyyəti daha da gərginləşdirən hərəkətlərə yol verməklə nə demək istəyir və gözləntisi nələrdir?

Analitik Elxan Şahinoğlu hesab edir ki, Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib. Onun fikrincə, Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəlləməyə çalışır. Bununla belə, politoloqa görə, SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq: “Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik transformatorları göndərildi. Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kreml rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər”.

Onun dediyinə görə, Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə, gərginlik daha da artır: “Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli isə hesab edir ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan gərginliyin davam etməsi və bir sıra Moskva rəsmilərinin, Kremlin nəzarəti altında olan medianın sistemli şəkildə Azərbaycana münasibətdə təcavüzkar xarakterli fikirlər səsləndirməsi Rusiya hakimiyyətinin müəyyən təxribatlar törətmək niyyətindən xəbər verir: “Azərbaycana raket zərbələri endirmək, Ukraynada olduğu kimi Cənubi Qafqazda da "xüsusi hərbi əməliyyatlar" keçirmək, Ermənistandakı 102-ci hərbi bazaya əlavə hərbi hissələr və silahlar gətirilməsi barədə məlumatlar, Azərbaycanda ləzgi və talış separatizmini qızışdırmaq üçün cəhdlər dediklərimizi təsdiq edir".

Q.Əlibəylinin sözlərinə görə, SSRİ dağılandan sonra yeni müstəqil dövlətləri Rusiyanın təsir məkanında saxlamaq üçün müxtəlif üsullardan istifadə olunur: “Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların yaradılması da məhz bu məqsədə xidmət edirdi. Hazırda həmin qurumlar Rusiyanın istəklərinə uyğun fəaliyyət göstərə bilmədikləri üçün Moskva postsovet məkanında açıq hərbi təhdidlərə keçir, Gürcüstan və Ukraynada olduğu kimi birbaşa hərbi müdaxiləyə başlamaq niyyətini gizlətmir. Ona görə də Cənubi Qafqazda, xüsusən də Azərbaycanda Rusiyanın hansı təxribatlar törədə biləcəyi məsələsi diqqəti cəlb edir”.

Mütəxəssisin fikrincə, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycana münasibətdə Rusiyanın təsir imkanları faktiki olaraq yox dərəcəsindədir: “Azərbaycanda Rusiyanın hərbi hissələri yoxdur, erməni separatizminin kökü kəsilib, ləzgi separatizminin qarşısı alınıb, ayrı-ayrı şəxslərin talış separatizmini yaratmaq istəkləri olsa da, onların fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb, ümumiyyətlə, separatizm əhval-ruhiyyəsi ləzgi və talış xalqları arasında geniş yayılmayıb. Azərbaycanın radikal müxalifətinin də ayrı-ayrı rus siyasətçiləri ilə müxtəlif səviyyəli əlaqələri olsa da bütövlükdə rusiyayönümlu deyil, daha çox Qərbə meyllidir. Azərbaycan iqtisadiyyatına, kommunikasiya xətlərinə də Rusiyanın təsir rıçaqları yox dərəcəsindədir. Bir neçə gün bundan əvvəl Vaşinqtonda imzalanmış sənədlər, paraflanmış saziş layihəsi Rusiyanın faktiki olaraq regiondan çıxarılması anlamına gəlir”.

Ona görə də Q.Əlibəyli hesab edir ki, bu gün Azərbaycana qarşı Rusiya hakimiyyətinin əlində olan yeganə təsir rıçağı orada yaşayan və işləyən həmvətənlərimizdir. Onun fikrincə, Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə çağırışlar mənasız hay-küydən, hədə-qorxu gəlməkdən başqa bir şey deyil: “Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın döyüş taktikası dərsliklərə salınmış Azərbaycan Ordusu ilə ikinci cəbhə açması, ölkəmizin strateji müttəfiqləri olan NATO üzvü Türkiyə ilə, eləcə də Pakistanla, bütövlükdə Türk dünyası ilə hərbi qarşıdurmaya getməsi intihar kimi bir şey olardı. Rusiyanın siyasətində sağlam məntiq axtarmaq düzgün olmasa da, gec-tez Azərbaycanın bölgədə artan nüfuzu ilə, müstəqil siyasət yeritməsi ilə barışmaq məcburiyyətindədir".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Əliyevin Trampla görüşündə 10 gün sonra üzə çıxan gerçək – Ağ Evdə iki fərqli olay
Bu gün, 09:35
Pezeşkian erməniləri təriflədi - ISNA
Bu gün, 09:31
Rusiya ağlını itirir - Bakıya qarşı artan düşmənçilik
Bu gün, 09:20
Azərbaycanla sülh Azərbaycandan daha çox elə Ermənistana lazımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:09
Fars-molla rejiminin DƏHLİZ DƏRDİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:05
Ruslar Azərbaycanla ortaq layihələrdən İMTİNA EDİR? - NƏ BAŞ VERİR?
Bu gün, 08:54
Şahbuzun icra başçısı kimsəni SAYA SALMIR... - GİLEY
Bu gün, 08:44
Putin-Tramp münasibətlərində İNCƏ MƏQAM - İLGİNC FAKT
Bu gün, 08:35
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu - MƏQALƏ
Bu gün, 08:31
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:29
Fransanın "mızqoyanlığı" - REPLİKA
Bu gün, 08:25
“Fal biznesi”nin QURBANLARI - Cadugərlərin “tor”undan necə QURTULAQ?
Bu gün, 07:23
Azərbaycanlılar daha ət yemirlər? - Rəqəmlərlə danışsaq...
Bu gün, 07:21
TSEK bu dəfə LAP AĞ ELƏDİ - BU NƏDİ BELƏ?
Bu gün, 07:18
ABB beynəlxalq miqyasda da İŞƏ YARAMIR - BU DA FAKT...
Bu gün, 07:10
Ağlar günə qalan Ağsu səhiyyəsi - NARAZILIQ VAR...
Bu gün, 07:03
Qarabağda görünməmiş təhlükə: 30 il sonra meydana çıxdı - NƏ BAŞ VERİR?
Bu gün, 06:57
Arif Qaraşov illər sonra... - FOTOLAR
Bu gün, 06:47
Su Ehtiyatları Agentliyinin rəhbərliyi əlili qanunsuz işdən çıxarıb - Məhkəmə qərar verdi
Bu gün, 06:43
Ermənilərin Qarabağa qayıdışı... - BU AÇIQ TƏXRİBATDIR...
Bu gün, 06:39
Sabunçunun xanından Balaxanıya DÜŞMƏN MÜNASİBƏT - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:36
Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça"sını vermir... - Vətəndaşların hüququ belə tapdanır
Bu gün, 06:16
"Azərbaycan Rusiyanın raket zərbələrinə qarşı tədbir görə bilər" - GƏLİŞMƏ
Bu gün, 06:13
Quru sərhədlər YALNIZ BU HALDA AÇILACAQ - AKTUAL
Bu gün, 06:09
ABŞ-nin Avropa ölkələrinə satdığı silah Ukraynaya 10% baha qiymətə satılır - “Fox News”
Bu gün, 06:04
Rusiya “azlıq kartı” oynayır: Azərbaycan hansı cavabı verə bilər? - AKTUAL
Bu gün, 01:52
"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46
Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Dünən, 17:42
Rəqsanənin səhhətində problemlər var – Vəkil
Dünən, 17:39
AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Dünən, 17:37
Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Dünən, 17:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru