Vətən müharibəsi qazisi müşvir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                     Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? .....                     Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... .....                     Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir .....                     Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub .....                     Tanınmış iş adamı dünyasını dəyişib .....                     İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... .....                     Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? .....                     DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi .....                     KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... .....                     Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər .....                     Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü .....                     "Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" .....                     Camaat Vasif Talıbovu deyir... .....                     Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır .....                     Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər .....                     Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək .....                     “Azərkabel” ASC .....                     Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası .....                     Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Əmək haqqı alanda işçi hüquqları... .....                     Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq .....                     “Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb .....                 

Sabiq əməkdaşından nazirə ŞOK İTTİHAMLAR: - Rüşvətxor, qohumbaz…
Tarix: 16-05-2017, 08:57 | Çap et
Sabiq əməkdaşından nazirə ŞOK İTTİHAMLAR:
Aqrar sahədə yaranmış kritik vəziyyət təhlükə yarada biləcək səviyyəyə, sistemli böhran yaradacaq həddə çatıb. Mövcud problemlər uzun müddət həllini tapmadığından dərinləşməkdə davam edir.“Cümhuriyət” qəzeti bu sahədə yaranmış qüsurlara, nöqsanlara, üst-üstə yığılmış problemlərə Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi Sabir Vəliyevlə cavab tapmağa çalışıb. O, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasətlə bağlı sərt tənqidi fikirlər səsləndirib.

“Nazir kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir”

- Sabir müəllim, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri, “Agro Business Group” şirkətinin təsisçisi Əli Bayramov mətbuata açıqlamasında kənd təsərrüfatında yaranmış problemli vəziyyəti kadr çatışmamazlığı ilə izah edib. O, bildirib ki, Sabir Vəliyev kimi mütəxəssislər kənarda qaldığı halda aqrar sahəyə qeyri-peşəkar kadrlar rəhbərlik edir. Sizə, kənd təsərrüfatının inkişaf etməməsi sırf kadr problemi ilə bağlıdır, yoxsa başqa səbəb var?

- Kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin ixtisaslı kadrların çıxarıb, yerinə institutu yenicə bitirmiş maliyyəçiləri ixtisası kənd təsərrüfatına uyğun olmayan adamları nazirliyə gətirib. Burada adi şöbə müdirləri belə düzgün seçilməyib.Onların bəziləri nazirin qohumlarıdır, çoxu da rüşvətlə işə götürülüb.Bu, kənd təsərrüfatını çox böyük tənəzzülə aparır.Yəqin ki, ölkə başçısı, I vitse prezident bunları oxuyur və olanlardan xəbərdardır.Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində rəhbər işçilərin heç biri mütəxəssis deyil. Məsələn, nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsinə dair heç nə bilmir. Müavini İlham Quliyev kiminsə yaxın adamıdır. O, tikinti işçisidir, nazirlikdə təftişi, maliyyəni ona veriblər. Onun kənd təsərrüfatından anlayışı yoxdur, ümumiyyətlə, bu sahədən başı çıxmır.Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbova 17 institut tabedir. O kənd təsərrüfatında elmi-tədqiqat aparılması işlərini nə bilir ki, elmi müşavirə keçirib, istiqamət versin? O, baytarlığın, bitki mühafizəsinin, eləcə də elmin digər sahələri üzrə alimlərə nə deyə bilər? Heç nə bilməyən mütəxəssisləri gətirib nazir müavini qoymağın mənası yoxdur.

Mən 48 il dövlət qulluğunda işləmişəm. 1973-cü ildə mərhum prezident Heydər Əliyev məcburən məni Krımdan Azərbaycana gətirdi. O vaxtlar Yalta şəhərində Ümumittifaq Üzümçülük və Şərabçılıq “Maqaraç” Elmi-Tədqiqat İnstitutunun əyani bölməsinə aspiranturaya daxil olmuşdum. Heydər Əliyevlə görüşəndə demişdim ki, Azərbaycanda mütəxəssis yetişdirmək çox çətindir.Hətta təklif etmişdim ki, xarici dövlətlərdə təhsil alanları Azərbaycana cəlb etmək lazımdır.Cəlb etdi, amma nə olsun?!Heydər Əliyev sağ olsaydı, heç vaxt İsmət Abbasovu Kənd Təsərrüfatı Naziri qoymazdı.Son illər Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində nazir olan adamlar qeyri-mütəxəssis olduğu üçün peşəkar adamları oradan uzaqlaşdırır ki, ona maneçilik törətməsin.Heydər Əsədov rəhmətlik Çingiz Fərəcovu, məni, eləcə də digər işini bilən mütəxəssisləri nazirlikdə müşavir qoya bilməzdimi?Çünki hərəsi həm istehsal, həm də emal sahəsinə dərindən bələd idilər.Bu isə gələcəkdə potensiallı yeni kadr hazırlığına təkan verərdi.

“Maliyyəçinin kənd təsərrüfatında nə işi var?”

- Hazırda kənd təsərrüfatının hansı sahələr üzrə daha çox kadr çatışmazlığı hiss olunur?

- Ümumiyyətlə, tərəvəzçilik, bitkiçilik, üzümçülük, şərabçılıq, eləcə də elmi-tədqiqat sahələrinin digər sahələri üzrə mütəxəssis yetişdirmək lazımdır. Bu sahələr sıradan çıxıb. Bu sahə üzrə təhsil alanlar da özlərinə başqa sahələrdə iş axtarırlar. Çünki kənd təsərrüfatına peşəkar adamlar rəhbərlik etmir.Maliyyəçinin kənd təsərrüfatında nə işi var?Getsin, hansısa bir şirkətin prezidenti olsun.Onların kənd təsərrüfatından xəbəri yoxdur.İlham Quliyev, Seyfəddin Talıbov, Heydər Əsədovun arxasında duranlardan soruşmaq lazımdır ki, Azərbaycanı niyə dağıdırlar?

Vaxtilə üzümçülük və şərabçılıq dövlət büdcəsinin 45 faizini təşkil edirdi.Belə bir sahəni məhv etmək lazımdırmı? Yaxınlarda dövlət başçısı Nazirlər Kabinetinin iclasında dedi ki, şərabçılıq beş dəfə artırılmalıdır. Amma necə, kim? Bu işlə məşğul olan mütəxəssis biokimya, kimya, fiziologiya elmlərini bilməlidir.“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əli Bayramovu çıxarıb yerinə fermer qoyublar.Ora rəhbər olan şəxs hər bir texnikadan xəbərdar olmalıdır, bitki mühafizəsindən məlumatlı olmalıdır.Bunların hamısı ölkə üçün önəmli bir sahədir.

Əgər Kənd Təsərrüfatı Nazirliyinə peşəkar adamlar təyin edilsə, dövlət büdcəsinin böyük hissəsini kənd təsərrüfatı məhsulları ödəyərdi.Yüngül sənayeyə yer ayırmaq lazımdır.Pambıqçılıq inkişaf etdirilməlidir, toxuculuq fabrikləri tikmək lazımdır.Həmçinin yüngül sənaye nazirliyi yaradılmalıdır ki, pambıqdan və digər bitkilərdən parça toxunsun, istehlak malları istehsal olunsun. Pambıqçılıq inkişaf etsə də, bu sahələrə bələd olmayan adam onu məhv edəcək. Hər rayonda bu sahəni bilən mütəxəssislər seçilməlidir.Yerlərdə prezidentin sərəncamı ilə kənd təsərrüfatı idarələri açılıb, amma Heydər Əsədov ora qeyri-peşəkar adamları yığıb.Yerlərdə yaradılan kənd təsərrüfatı idarələrinə mütəxəssisləri idarə rəhbəri özü təyin etməlidir.Amma ora adamları Heydər Əsədov təyin edir. Bu sahə üzrə 48 il işlədim, Heydər Əliyev heç vaxt kimi işə götürmək məsələsinə qarışmadı. O, həmişə bu prinsipdə olub ki, idarə rəhbəri özü mütəxəssis götürməlidir, özü də cavabdeh olmalıdır. Kadrlar idarəsində işə götürülənlər rüşvətdən başqa heç nə bilmir.İdarə rəislərinin hamısından 60-70 min manat pul alıblar.Ora pul verib girən adamların hamısı da peşiman olub.Əvvəllər belə şey olmamışdı.Bu, biabırçılıqdı.Belə nazirlik olmaz.

“Azər Əmiraslanovun özünə dərs keçmək lazımdır”

- Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi indiyə qədər kənd təsərrüfatı sahəsində hansı işlər görüb?

- Açığı deyirəm, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov mütəxəssis deyil. Heç bir iş də görməyib. Ümumiyyətlə, o, aqrar sahəni bilmir.Onun özünü öyrətmək, dərs keçmək lazımdır.Orada mütləq aqronom olmalıdır.Torpağın mexaniki tərkibindən başlamış emal sənayesinə qədər bütün bitkilərin istehsal və emalını bilən mütəxəssis olmalıdır.Həmçinin, bütün ticarət sisteminə nəzarət olunmalıdır.İnsanların çoxu marketlərdə olan ərzaq məhsullarının keyfiyyətsizliyindən əziyyət çəkir.Bunun hamısına Aqrar siyasət məsələləri şöbəsi nəzarət etməlidir.Yerlərə yoxlamalar göndərilməlidir.Onlarda bu funksiya olsa da, işə girişmirlər. Heydər Əliyev vaxtında Aqrar siyasət məsələləri şöbəsinin icazəsi olmadan heç kimistədiyi məhsulu istehsal edə bilməzdi. Onlar hamısına razılıq verirdi, daha sonra nəzarət olunurdu.Prezident Administasiyasında Nəzarət şöbəsi olsa da, nəzarət yoxdur. O zaman bu şöbələrin müdirləri nəyə görə bu qədər maaş alır? Ümumiyyətlə, bütün sahələrdə nəzarət sistemi olmasa, onu idarə etmək çox çətindir.Dünyanın hər yerində nəzarət formalaşıb, Azərbaycanda isə tənəzzülə gedir.Məsələ məni bu yaşımda çox narahat edir.Kənd Təsərrüfatı Nazirliyində şöbə yox, baş idarə olmalıdır.Belə qanun yoxdur.Dünyanın heç bir yerində şöbə yoxdur, ancaq departamentlər var. İdarəetmə sisteminin təkmilləşməsi haqqında yeni fərman olmalıdır.Buna Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi qarışmalıdır. Onun icazəsi olmadan yerlərdə heç kim işdən çıxarılmamalıdır. Heydər Əliyevin vaxtında kənd təsərrüfatına 11 komitə baxırdı.İndi təkcə Kənd Təsərrüfatı Nazirliyi baxır.

- Kənd təsərrüfatı sahəsi spesifik sahədir. Əvvəlki uğurunu, hətta ondan da yüksək nəticəni əldə etmək üçün ilk növbədə nədən başlamaq lazımdır?

- Yalnız kadr siyasətindən başlamaq lazımdır. Kadr düzgün yetişdiriləndən sonra kənd təsərrüfatının istehsalını əvvəlkindən də yüksək səviyyəyə çatdırmaq olar. Əvvəllər kimyəvi maddələr, gübrələr çox az idi. İndi daxildə hər şeyi nizamlamaq olar.İstehlak mallarının istehsalını əvvəlkindən də yaxşı səviyyəyə qaldırmaq olar.Hazırda meyvə-tərəvəz məhsullarının qiymətləri ərşə qalxıb.Bunların qiymətini 10 dəfə aşağı salmaq olar.Nəyə görə pomidorun qiyməti 3.50-4 manat olmalıdır?Uzaqbaşı 10-15 qəpik olmalıdır.Çünki hər yerdə bostan bitkiləri əkmək olar.Qiymətləri elə nizamlamaq olar ki, əvvəlkindən də yaxşı olar.

“150 min dollara kombayn gətirirlər. O qədər pulu bir texnikaya vermək olmaz”

- Ötən il pambıq yığımına çoxlu sayda həkimlər, müəllimlər, şagirdlər, ASAN-Xidmət və digər dövlət orqanlarında fəaliyyət göstərən işçilər cəlb edilmişdi. Rəsmi məlumatlara görə Azərbaycanda 50 min tondan çox pambıq tədarük edilib...

- 2016-cı ildə pambıq yığımında göstərilən nəticə heç bir rayonun payı deyil. Vaxtilə 1 milyon ton pambıq istehsal etmişdik.İndi MKT şirkətləri yəni, “alverçi”lər rayonlarda pambıq emalının ələ alıblar.Pambıq sənayesində emalçılar yerlərdə özləri qəbul etməlidir, hətta istehlak bazarına qədər nəzarət etməlidir.Alverçilər pambığı camaatdan ucuz götürür.Nəticədə maraq ölür, emal aşağı düşür.Ona görə də müəllimləri, həkimləri sahələrə töküb pambıq yığdılar.Bu, ayıbdır.Bizim kifayət qədər fəhlə sinfimiz var. O vaxtı Özbəkistandan xüsusi pambıqyığan maşınları gətirirdik.Dərman vururduq pambığın yarpaqlarını tökürdük.Həmin maşınlar pambığın təmiz şəkildə 90 faizini yığırdı.

Qalan 10 faizi isə işçi qüvvəsi cəlb olunaraq yığılıb təhvil verilirdi.İndi bunları etmək daha asandır.Bu gün görürük ki, Almaniyadan 150 min dollara pambıqyığan texnika gətirirlər. O qədər pulu bir texnikaya vermək olmaz. Bu, Heydər Əsədovun öz uydurmasıdır ki, o pulu “yesin”.Texnikanın öz qiymətini ödəyib yarısını “yeyirlər”.Problem ondadır ki, buna da nəzarət yoxdur.Adam göndərib yerində həmin texnikanın qiymətini öyrənmək lazımdır.Bu qədər vəsaiti dağıtmaq olmaz.Çindən Azərbaycana tut tingi gətiriblər.Ölkənin istənilən regionunda tut ağacının tingini əksən, bitəcək.Bunun üçün dövlət büdcəsindən o qədər vəsait ödəmək düzgün deyil.

- Sabir müəllim, uzun müddət kənd təsərrüfatının müxtəlif sahələri üzrə rəhbər vəzifələrdə çalışmısız. Dövlət mükafatları, fəxri-fərmanlarla təltif olunmusuz, bu gün də təqaüddəsiz.Sizcə, bu gün təqaüdə çıxanlara lazımi diqqət və qayğı göstərilirmi?Yəni, keçmiş ənənələr davam etdirilirmi?

- Adətən, pensiyaya çıxanları nazir qəbul edib təşəkkür etməlidir. Amma kənd təsərrüfatında 48 il işləyən adamları pensiyaya göndərəndə Heydər Əsədov gəlmədi. Əvəzində İlham Quliyevi göndərib bizi pensiyaya yola salırdı.İlham Quliyev kimdir ki, peşəkar adamları təqaüdə göndərsin?Dünyanın dörd bir yanından yaşıdlarım zəng vurub təqaüdə çaxmağımızı təəccüblə qarşılayırdı.Bu, Azərbaycan üçün biabırçılıqdır.Əvvəllər insanları pensiyaya göndərəndə təbrik edirdilər, təntənəli iclas keçirirdilər. O vaxtı “Şərəf nişanı” ordeni və “Əmək şöhrəti” medalı ilə təltif olunmuşam, “Əməkdar Kənd Təsərrüfatı işçisi” fəxri adı almışam. Bir sıra beynəlxalq fəxri adlara layiq görülmüşəm.

Amma indi laqeydlik var. Təqaüdə çıxmış insanları qiymətləndirmək Azərbaycan kimi ölkə üçün nədir ki?Təcrübəli mütəxəssislərə qiymət verilməyəndə gələcək nəslin dövlətə qarşı inamı da itir.Bunların hamısı prezidentin üzərinə düşməməlidir.Bunun üçün kifayət qədər şöbələr, qurumlar var. Uzun müddət dövlət qulluğunda gecəsini gündüzünə qatıb çalışan insanlara prezident təqaüdü verilməyəndə kimə verilməlidir?Prezident təqaüdünü təkcə artistlər, müğənnilərmi almalıdır?Bizə verilən pulla nə müalicə etdirmək, nə də istirahətə getmək olur.İnsan ona qiymət verilməyəndə onun yaşamağının heç bir əhəmiyyəti olmur.Heç kəsə inam qalmır.Bu zaman da vətənpərvərlik olmaz.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətən müharibəsi qazisi müşvir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Bu gün, 09:06
Camaat Vasif Talıbovu deyir... - Fuad Nəcəfli BUNA NAİL OLDU...
Bu gün, 09:04
Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Bu gün, 08:50
Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək - SİYAHI
Bu gün, 08:47
“Azərkabel” ASC - LƏĞV OLUNA BİLƏR
Bu gün, 08:44
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası - AKTUAL
Bu gün, 08:35
Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
Bu gün, 08:31
KONTAKT HOME yenə öz AMPLUASINDA - "...məhkəməyə qədər daşıyacağam"
Bu gün, 08:21
Əmək haqqı alanda işçi hüquqları... - Ekspert danışır...
Bu gün, 08:07
Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq - Rəsmi Kiyev
Bu gün, 07:05
“Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 07:02
Banka kredit borcu olanlar mütləq oxusun – Bunu etməyin, əks halda…
Bu gün, 06:57
Paşinyanı "korrupsiyanın Eynşteyni" adlandıran Koçaryan hakimiyyətə iddia etdi
Bu gün, 06:36
Tramp Baydenin yaxınlarını dövlətə xəyanətdə ittiham edib
Bu gün, 06:33
Rusiya dost olmayan ölkələrə dəvət göndərdi - Şoyqunun planı nədir?
Bu gün, 06:20
Ermənistanda etirazçılar Lavrovu İranın müdafiə naziri ilə səhv saldılar - KİV
Bu gün, 06:07
Ermənistan “müsəlman” oldu: Sasunyanı qəzəbləndirən görüntü - İLGİNC
Bu gün, 06:05
Serj Sarkisyanın tərəfdarlarından Paşinyana JEST - İLGİNC
Bu gün, 01:04
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 01:01
"Hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur" - SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR
Bu gün, 00:53
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru