Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                 

Daha bir yeyinti ünvanı... - Metroya ayrılan yerlər kimlərə və necə satılıb?
Tarix: 13-03-2019, 09:55 | Çap et
Daha bir yeyinti ünvanı...
Paytaxtın Bakıxanov qəsəbəsində eyniadlı parkın qarşısında bir lövhə yerləşdirilib. Məlumat lövhəsindəki xəritə haqda deyilir ki, “M 11" stansiyasının tikinti sahəsidir.

Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 2012-ci il sərəncamı ilə torpaq sahəsi metropolitenə ayrılıb. Lövhədə göstərilən ərazidə “Mavi xətt”in tikintisi nəzərdə tutulub.

Vətəndaşlara da xəbərdarlıq edilib ki, tikinti sahəsinə kənar şəxslərin girişi qadağandır. Lakin nəinki kənar şəxslər ora daxil olublar, nəzərdə tutulan torpaq sahəsində nəhəng obyektlər tikilib. Söhbət el arasında “stansiya Razin” adlanan köhnə Bakıxanov stansiyasının ərazisindən gedir.

Bir neçə ildir ki, həmin massivdə tikinti davam edir, böyük ticarət mərkəzi salınır. Hazırda Bakı Metropoliteni 2 xətdən ibarətdir: “Xətai” - “Dərnəgül” və “İçərişəhər” - “Həzi Aslanov” xətləri.

Perspektiv İnkişaf Planında həm bu xətlərin genişlənməsi, həm də əlavə 3 yeni metro xəttinin - “Bənövşəyi”, “Mavi” və “Sarı” xətlərin çəkilməsi nəzərdə tutulub.

“Mavi” və “Bənövşəyi” xətlər Bakının şərq və qərb qurtaracaqlarını birləşdirir. “Mavi xətt” Yeni Yasamal-Bakıxanov qəsəbəsi, “Bənövşəyi xətt” isə Avtovağzal-Qaraçuxur oxunu yaradır.

Lakin illərdir ki, Bakıxanov qəsəbəsi sakinlərinin metro intizarı bitmək bilmir, gözləməkdən “gözlərinin kökü saralıb”.

Başlanğıcını Yeni Yasamaldan götürən “Mavi xətt” Sabunçu rayonunun Bakıxanov qəsəbəsinədək uzanmalıdır. Bakı Metropoliteni xətlərinin perspektiv sxeminə əsasən, “Mavi xətt”də 11 stansiya və 1 depo olacaq. “Mavi xətt”in ilk stansiyası (M-1) Yeni Yasamalda, “Bizim Market”dən bir qədər yuxarıda 77 saylı avtobusun sonuncu dayanacağı kimi tanınan ərazidə nəzərdə tutulur.

Məhz sonuncu - 11-ci stansiya Bakıxanov qəsəbəsində yerləşəcək. Hətta 3 il əvvəl məlumat verilib ki, tikinti işləri gedir. Lakin hansı ərazidə layihə icra olunduğu görünmür.

Lövhənin yerləşdirildiyi ərazi Bakıxanov parkıdır, sakinlər burada istirahət edirlər. Əraziyə giriş qadağandır deyilsə də, parkda hansı qadağadan söhbət gedə bilər?

Onunla üzbəüz, dediyimiz kimi - köhnə stansiya ərazisində isə obyektlər inşa olunub. Hələ Bakı Metropoliteninin rəisi Tağı Əhmədov olduğu dönəmdə qurumun mətbuat xidmətinin o zamankı rəhbəri Nəzakət Tanrıverdiyeva demişdi ki, sözügedən köhnə stansiya ərazisi “Bakıxanov” metro stansiyasının tikintisi üçün nəzərdə tutulub. Keçmiş mətbuat katibi Nəsimi Paşayev də bu məlumatı təsdiqləmişdi.

Amma göründüyü kimi, nə Bakıxanov metrosu tikilib, nə də “M-11" stansiyası var. Əvəzində isə ərazi satılıb, yerində ticarət obyektləri tikilib.

Həmsöhbət olduğumuz sakinlərin sözlərinə görə, Bakıxanovda tezliklə metro tikintisini gözləyirlər. Onlar buna ciddi ehtiyac olduğunu hesab edirlər. Sakinlər deyirlər ki, bu, həm tıxacların azalmasına səbəb olar, həm ictimai nəqliyyat yüngülləşər:

“Bülbülə, Əmircana gedənlər, Bakıxanovda, Komsomolskidə yaşayanlar üçün metro açılması göydəndüşmə hədiyyə olar. Qaraçuxura gedənlər də ”Neftçilər" metrosundan yox, Bakıxanovdan çıxıb qəsəbələrinə gedə bilərlər".

Sakinlər bildirirlər ki, metro üçün nəzərdə tutulan ərazi satılıbsa, Bakıxanovda bu layihənin icrasına başqa bir yer qalmır: “Bu məsələdə böyük qaranlıq var. Metropoliten aydınlıq gətirməlidir. Bizim istəyimiz metronun olmasıdır. Bakıxanovda iki problemin həlli inqilabi dəyişiklik olar: ”Razin talkuçka"sı sökülsün və metro çəkilsin. Ondan sonra görəcəksiniz ki, Qaraçuxur və Bakıxanov istiqamətində yüklənmə necə aradan qalxacaq.

İndi iki qəsəbəni birləşdirən yollar asfaltlanır, sağ olsunlar, axır ki, bu kələ-kötür yollardan canımız qurtarır. Bir də Bakıxanovda və Qaraçuxurda metrostansiyalar tikilsə və bu Bakıxanov ticarət mərkəzi köçürülsə, lap əla olardı".

Xatırladaq ki, 2011-ci ildə prezident İlham Əliyevin fərmanı ilə Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib.

Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər Bakı Metropoliteni stansiyalarının sayı 76-ya çatdırılacaq.
“Yeni Müsavat”

Daha bir yeyinti ünvanı...
Daha bir yeyinti ünvanı...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru