Mayakovski sakinləri NƏDƏN VƏ NİYƏ NARAHATDIR? - MÜRACİƏT
Tarix: 28-02-2023, 09:22 | Çap et
 DİA.AZ: - "Salam hörmətli “diaaz.space” saytının əməkdaşları. Dünən bir çox saytlarda müəllifi Şeyx Teymur olan “Merin nəzərinə: Bakıda cəhənnəm yaşanacaq!” məqaləsini oxudum. Bütün paytaxt sakinləri üçün aktual olan və obyektiv yazılmış məqalə xoş təsir bağışladı, jurnalistikanın azad olduğuna bir daha əmin oldum. Bu məqalə eyni zamanda şəxsən mən və daha 60 mənzilin sakini üçün də aktualdır. Çünki biz məqalədə qeyd edilən Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanındakı binanın sakinləriyik". Bu sözlər sözügedən ünvandakı binanın sakinləri adından danışan Elşad Hacıyevin DİA.AZ-a müraciətindəndir. Müraciətdə daha sonra deyilir: "Problemin mahiyyəti ilə sizi daha yaxından tanış etmək istərdim. Bizim bina 1932-ci ildə inşa edilmişdir. 90 ildən artıq istismarda olan yaşayış binası bu illər ərzində 1 dəfə də olsun əsaslı və ya cari təmir edilməmişdir. İstismar və iqlim təsiri nəticəsində binanın pilləkən qəfəsləri və eyvanları yararsız vəziyyətə gəlmişdir. Yaşayış binası 12 ildən artıqdır ki, qəzalı vəziyyətdə olan binalar siyahısına daxil edilmişdir. İllərdir Nərimanov RİH bina sakinlərinə binanın “qısa müddət” ərzində söküləcəyi və bizim mənzillə təmin ediləcəyimizi bəyan edirdilər. 2018-ci ildə FHN binanın istismar üçün təhlükəli olması və təcili sökülməsi haqqında xüsusi qərar da qəbul etmişdir. 2022-ci ilin sonunda qəflətən BŞİH yadına düşür ki, 12 il qəzalı vəziyyətdə olan və 5 il əvvəl bina sakinlərinin təhlükəsizliyi üçün FHN tərəfindən sökülməsi tövsyyə olunan qərar yerinə yetirilməlidir. Nərimanov RİH məmurları bir ay ərzində binanın söküləcəyi, pilot layihənin ləğv edildiyini və sakinlərə 1 kv.m. üçün 2000 manat kompensasiya ödəniləcəyi haqqında bildiriş etdilər. Bizim yaşadığımız binada mənzillərin sahəsi kiçik olduğundan kompensasiya məbləğinə bu ərazidə yeni mənzil almaq qeyri mümkündür. Məsələn, 1 otaqlı mənzillərin sahəsi 15-17 kv.m., 2 otaqlı mənzillərin sahəsi 35-36 kv.m. təşkil edir. Ödəniləcək 30-35 minə 1 otaqlı mənzil sahibləri nəinki Nərimanov rayonunda,heç Azərbaycanın ucqar rayonunda belə mənzil ala bilməzlər. Digər 2 və 3 otaqlı mənzil sahibləri də eyni problemlə üzləşiblər. Məhz bu səbəbdən 250 nəfərdən artıq bina sakini təklif edilən kompensasiyadan imtina edir və birmənalı olaraq uzun illərdir məskunlaşdıqları ərazidə yalnız mənzillə təmin edilmələrini tələb edirlər. Nərimanov rayonu ərazisi üzrə Milli Məclisin deputatı, Nərimanov RİH başçısı ilə keçirilmiş görüçlərdə bina sakinlərinin tələbinin haqlı olduğu qeyd edilmişdir. Eyni zamanda RİH başçısı c-b E.Həbibullayev problemin həll edilməsində sakinlərə heç bir kömək göstərə bilməyəcəyini, bunun üçün resuslarının və ya təsir imkanlarının məhdud olduğunu vurğuladı. Kompensasiya məbləğinin Nazirlər Kabineti və BŞİH tərəfindən müəyyən edildiyini vurğuladı Belə məlum olur ki, əvvəla kompensasiya məbləğinin hesablanması prosesində NK və BŞİH köçürmə anına ərazidə mövcud olan real bazar qiymətlərini nəzərə almayıblar. İkincisi isə, kompensasiya almaq istəməyən, mənzil tələb edəm əmlak sahiblərinə alternativ təklif imkanları araşdırılmamışdır. Digər mühüm məsələ ondadır ki, hal-hazırda paytaxtda yaşayış binalarının inşası üçün icazə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Bu səbəbdən BŞİH və rayon İH tikinti şirkətlərinə təsiri minimal səviyyədədir. Eyni zamanda BŞİH və rayon İH iri layihələrin həyata keçirilməsi üçün resursları məhduddur (əgər şəxsi inşaat şirkətləri yoxdursa). Bu halda Alatava və digər ərazilərdə böyük söküntü işlərinin həyata keçirilməsi perspektivləri yenə inşaat şirkətlərinin ümidinə qalır. Bu layihənin də Sovetski, Xutor, Kubinka, Papanin layihələri kimi “yarımçıq” qalmayacağına yalnız dua və ümid etmək qalır".
Məsələ ilə əlaqədar diaaz.space olaraq bütün əlaqədar qurum və təşkilatların da mövqeyini işıqlandırmağa hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|