Göyçay sakinləri həyatlarının təhlükədə olduğunu deyirlər... - GİLEY
Tarix: 25-04-2023, 08:53 | Çap et
 DİA.AZ: - Göyçay rayon Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Göyçay rayonu Çərəkə kəndində sakinlərin həyatı təhlükədədir. Kənddə transformatorlar mühafizəsiz haldadır. Elektrik dirəkləri qəzalı vəziyyətdədir, naqillər öz istismar müddətini başa vurub. Şəkildə gördüyünüz kimi, "Azərişıq" ASC sanki Göyçayın Çərəkə adlı kəndini unudub və ya ümumiyyətlə buradan xəbərsizdir. Hətta kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyimizin binasındakı divarlara quraşdırılmış elektrik sayğaclarının belə insanların həyatı üçün təhlükəli olduğu açıq-aşkar görünməkdədir. Hansıki Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində: "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər" - qeyd olunmuşdur. Dəfələrlə "Azərişıq" ASC-nin qaynar xətt nömrəsinə zəng edərək bu haqda şikayətimizi bildirmişik. Lakin, nəticəsi olmayıb. Göyçay Elektrik Şəbəkəsinin rəisi Ziya Quliyevə gəldikdə isə o, kəndimizdə yaranmış təhlükəli faktlardan heç də məlumatsız deyildir. Rayonun bir çox yerlərində olduğu kimi, fəsillər boyu Çərəkə kəndində zəif külək əsərkən, yağış və qar yağdığı zaman elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranır, gecələr qaranlıqlara qərq oluruq. Bu, kəndimizdə artıq adət halına çevrilib. Həmçinin, yağan güclü yağış kənd ərazisində yerləşən transformatorların hər hansısa birini və ya bir neçəsi partladaraq sıradan çıxarır. Belə qorxunc hallar əksər vaxtlarda yanğınlara səbəb olur. Hadisə yerinə FHN-nin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilir. Ən betəri isə Göyçay rayon Çərəkə kənd 1-saylı tam orta məktəbin həyətində qoyulmuş transformatordur ki, bu, şagirdlərin həyatı üçün olduqca təhlükəlidir. 5556 nəfərdən çox əhalisi, 2000-dən çox təsərrüfatı olan kəndimizin yaxası "Azərişıq" ASC Göyçay Elektrik Şəbəkəsinin özbaşınalıqlarından və məsuliyyətsizliyindən tezliklə xilas edilməlidir. Sizdən həm öz adımdan, həm də Çərəkə kənd sakinləri adından çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı faktların yerində, obyektiv araşdırılması və təcili tədbirlər görülməsi üçün tapşırıq verəsiniz. Mən gənc ictimai fəal olaraq öz vətəndaşlıq borcumu yerinə yetirmək istədim. Ümid edirəm ki, şikayətim yüksək səviyyədə təmin ediləcəkdir".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq...






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|