"Şuşanın xarici təqdimatını etmək də böyük əhəmiyyət kəsb edir”
Tarix: 8-05-2021, 08:32 | Çap et
 Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.Sərncamda qeyd edilir ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur:“1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır”.
Həmçinin bildirilib ki, Şuşa 2020-ci il noyabrın 8-də rəşadətli ordumuz tərəfindən işağaldan azad edilib. Artıq Şuşada bərpa-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib.
Şuşanın Mədəniyyət paytaxtı elan edilməsi haqda fikirlərini “Sherg.az”la bölüşən xalq artisti Afaq Bəşirqızı çox sevindiyini və arzusunun reallaşdığını söyləyib:
“Bundan sonra orada tədbirlər təşkil ediləcək. Şuşanı dünya arenasına çıxarırıq. Xarici təqdimatını etmək də böyük əhəmiyyət kəsb edir. Şuşada musiqilərimizin nümayiş olunması və sairə mühüm rol oynayır. Onlar hamısı bir məktəbdir”.
Məlum təşəbbüsü yüksək qiymətləndirən Azərbaycanın xalq rəssamı , professor, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov deyib ki, Qarabağ həmişə bizim üçün əziz və doğmadır:
“Şuşa isə oranın konservatoriyası olub. Şuşada, Qarabağda gözəl xanəndələr, əvəzsiz səslər doğulub. Təəssüf ki, Qarabağımız 30 ildir işğalda idi. Ordan olan vətandaşlar yurdlarından qaçqın düşdülər. Fikrimcə, həmin illər ərzində o istedaddan bir balaca uzaqlaşdılar.
Çünki həmin qabiliyyət Qarabağın torpağından, suyundan gəlirdi. Düşmən evlərlə, abidələrlə, torpağımızla yanaşı bu istedadlara da zərbə vurdu.
Özləri də işğal olunmuş torpaqlarda inkişaf etmədilər, xarabalıqdakı bayquş kimi yaşadılar. Lakin mədəniyyətimizə müəyyən qədər zərər toxundu. Xalçalarımızı oğurlayıb, öz adlarına çıxardılar və xaricdə satdılar. Mənfur düşmənimiz həmişə belə naqis olub”.
Sənətkar həmçinin qeyd edib ki, cənab Prezidentin fikirləri ilə tamam razıdır:
“Bir də düşünürəm ki, Şuşa həm də Qarabağın paytaxtı olmalıdır. Çünki o ada layiqdir. Axı Şuşa əzizimizdir. Görün o cənnət məkandan kimlər çıxıb. Şuşada çox dahi insanlar, şəxsiyyətlər boya-başa çatıb. Ona görə bu təşəbbüsü dəstəkləyirəm. Bir mədəniyyət xadimi kimi əlimdən gələn köməyi etməyə hazıram. Fikrimcə, orda müasir tələblərə cavab verən muzey tikilməlidir. Rəssamların əsərləri sərgilənməlidir.
Məsələn xaricdə dostlarım var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmnuniyyətlə gələcəyik. İnşallah Qarabağda festivallar keçirək, konsert proqramları təşkil edək, teatrlar yaradaq. Bu gözəllik Allahın bəxş etdiyi paydır.
Tanrının hədiyyəsini göz bəbəyimiz kimi qorumalıyıq. Qarabağa xas olan xalçaçılıq sənətini bərpa etməliyik. Qarabağın özünəməxsus xalçaçılıq məktəbi var idi. Bütün bunları yenidən canlandırmalıyıq.
O zaman Qarabağdan çıxan dahilərin, istedadlı adamların sayı daha da artacaq. Prezidentin təşəbbüsünü eşidəndə çox sevindim. Qürurverici addımdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19 |
|
|
|
| • Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14 |
|
|
|
| • Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08 |
|
|
|
| • İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05 |
|
|
|
| • Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40 |
|
|
|
| • Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37 |
|
|
|
| • “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23 |
|
|
|
| • Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20 |
|
|
|
| • İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16 |
|
|
|
| • Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14 |
|
|
|
| • SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14 |
|
|
|
| • Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12 |
|
|
|
| • Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10 |
|
|
|
| • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07 |
|
|
|
| • Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44 |
|
|
|
| • 'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41 |
|
|
|
| • 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28 |
|
|
|
| • SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25 |
|
|
|
| • ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43 |
|
|
|
| • Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41 |
|
|
|
| • Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39 |
|
|
|
| • Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26 |
|
|
|
| • Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24 |
|
|
|
| • Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05 |
|
|
|
| • “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03 |
|
|
|
| • Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01 |
|
|
|
| • "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56 |
|
|
|
| • Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48 |
|
|
|
| • Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47 |
|
|
|
| • Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44 |
|
|
|
| • "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43 |
|
|
|
| • Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39 |
|
|
|
| • Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35 |
|
|
|
| • KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25 |
|
|
|
| • Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23 |
|
|
|
| • İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18 |
|
|
|
| • Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50 |
|
|
|
| • Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49 |
|
|
|
| • “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43 |
|
|
|
| • Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31 |
|
|
|
| • Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24 |
|
|
|
| • “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19 |
|
|
|
| • Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11 |
|
|
|
| • Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
2-05-2026, 12:03 |
|
|
|
| • Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
2-05-2026, 11:44 |
|
|
|
| • AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
2-05-2026, 11:35 |
|
|
|
| • Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
2-05-2026, 11:17 |
|
|
|
| • Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
2-05-2026, 11:15 |
|
|
|
| • Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
2-05-2026, 11:08 |
|
|
|
| • Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
2-05-2026, 11:06 |
|
|
|
|