Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                 

"Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?!" - ETİRAZ
Tarix: 10-05-2021, 08:32 | Çap et
"Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?!"
“Mən 1978-ci ildə partiya üzvü idim, bizi aktyorlar evinə çağırmışdılar, hesabat gedirdi, biz də nəsə yazırdıq. Çox keçmədi ki, gəlib bizi seçkilərə apardılar. Ulu öndər Heydər Əliyev də orada idi. İnsanlar da çox idi, bir qadın gətirib ona məktub verdi, hamı bir-bir yaxınlaşıb ona problemlərini deyirdi. Hamını da böyük səbrlə dinləyirdi. Mən tərəfdə adam az idi, ulu öndər mənə doğru yaxınlaşdı. Həqiqətən də onun gözlərinə dik baxmaq olmurdu. O vaxtı da bizim Gənc Tamaşaçılar Teatrının özülü qoyulmasına baxmayaraq iş getmirdi. Ulu öndərə dedim ki, bir 10 illik gənclər bilməyəcək ki, Gənc Tamaşaçılar Teatrı hardadır?. Biz tamaşaçılarımızı itiririk. O da sual verdi ki, bəs indi neynirsiniz? Dedim ki, rayonlara, şəhərlərə qastrol səfərlərinə gedirik, boş qalmırıq. Partiya üzvləri və rəhbərləri mənə ulu öndərlə danışmayım deyə göz-qaş edirdilər. Mən onlara məhəl qoymadım və danışdım. Heydər Əliyev mənim bu sözümdən sonra yanında duran səlahiyyətli insanlara teatrla bağlı göstəriş verdi. Bu görüşdən sonra mənim başım çox ağrıdı, müxtəlif yerlərə çağırıb dedilər ki, biz bu problemi bilirdik, sən niyə açıb Heydər Əliyevə dedin?! Mən də dedim ki, ona pis söz deməmişəm ki! Mənim cavanlığım gedir, sadəcə teatrın tikilməyini istəmişəm.O anda özüm üçün hər şey istəyə bilərdim, yaranmış fürsətdən istifadə edib deyə bilərdim ki, uzaqda yaşayıram, evim yoxdur, əmək haqqım aşağıdır! Mən heç nə istəmədim, demədim. O ildən binanın tikintisini davam etdirdilər. 1988-ci ildə teatrın açılışı oldu”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Məsumə Babayeva deyib.

Aktrisa daha sonra əlavə edib:

“Mən hələ tələbə ikən Akademik Milli Dram Teatrda işləmişəm, orada 4 tamaşada uşaq rollarında oynamışam. Dahi rejissor Mehdi Məmmədov məni görüb demişdi ki, o yeniyetmələrin içində aktrisa olsa bir bu qız olacaq. Daha sonra Mehdi Məmmədov mənə kitab da bağışlamışdı, xətrimi çox istəyirdi. Sonra mənim təqdimatımı Ağdam Dövlət Dram Teatrına verdilər, lakin atam ağır xəstə olduğu üçün gedə bilmədim. Məni Gənc Tamaşaçılar Teatrına göndərdilər. Bu teatrda o qədər rollar oynamışam ki. Teatrda həm də oğlan rollarında çıxış edirdim. Bir gündə 3-4 tamaşada oynayırdım, bütün günüm teatrda keçirdi. Hər zaman da məni aldadırdılar ki, adını fəxri ad üçün siyahıya əlavə etmişik. Amma bizə Nahidə xanım İsmayılzadə direktor gələndən sonra teatrın 90 illiyində adımı göndərdi, mənə fəxri ad yox, “Tərəqqi” medalı verdilər. 2014-cü il martın 10-da “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişəm. Bir də Teatr Xadimləri İttifaqı mənə “Sənətkar” medalını təqdim edib. Başqa heç nə. O vaxt prezident mükafatı olanda dedilər ki, ildə bir aktyor alacaq. Hər il də eyni aktyorlar aldı. Bu dəfə də adımı siyahıda görmədim. Bilmirəm mənə qarşı niyə bu münasibəti bəsləyirlər?! Sonra bir vəzifəli adamın qəbulunda oldum. Mənə dedi ki, Kamal (o vaxtkı direktorumuz) yaxşı adam idi ki, ona yaxınlaşıb, pulunuzu verib alardınız da! Dedim ki, mən uzun illərdir, bu teatrın repertuar yükünü çiyinlərimdə daşıyıram. Həmkarlarım bir pilləkən çıxanda mən ikisini birdən çıxmışam. Mənə niyə münasibət belə olmalıdır ki!?

50 ildir ki, teatrda çalışıram, düzdü, indi rəsmən teatrdan çıxmışam. Hal-hazırda 400 manat pensiya ilə dolanıram, bilmirəm yeməyə çatdırım, iynə-dərmana, yoxsa kommunal xərclərə?! Teatrda müqavilə ilə işləyirəm, nə tamaşa oynayıramsa, onun pulunu alıram. Bir ildən çoxdur ki, pandemiyaya görə teatr fəaliyyətsizdir, ona görə də teatrdan qonorar almıram. Nə film çəkilişləri var, nə də ki, serial. Oturmuşam evdə, çətinliklə dolanıram. Heç kimə də ağız açmıram, nə deyim?! 15 il bundan öncə qəzetdə kimlər fəxri ad almışdı, hamısının siyahısı çıxmışdı. Bu dəfə də adım siyahıda çıxmadığı üçün donub qalmışdım. Gəlib metroya girdim, artıq özümü saxlaya bilmədim, gözümdən yaş sel kimi çantamın üstünə tökülürdü. Çıxıb gəldim evə, qapını açıb içəri girən kimi hönkür-hönkür ağlamağa başladım. Oğlum da həyətdə işləyirdi, uşaq qorxdu. Dedi ki, ana nə olub? Heç nə də deyə bilmirdim, haçandan-haçana hönkürtüm dayandı. Dedim ki, bu dəfə də fəxri ad ala bilmədim. Uşaq məni sakitləşdirib dedi ki, ana, öləndə səni mən dəfn edəcəyəm?! Düzdü? Dedim ki, hə! Dedi ki, sən fikir eləmə, qəbir daşına “Xalq artisti” yazdıracam. Fəxri ad verməsələr də fikir etmə. Bu sözə o qədər güldüm ki, bu dəfə gözüm gülüşdən yaşardı. Yaddaşımda bu hadisə o vaxtdan iz qoydu. Allah heç ona da nəsib etmədi ki, məni dəfn etsin. 2009-cu ildə oğlum rəhmətə getdi”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Dünən, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
2-05-2026, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
2-05-2026, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
2-05-2026, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
2-05-2026, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
2-05-2026, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
2-05-2026, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
2-05-2026, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
2-05-2026, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
2-05-2026, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
2-05-2026, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
2-05-2026, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
2-05-2026, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
2-05-2026, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
2-05-2026, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru