"Hər halda atam mədəniyyət sahəsi üçün az şey etməyib" - ETİRAZ
Tarix: 19-06-2021, 08:54 | Çap et
 Mərhum Xalq artisti Arif Quliyevin ölümündən 40 gün keçməsinə baxmayaraq, qəbirüstü daşı hələ də hazırlanmayıb. Məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən mərhumun oğlu Rövşən Quliyev bildirir ki, ailə üzvləri bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözləyir:
"Atam vəfat edəndən sonra anamın vəziyyəti ağırlaşıb. Əvvəl də xəstə idi, atamın vəfatından sonra səhhəti daha da pisləşib. Onun səhhətinə görə, atamın məzarını hazırlamağa maddi imkanımız çatmır. Mədəniyyət Nazirliyi bu baxımdan bizə yardım etsə, yaxşı olar. Hər halda atam mədəniyyət sahəsi üçün az şey etməyib. Ən azından birləşib qəbirüstü daşını götürmək olar". Məlumat üçün bildirək ki, A.Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
Müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.
Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.
Qeyd edək ki, ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu. Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21 |
|
|
|
• "Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16 |
|
|
|
• “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13 |
|
|
|
• Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30 |
|
|
|
• Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27 |
|
|
|
• Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22 |
|
|
|
• Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19 |
|
|
|
• Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34 |
|
|
|
• "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31 |
|
|
|
• Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18 |
|
|
|
• Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15 |
|
|
|
• Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22 |
|
|
|
• Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18 |
|
|
|
• Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04 |
|
|
|
• "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02 |
|
|
|
• "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59 |
|
|
|
• Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55 |
|
|
|
• Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25 |
|
|
|
• “Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58 |
|
|
|
• Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55 |
|
|
|
• Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51 |
|
|
|
• Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49 |
|
|
|
• "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42 |
|
|
|
• “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35 |
|
|
|
• Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27 |
|
|
|
• "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11 |
|
|
|
• Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08 |
|
|
|
• Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00 |
|
|
|
• Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50 |
|
|
|
• Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45 |
|
|
|
• Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43 |
|
|
|
• Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37 |
|
|
|
• Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17 |
|
|
|
• 200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16 |
|
|
|
• 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14 |
|
|
|
• Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08 |
|
|
|
• Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01 |
|
|
|
• Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
23-08-2025, 09:55 |
|
|
|
• 170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
23-08-2025, 09:52 |
|
|
|
• Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
23-08-2025, 09:32 |
|
|
|
• Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
23-08-2025, 09:30 |
|
|
|
• Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
23-08-2025, 09:23 |
|
|
|
• Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
23-08-2025, 09:06 |
|
|
|
• "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
23-08-2025, 09:03 |
|
|
|
• Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
23-08-2025, 08:56 |
|
|
|
• İşçi məsuliyyəti... - Ekspert danışır...
23-08-2025, 08:49 |
|
|
|
• Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
23-08-2025, 08:40 |
|
|
|
• "Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
23-08-2025, 08:04 |
|
|
|
• “Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
23-08-2025, 07:51 |
|
|
|
|