“AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                 

Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur - GİLEY
Tarix: 2-01-2022, 13:00 | Çap et
 Kaskadyorun başına bir iş gəlsə, onun hüquqlarını qoruyacaq qanun yoxdur
Sain Fərhad Beynəlxalq "Nomad Stunts" peşəkar kaskadyorlar komandasının üzvüdür. Döyüş səhnələri üzrə xoreoqraf Hollivudda və dünyanın bir çox ölkələrində peşəkar kursları fərqlənmə ilə bitirib. O, eyni zamanda xarici ölkələrdə çəkilmiş filmlərdə rol alıb. DİA.AZ xəbər verir ki, "Əli və Nino", "Don Marleone", "Tomris", "RRR" və sair filmlərdə çəkilmiş kaskadyor-aktyor yaradıcılığı və "Action" film janrının Azərbaycandakı vəziyyəti ilə bağlı Sputnik Azərbaycan-a danışıb.
Müsahibimizin sözlərinə görə, illər əvvəl təsisçisi olduğu "Action Academy"-nin fəaliyyəti dayanıb:
"Nizamnaməni yeniləmişik. Gələn ilin əvvəllərində daha böyük təşkilatın yaranmasını geniş ictimaiyyətə çatdıracağıq".
Həmsöhbətimizin fikrincə, kaskadyorluq sahəsində Azərbaycanda həmişə boşluq olub:
"Tutaq ki, film çəkilir, hər kəsdən - rejissordan, operatordan, aktyordan müsahibə alınır, amma kaskadyoru yada salan yoxdur. Halbuki xarici ölkələrdə kaskadyor-aktyorlara xüsusi diqqət ayrılır".
Sain bunun günahını onlardan əvvəl çalışan kaskadyorlarda görür:
"Bizdən əvvəl gələn kaskadyorlara robot kimi münasibət bəsləyiblər, onlar da bununla barışıblar. Ona görə də bu gün kaskadyorun Azərbaycanda heç bir nüfuzu yoxdur. Çalışıram ki, insanların bu sənətə olan münasibətini dəyişim".

"Azərbaycanda bu janr həm də ona görə zəif inkişaf edib ki, Azərbaycanda kaskadyorların çəkiliş meydançasında başına bir iş gəlsə, onların hüquqlarını qoruyacaq elə bir qanun da yoxdur:
"Onlarla heç bir müqavilə bağlanmır. Müqavilədə onların vəzifəsi ya aktyor, ya da pirotexnik kimi göstərilir. Sırf kaskadyor işinə aid müqavilələr yoxdur. Ümid edirəm, ümumi təcrübəmdən istifadə edərək, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bizdə bu boşluqları dolduracağam".

"Action" janrını Azərbaycanda inkişaf etdirən kaskadyor bildirir ki, bu sahənin Azərbaycanda inkişafı üçün Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov ona bu işdə dəstək olurlar. O, həmçinin bir neçə il öncə Mədəniyyət və İncəsənət Universitetinə bu sahənin inkişafı ilə bağlı təklif verib:
"İstədim ki, bu sahə üzrə aktyorları hazırlayım, istəmədilər. Hazırda universitetdə tədris olunun "Qılıncoynatma sənəti" çox bəsit tədris olunur. İnanmıram ki, orada avropalıların, yaponların, çinlilərin döyüş texnikasını öyrətsinlər. Çünki, bunları bilən mütəxəssis yoxdur. Bir çox teatrlara da bununla bağlı təkliflər verirdim, master-klass keçmək istədim. Hamısı "baxarıq", "rəhbərliklə məsləhətləşərik" kimi "vəd"lər verdilər".

Müsahibimiz bildirir ki, kaskadyor sənəti çoxlarının düşündüyü kimi təkcə atlanıb-düşmək, maşın vurdu, maşın çırpıldı və sair demək deyil. Kaskadyor odur ki, bu sənəti daim inkişaf etdirsin və yenilikləri öyrənsin. Kaskadyor çətin fəndlərin imitasiyasını yerinə yetirən peşə sahibidir:
"Azərbaycanda filmlərin büdcəsi zəif olduğundan, bizə də az qonorar ayırdıqlarına görə biz də bacarığımızı istədiyimiz kimi çatdıra bilmirik. Bir neçə saat vaxt verirlər, biz də ürəyimiz istədiyi kimi bacarığımızı göstərə bilmirik. Bir müddət öncə komediya filmlərinə axın var idi. O da camaatın başını qatmaq üçün idi".
Sain deyir ki, Azərbaycanda çox az büdcə ilə işləyir. Buna baxmayaraq, rejissorlarla iş birliyində ortaq məxrəcə gələ bilmirlər. Kaskadyor bunu yerli rejissorlarımızın bu işdən məlumatlı olmaması ilə əlaqələndirir:
"Bu yaxınlarda müharibə mövzusu ilə bağlı filmə məni dəvət elədilər. Qonorar məsələsində razılaşa bilmədik. Gedib ən ucuz, özünə "kaskadyor" deyənləri filmə çəkdilər. Baxan tamaşaçı da deyir ki, "bu gedib erməniyə qalib gəlib?" Heç olmasa, Zəfər tariximizlə bağlı film çəkəndə peşəkarlara müraciət etsinlər. Çünki həmin filmə əcnəbilər də baxacaq, öz döyüşçülərimiz də. Amerikada, Ukraynada və İsraildə hərbçilərdən taktik gedişləri və odlu silahdan istifadə etməyin qaydalarını öyrənmişəm, amma burada tətbiq edə bilmirəm. Çünki, bizdə keyfiyyət istəmirlər. Əslində bizdə istedadlı insanlar çoxdur, sadəcə onların potensialını ortaya qoymaq üçün maddiyyat lazımdır".

Dünyanın bir çox ölkələrində çalışan Sain onların təcrübəsindən də bəhs edib:
"Mən Hindistan, Küveyt, Qazaxıstan, Rusiya və digər ölkələrdə çəkilən filmlərdə rol almışam. Bizimkilər hind filmlərinə ağız büzürlər, amma mən onlarla çalışanda istəyirdim ki, iş bitməsin. Yağış yağanda sevinirdim ki, çəkiliş uzanır. Amma burada istəyirəm ki, çəkiliş bitsin, gedim".

Pandemiya tanınmış kaskadyordan da yan keçməyib. Müsahibimiz həmin dövrü çox gərgin keçirdiyini söyləyir: "Çox ölkələrdə böyük layihələrimiz dayandırıldı. Az hərəkət etməkdən stress yaşadıq".
Kaskadyor hər şeydən öncə böyük iradəyə malik olmalıdır, deyir müsahibimiz. Onun fikrincə, fiziki cəhətdən güclü olan şəxs həm də iradə cəhətdən də güclü olmalıdır:
"Mən həmişə ağrı çəkirəm. Amma insan güc tapmalıdır, özünü toplamalıdır. Bir yerin sındı, göyərdisə, sən qorxub çəkilməməlisən. Sənin canın ağrı çəksə də, sən bunu tamaşaçıya hiss etdirməməlisən".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru