“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                 

“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq - Replika
Tarix: 13-01-2022, 08:23 | Çap et
“Sonuncu şam yeməyi” hər kəs üçün olacaq
Adəmdən üzü bu yana hələ bir mövzu olmayıb ki, insanlar onun barəsində yekdil və tam həmrəy olsunlar. Hətta bütün səmavi dinlər də birmənalı şəkildə iddia edir ki, ilk insanın – Adəmin övladları belə, ümumi məxrəcə gələ bilməyiblər, nəticədə yer üzündə ilk qətl törədilib - Qabil Habili qanına qəltan edib.

Əgər belə bir vəziyyət bəşəriyyətin lap gündoğan dövründə hökm sürübsə, indiki zəmanədəki durumu təsəvvür etmək olar. Odur ki, heç bir məsələ ətrafında vahid fikir yaranmasını gözləmək sadəlövhlükdən savayı bir şey olmazdı. İstənilən iş, istənilən fəaliyyət tənqidə tuş gəlməlidir, mütləq bir ağız büzən olacaq. Bu, normal haldır. Amma tənqiddən də tənqidə fərq var...

Sovet dövründə komediya və estrada janrında parlayan bir cütlük var idi – Şirvindt və Derjavin. Onların bir səhnəciyində qəti yumor hissindən məhrum şəxsin obrazını canlandıran Derjavinə tərəf müqabili lətifə danışırdı: “Bir dəfə Nil çayı ilə timsah üzür, pəncəsində də 10 rubl...” “Ciddi adam” Şirvindtin sözünü kəsirdi: “Bir dayan! Misir səhrasında yaşayan timsah sovet pulunu necə tapıb axı...”.

Bu səhnəcik son günlər sosial şəbəkələrdə artıq ölkəmizdə kifayət qədər populyarlıq qazanmış Əlixan Rəcəbovun təqdim etdiyi son işi – “Sonuncu şam yeməyi” qısametrajlı filmin müzakirələri zamanı yazılanlarla tanış olduqdan sonra xatirəmdə canlandı. Filmi başdan sona qədər danışmaq fikrində deyilik, çoxları da bəlkə izləyiblər. Qısaca olaraq bircə onu deyək ki, Əlixan ürək sözlərini, qəlbindəkiləri cəmiyyətə çatdırmaq üçün bu dəfə dəfn mərasimini və bu mərasim ətrafında cərəyan edən hadisələrin satirik təqdimatını seçib.

Təəssüf ki, 52 dəqiqəlik filmin əsas ismarıcı çoxlarının diqqətini cəlb etməyib. Bir qisim insanlar isə ümumiyyətlə filmi tam fərqli müstəvidə, eyni ilə yuxarıda xatırlatdığımız “ciddi insan” kimi anlayıblar. Xüsusən də narazı qalan kütləni Əlixanın yas mərasimlərinə və dəfn ənənəsinə sarkastik baxışı hiddətləndirib. Bəs konkret olaraq nə?

Məsələn, Əlixana irad tuturlar ki, nə üçün ölünü yuyan mürdəşir mərhumun oğlundan 150 manat tələb etdi? Axı, əslində bu dövlət rüsumu daha az məbləğdir. Qəribədir, deyilmi? Misir səhrasındakı timsahın pəncəsindəki əsginasa irəli sürülən iradı xatırlatmırmı? Və yaxud Əlixanın mollanı yumoristik çalarlara bürüməsi. Məgər fırıldaqçı, pulgir, məclisi birtəhər yola verib aradan çıxan din xadimi azmı görmüşük?

Başqa bir məqam. Gənclərin dəfn zamanı, daha sonra isə mərhumun qırx məclisində zarafatlaşmaları, kənar söhbət edərək mollanı dinləməmələri bəzilərini əsəbiləşdirir. Niyə? Məgər yas mərasimlərinin böyük əksəriyyətində mollanı dinləyən olur ki? Ya mərhuma heç bir yaxınlıq və qohumluğu çatmayanların zarafatları yenilikdir?

Və son olaraq daha bir irada nəzər salaq. Əlixanın yazdığı ssenaridə mərhumun vəsiyyətinə uyğun olaraq onun cənazəsinin yanında meyxana deyilir. Bu da bəziləri tərəfindən həm mərhuma, həm də ümumiyyətlə ənənələrimizə hörmətsizlik hesab edilib. Çox nahaq! İnternetdə sadə axtarış nəticəsində sazla, vağzalı ilə edilən neçə-neçə dəfnlərin kadrlarını izləmək mümkündür. Axı Əlixan bunu həyatın içindən götürüb! Düzdür, meyxana olmayıb. Hələ ki! Amma Əlixan da axı sənədli film çəkməyib.

Bir məsələyə də xüsusi diqqət çəkmək istərdik. “Sonuncu şam yeməyi”ndə yumor, satira, ironiya, sarkazm müxtəlif peşə sahiblərinə, müxtəlif yaş qruplarına aid insanlara tətbiq edilib. Amma ümumilikdə nə dini, nə əxlaqi, nə mənəvi, nə tarixi irsimizə və dəyərlərimizə toxunulub. Tənqid oxlarına onlar yox, fərdlər, ümumən cəmiyyət tuş gəlib.

Filmin əsas ismarıcına gəldikdə isə... Epizodların birində Əlixanın qəhrəmanı “40 gün necə gəldi keçdi, heç bilmədim” söyləyir. Cavabında isə sevimli aktyorumuz Şamil Süleymanovun ifasında izlədiyimiz qoca dillənir: “40 il necə gəldi keçdi, bilmədim”.

Demək olar ki, bu, filmin kulminasiya nöqtəsidir. Bütün zarafatlar, yumor, sarkazm 52 dəqiqəlik filmdə tamaşaçılara məhz bunu çatdırmaq üçün səfərbər edilib: “Dünya fanidir, zaman sürətlə ötüb keçir. Bütün çalışmalar, dünya malını qazanmaq üçün bütün fırıldaqlar bir gün heç olacaq, hər şey bu dünyada qalacaq. İnsan isə bu dünyaya necə əliboş gəlmişdisə, elə də əliboş torpağın altına gedəcək. Tək-tənha! Elə isə bu dünya üçün bu cür hoqqalardan çıxmağına dəyərmi?”.

P.S. Əlbəttə ki, zövqlər fərqli olur və zövq haqqında mübahisə məhsuldarlığı çox aşağı olan bir əməldir. Amma hər halda, istənilən tənqidi söylədikdə əndazəni gözləmək, ən azından qarşı tərəfin də arqumentlərinə qulaq vermək, vicdanın səsini dinləmək lazımdır. Dünya axı fanidir. İstənilən şam yeməyi sonuncu ola bilər...

Müəllif: Polad Xudayarlı
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru