Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

"İş var ki, necəsə də getsin, yenə də işsizəm"
Tarix: 7-02-2022, 07:34 | Çap et
"İş var ki, necəsə də getsin, yenə də işsizəm"
“Film sənayesinə baxanda teatrlarda nisbətən yaradıcılıq qalıb. O da paytaxt teatrlarında. Əyalət teatrlarında durum qənaətbəxş deyil. Səbəb isə peşəkar aktyor və rejissorların olmamasıdır. Ən əsası isə, bəzi əyalət teatrlarına rəhbərlik edənlər teatr işindən xəbərsizdirlər. Buna görə də, teatrları “zavod”, “fabrik” kimi işlədirlər”. DİA.AZ ktyor, prodüsser İbrahim Türksoyun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- İşləriniz necə gedir, nə işlə məşğulsunuz, belə deyək, dolanışıq haradan çıxır?

- İş var ki, necəsə də getsin, yenə də işsizəm. Məni bir il işə götürəndə, iki il də “pauza”da saxlayırlar - növbəli əkin torpağı kimi (gülür). Təbii ki, belə bir durumda da dolanışıq ürəkaçan deyil. Ayda bir-iki şənlik təşkil edərəm, ya yox, ordan əldə etdiyim gəlir də bir həftəlik bəs edir. Sağ olsunlar, bacı-qardaş, bir-neçə dost-tanış hesabına birtəhər yola verirəm. Bir sözlə, durum acınacaqlıdır, özümə ölüm arzulayıram. Şair demiş, deyəsən, onun da yolu bu tərəfdən düşməyəcək. Ailə, dost-tanış yanında üzü qara olmaq çox çətindir.

- Bəs sənətdən, teatrdan uzaq düşməyinizin səbəbi nədir?

- Uzun müddət sənətdən, teatrdan uzaq düşdüm. Beş il teatrdan uzaq qalmağımın səbəbi mən deyildim, teatr rəhbərliyinin qərarıydı. Direktor öz məktəb yoldaşım idi. Rəhbərliyi tənqid edirdim, xoşlarına gəlmədi, buna görə də oradan uzaqlaşdırıldım. Beləliklə, bir müddət kənarda qalım. Teatr kollektivində baş girləmək asan deyil. Amma 2020-ci ildə yenidən Mingəçevir Dövlət Dram Teatrına qayıtdım. Bu dəfə isə başqa bir işə görə həbs olundum. Bu ittihamları da qəbul etmədim, etmirəm. Beləliklə, yenidən səkkiz ay teatrdan, sənətdən uzaq düşdüm.

- Bəs bu, yaradıcı fəaliyyətinizə necə təsir göstərir?

- Səhnədən uzaq düşmək məni heç cür dəyişə bilməz, çünki Allahın verdiyi istedad haqq dünyaya gedənədək səninlə olur. Mən bu tərəfdən xoşbəxtəm ki, Allah mənə istedad, bacarıq, savad, məntiq verib, buna görə şükr edirəm. Bu üzdən uzaq qaldığım illərin yaradıcılığıma mənfi təsiri olmayıb. Kənarda da yaradıcı işlərlə bacardığım qədər məşğul olmuşam. Təbii ki, peşəkar səhnə tamam başqadır.

- Seriallar, filmlər çəkilir, heç təklif alırsınız?

- 2013-cü ildən bəri nə film, nə də seriallara təklif almışam. Yalnız bəzi telekanallar verilişlərə dəvət ediblər. Özüm müstəqil yaradıcılıqla məşğul olmuşam, oluram.

- Ümumiyyətlə, mövcud kinomuzun durumunu necə qiymətləndirirsiniz?

- Əlbəttə, inkişafa cəhdlər var. Son illərdə çəkilmiş “Nabat” kimi səviyyəli filmlərin sayı az olsa da, nəsə etməyə çalışırlar. Ümumilikdə isə durumdan razı deyiləm. “Şən və hazırcavablar klubu”ndan çıxan aktyorlarla normal, peşəkar film çəkmək elə də asan deyil. Belələri gənc nəslə nə verə bilərlər? Düşünürəm ki, heç nə. Bir əyri cığır açıblar, gənclər də ora dönürlər və beləcə sənətdən uzaq düşürlər.

Xüsusən də komediya filmlərinin durumu ürəkaçan deyil. Özlərini gülüş obyektinə çeviriblər. Tamaşaçını güldürmək istəyirlər, amma axırda özlərini ələ salırlar. Adam utanır. İstedadlı insanlara imkan vermirlər ki, özlərini göstərsinlər. Əlbəttə, içlərində istedadlılar da var, onları da görməzdən gəlmək olmaz. Amma çox azdır. Buna görə də, yaxşı mərsiyəxan lazımdır ki, oturub kinomuzun gününə ağlasın.

- Bəs teatrların durumu necədir?

- Kinomuzla eyni durumda olduğunu deməzdim. Film sənayesinə baxanda teatrlarda nisbətən yaradıcılıq qalıb. O da paytaxt teatrlarında. Əyalət teatrlarında durum qənaətbəxş deyil. Səbəb isə peşəkar aktyor və rejissorların olmamasıdır. Ən əsası isə, bəzi əyalət teatrlarına rəhbərlik edənlər teatr işindən xəbərsizdirlər. Buna görə də, teatrları “zavod”, “fabrik” kimi işlədirlər. Dövlət başçısının bu sahəyə diqqətin artırılması tapşırığı verdikdən sonra müsbət dəyişiklik hiss olunur. Mədəniyyət nazirimiz dəyişib, yeni ab-hava gəlib, yeni qaydalar tətbiq edir. Amma bəzi əyalət teatrlarına hələ də sənətdən uzaq insanlar rəhbərlik edirlər.

Yeri gəlmişkən, Vüsal Mehrəliyev mənim də sənət ocağım sayılan Mingəçevir Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib. Aktyor kimi də istedadlıdır, inanıram ki, rejissor kimi də özünü göstərəcək. Onun rejissor kimi daha üstün keyfiyyətlərə malik olduğunu düşünürəm. Vüsal teatr sahəsində yüksək nəzəri və praktiki bilik və bacarıqlara malik azsaylı sənətkarlardan biridir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Boris Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsini bitirib. Yəni ümidlər yeni baş rejissoradır. İnanıram ki, sənətin nə olduğunu, sənətkarın kim olduğunu və ən əsası teatrın bazar yox, yaradıcı məkan olduğunu “alverçilər”ə başa salacaq. Hesab edirəm ki, digər teatrlar üçün də belə təyinatları davam etdirmək lazımdır. Bu cür təyinatlar teatrımızda canlanma yarada bilər.

- Əvvəllər kliplər çəkirdiniz, bu fəaliyyətiniz davam edəcəkmi?

- Bu işimi indi də davam etdirirəm. Həvəskar rejissor kimi qısametrajlı film və vaynlar da çəkirəm. Amma bu işdə də irəli getmək üçün maliyyə və dəstək lazımdır. Belə dəstəyi tapmaq isə asan deyil, bunun üçün də “istedad” lazımdır. Görürəm ki, Allahın verdiyi istedadın iş görməyə aidiyyəti yox imiş. Lazım olan şərait yoxdur. Buna baxmayaraq, çalışıram, bəlkə bir gün gördülər. Təbii ki, qiymət olmayanda həvəsdən düşürəm, bitkinləşirəm, passivləşirəm. Amma yaşamaq lazımdır. Bir gün hər şeyin fərqli olacağına inanıram, ümidsiz olsa da, gözləyirəm.

- Bəs film və ya teatrla bağlı nə kimi layihələriniz var?

- Yenidən teatrda çalışmağı düşünürəm, fərqli bir obraz canlandırmaq istəyim var. Həmçinin, qismət olsa, quruluşçu rejissor kimi təcrübə qazanmaq istəyirəm, yenidən özümü yoxlamaq arzusundayam. Mədəniyyət nazirimiz və nazirliyin sektor rəhbərlərinin işimlə bağlı maraqlandıqlarını bilirəm. İnanıram ki, bacarığımdan istifadə edərək, teatrda sənətə töhfə verə biləcəyəm. Əlavə olaraq, teatrın və burada görülən işlərin daha geniş auditoriyaya çatdırmaq kimi işlərin də öhdəsindən gələ bilərəm.

Filmlərə gəldikdə, böyük ehtimalla, yaz aylarından başlayaraq ekranlara dönmək və yeni filmlərdə rol almaq mümkün ola bilər. Eyni zamanda, bütün layihə və yeni yaradıcı işlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyinin göstərişini və köməyini gözləyirəm. Ümid edirəm ki, bu çağırışlarımı eşidəcəklər. Mədəniyyətimizi inkişaf etdirmək üçün əl-ələ verməliyik, başqa yolumuz yoxdur.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru