"Həyat yoldaşım həmin görüntüləri görəndə hönkürüb ağladı"
Tarix: 10-02-2022, 09:52 | Çap et
 Bu gün əməkdar artist, florist-rəssam Suğra Bağırzadənin doğum günüdür. DİA.AZ xəbər verir ki, 75 yaşı tamam olan sənətkar Moderator.az-a doğum günü ilə bağlı açıqlama verib.
“Çox şükür ki, 75 yaşıma çatdım. Doğum günüm mənim üçün bir bayramdır. İlk təbriki hər zamankı kimi ailə üzvlərimdən, daha dəqiq desək həyat yoldaşımdan alıram. O məndən tez işə gedir, səhər oyananda görürəm ki, mənə güllər və digər hədiyyələr alıb. Heç bilmirəm ki, o hədiyyələri yoldaşım harada gətirib gizlədir. Bu əlbəttə ki, mənim üçün çox xoş sürprizdir. Ətrafımdan, həyatımdan, dostlarımdan çox razıyam. Bilirsiniz, insan şükür etməyi bacaranda həyatdan ləzzət alır” deyə aktrisa bildirib. Suğra xanım baxımlı olmağının sirlərini də bizimlə bölüşüb. “Bu yəqin ki, genetikdir. Mən xoşlamıram ki, qadınlar xarici görünüşlərinə müdaxilə etsinlər. Hər zaman anamı yadıma salıram, o 83 yaşında dünyasını dəyişdi, amma çox gözəl qadın idi, nuranı siması var idi. Deyirdim ki, çox istəyirəm qocalanda görünüşüm anamın siması kimi olsun” deyə aktrisa bildirib. Suğra Bağırzadə ən yaddaqalan doğum gününü də xatırlayıb. “Kinematoqrafçılar İttifaqında mənim 50 illik yubileyimi qeyd edirdilər. Bax bu mənim yadımda qalıb. Kinostudiyada da doğum günümü qeyd etmişdik. O vaxt bütün dostlarım sağ-salamat idi, biri royalda çalırdı, biri ifa edirdi, digərləri oynayırdı. Dostlarım, yaxınlarım həyatda idi. Heç kimi itirməmişdim. İndiyə qədər bu doğum günüm mənim yaddaşımdan silinmir” deyə aktrisa bildirib. Suğra Bağırzadə film həyatından da danışıb. “Məni “Ulduz” filmindəki Yetər obrazından sonra o qədər filmlərə dəvət etdilər ki. Amma atam qoymurdu, deyirdi ki, sən mühəndis olacaqsan, bizim nəsildən aktrisa çıxmayıb. Ailə həyatı qurana qədər mən heç bir filmdə rol almadım. Ailə həyatı qurandan sonra atam müdaxilə edə bilmirdi, həyat yoldaşım heç bir söz demədi, mənə qadağa qoymadı. Mənə deyirlər ki, dəqiq azərbaycanlıya oxşamıram. Bilmirəm niyə belə fikirləşirlər?! Bəlkə mən digər qadınlardan niyə görəsə seçilirəm?! Bu vaxta qədər çəkildiyim seriallarda, filmlərdə rejissorlar hər zaman məndən razı qalıblar. Heç vaxt eşitməmişəm ki, kimsə məndən narazıdır. İndi ancaq nənə, ana rolları oynaya bilərəm. Bu günlərdə “Şəhid anası” qısametrajlı bir filmdə şəhid anası obrazına çəkilmişdim. Biləndə ki, bu obrazı oynayacağam axşamdan yemək yeməmişdim ki, sifətim bir az yorğun olsun, gözlərim şişmişdi. Hər şey etmişdim ki, sifətim bir az qocalsın. Bu da aktyorun düzgün hazırlığıdır. Bir gün həyat yoldaşım işdən evə gələndə mən ona bu filmi göstərdim. Həyat yoldaşım bu filmə baxa bilmədi, görüntüləri görəndə yeməyini yarımçıq saxlayıb, hönkürərək ağladı. Bu filmə heç kim ağlamadan baxa bilmir” deyə aktrisa bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
|