Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

“Televiziyalardan qonorar tələb edilməsi yersizdir” - Qulu Məhərrəmli belə deyir
Tarix: 11-02-2022, 08:32 | Çap et
“Televiziyalardan qonorar tələb edilməsi yersizdir”
Xəbər verildiyi kimi, müğənnilər Xatirə İslam, Natəvan Həbibi və reper Elşad Xose verilişlərə çıxmaq üçün qonorar istəyib. Şairə Nazilə Səfərli Xatirə İslama dəstək olaraq, qalmaqallı fikirlər səsləndirib. O, sosial şəbəkədə yaydığı videomüraciətində deyib: “Xatirə yerdən-göyə qədər haqlıdır. Əgər bir sənətçi televiziyanı qazandırırsa, televiziya da onu qazandırmalıdır. Dünyada da belədir. Sadəcə, niyə Azərbaycanda bunu etmirlər? Azərbaycan sənətkarlarla dolu ölkədir.

Ona görə də televiziya rəhbərləri düşünür ki, ”olmasın o, olsun başqası". Demirik ki, toya yarım saata 5 min manata gedən müğənniyə telekanal da 5 min versin, 100 manat da olar. Televiziya rəhbərləri o pulu evinə aparır. Hamısının villası, şəraiti, uşağının, arvadının sürücüsü var. Bunu sənət adamlarının sayəsində edirsiz. Reytinqi də biz məşhurlar veririk. Evdən çıxanda makiyaj, geyim - bütün bunların hamısı puldur. Bunları sizə ediriksə, təşəkkür etməlisiniz. 15 saniyəlik reklam efirdə 1500, 30 saniyəlik reklam 2 min manatdırsa, verilməlidir".

Qalmaqala “SOY” prodakşının rəhbəri Oqtay Əliyev də qoşulub. O, müğənnilər Xatirə İslam, Natəvan Həbibi və reper Elşad Xosenin efirə çıxmaq üçün qonorar istəməsinə münasibət bildirərkən deyib ki, həmin məşhurlar qonorarla efirə çağırılmayıb: “Onları pul verərək dəvət edən oldumu? Xeyr! Bu da bütün sualların cavabıdır. Onlar dedilər ki, qonorarla çıxırıq. Cavab da odur ki, heç kim çağırmır. Qurtardı, getdi. Heç bir problem yoxdur. Onsuz da efirlər davam edir”.

Müğənni Natəvan Həbibi isə verilən açıqlamaya bu cür reaksiya verib: “Müğənnilərdən qazanan belə deməlidir də... Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələr vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin...”

Beləliklə, qarşlıqlı ittihamlar qızışmaqda davam edir. Bəs mütəxəssislərin bu məsələdə mövqeyi necədir?

DİA.AZ xəbər verir ki, tanınmış teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İki kateqoriya sənətçilər var: televiziyanın arzuladığı və efirə vermək istədiyi sənətçilər, sənəti ilə məşğul olan, lakin bəlli bir dövrə qədər özlərinin reklamı üçün televiziyadan istifadə etməyə çalışanlar. Əlbəttə ki, hansı həqiqi sənət daşıyıcısıdır, bunu indi müəyyənləşdirmək çox çətin olur. Çünki indi sənət tendensiyasından gələn bir çox neqativlər var və bu reallıqdır. Qonorar tələbinə gəldikdə isə müəllif hüquqları baxımından bu normaldır. Yəni bu gün əgər televiziya Qara Qarayevin musiqisini səsləndirirsə, ya onun varislərinə, ya da onun adına olan fonda müəyyən məbləğdə maliyyə köçürür. Və yaxud televiziyada tanınmış rejissorun, ya aktyor, aktrisanın filmi göstərilirsə, ona pul ödənilir. Eləcə də digər iddia olan musiqi xadimləri ilə bağlı bu hal olmalıdır. Lakin indiki real təcrübə onu göstərir ki, belə bir ənənə yoxdur, tutaq ki, hansısa müğənninin həm klipini efirə verib, həm də ona pul ödənilsin. İndi bu məsələ əksinədir. Bu baxımdan düşünürəm ki, qonorar tələbi real deyil. Ona görə ki, televiziyaların özü bir çox hallarda orta səviyyədə oxuyan müğənniləri cəlb edir və onlar da maraqlıdır ki, televiziyada görünsünlər, toy sifarişləri alsınlar”.

Qulu Məhərrəmli qeyd etdi ki, əgər hansısa sənətçi televiziyadan pul almaq istəyirsə, onun televiziyalarla konkret müqaviləsi olmalı və bu, müəllif hüquqları ilə əsaslandırılmalıdır: “Qeyd etdiyim kimi, bu da indiki zaman üçün real deyil. Xüsusən də özəl televiziyaların buna heç imkanı yoxdur. Yalnız büdcədən maliyyələşən televiziyalar bu və digər formada bu hüquqları qorumağa çalışır. Ona qalsa, televiziyada çıxış edən müəlliflərə, ekspertlərə də pul ödənilməlidir. Amma indi kimə pul ödənilir ki? Sovet dövründə müəlliflər verilişə, radioya gəlib çıxış edirdisə, onlara pul yazılırdı. Eləcə də qəzetdə yazıları çap ediləndə bunun üçün qonorar ödənilirdi. Çox təəssüf ki, buna son qoyulub. Lakin güman ki, nə vaxtsa hüquq münasibətləri tənzimlənəndə bu məsələ də yəqin ki, gündəmə gələcək. İndi isə bu haqda danışmaq həm tezdir, həm də yersizdir. Sənətçilər yaxşı olardı ki, özlərini inkişaf etdirsinlər”.

Tanınmış teleaparıcı Turan İbrahimov isə bunları qeyd etdi: “Özəl televiziyalar hər zaman reytinq uğrunda mübarizə aparıb. Yəni reytinq və auditoriyanı nəzərə alıb ona reklam verən şirkətlərin ödədiyi pul uğrunda mübarizə aparıblar. Əgər televiziya verilişində hansısa müğənninin auditoriyası vasitəsilə reytinq qazanıb, oradan pul əldə edirsə, bu pulun müəyyən hissəsini müğənniyə ödəyə bilər. Dünya praktikasında bu var. Xüsusilə də müəyyən status qazanmış, nüfuzlu auditoriyası olan müğənnilər bu cür şoulara çıxıb o şoulardan pul qazanırlar. Yəni həm verilişləri qazandırır, həm də özləri oradan qonorar alırlar. Azərbaycanda isə bu praktika yoxdur və bu praktikanın olması üçün iqtisadi əsas da yoxdur. Telekanallarımızın auditoriyası çox məhduddur, müğənnilərin iştirakı ilə olan şou verilişlər əvvəlki qədər geniş auditoriya qazana bilmir. Doğrudur, hələ də müəyyən qədər gəlir gətirən verilişlər var, amma əvvəlki nüfuz yoxdur. Bütün bunları nəzərə alaraq, bizim bəzi müğənnilərin verilişlərə çıxmaq üçün qonorar tələb etməkdə haqlı olduqlarını deyə bilərik, belə haqları var, lakin bunun iqtisadi əsası yoxdur”.

Əməkdar artist, müğənni Elza Seyidcahan da həmkarlarının qonorar tələb etməsində haqlı olduğunu bildirdi: “Şəxsən mən öz verilişimə qonaq gələn həmkarlarıma müəyyən qədər hədiyyələr verirəm. Yəni verilişimizin sponsorları var və onlardan qonaqlarımız üçün xüsusi hədiyyələr ayırırıq. Mən özüm də bəzən verilişlərə gedəndə qonorar verməsələr də, hədiyyələr, paketlər verirlər. Elə aparıcılar var ki, artıq onlar bizim üçün təkcə aparıcı deyil, yaxın dostlarımızdır, onlarla çörək kəsir, bir ailə kimi oluruq. Biz verilişə dəvət ediləndə sanırıq ki, onun evinə dəvət olunmuşuq. Ona necə deyə bilərəm ki, mənə qonorar ver, sonra gəlim. Əlbəttə ki, aparıcının özü də bilir ki, Elza verilişə gələndə qızıl vaxtını ayırır. Bugünlərdə evimdə tozsoran xarab olmuşdu. Bir aparıcı məni verilişə dəvət edəndə dedim ki, sponsorlarınız var, mənə hədiyyə edəndə elə edin ki, həmin hədiyyədən məndə olmasın. Soruşdu ki, nə istəyirsən? Dedim ki, evdə tozsoranım xarab olub. Beləliklə, verilişə getdim, sual-cavab etdilər və mənə çox bahalı tozsoran hədiyyə etdilər. Yəni hörmət qarşılıqlıdır. Əlbəttə, bu mənim də ən böyük arzumdur ki, televiziya kanalları bizə qonorar versinlər. İnanıram ki, vaxt gələcək bu bizdə də olar.

Beləliklə, bu məsələdə nə müğənniləri, nə də televiziyaları qınayıram. İndi elə bir zamandır ki, bir-birimizi başa düşməliyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru