Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                 

"15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil!" - REAKSİYA
Tarix: 19-02-2022, 09:19 | Çap et
"15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil!"
İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov həbs edildi. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, bu şəxslər barəsində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub. Məlumdur ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün saxlanılmışdı.

Müğənninin səfərini əks etdirən videomaterial sosial şəbəkələrdə yayıldıqdan sonra faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma başladılıb. M.Ağayev və onunla birlikdə səfər etmiş şəxsin Bakıda olduğu müəyyən edilərək polis idarəsinə dəvət edilib. Araşdırma zamanı müəyyən olunub ki, onlar işğaldan azad edilmiş ərazilərə qanunsuz yollarla, icazəsiz səfər ediblər. Sonrası isə artıq məlumdur.
Müğənninin Vətən sevgisi hər nə qədər anlaşılan və təbii qəbul edilsə də, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması da tamamilə hüquqidir. Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz, icazəsiz səfərlərin qadağan olmasını bilməlidir. Bilir də, şühbəsiz. Bilməmək mümkün deyil. M.Ağayev Azərbaycanda yaşayır və qanunlardan xəbərdardır. İşğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlərə qadağa da yenilik deyil. Belə olan halda M.Ağayev, eləcə də qanunsuz səfərlərə can atan bəzi vətəndaşları qadağaları pozmağa sövq edən nədir? DİA.AZ-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qanunları pozan şəxslərin cəzalanmasını düzgün hesab etdiyini bildirdi:

- Burada söhbət təkcə Manaf Ağayevdən getmir. Mənim Manaf Ağayevlə şəxsi tanışlığım yoxdur, ona qarşı hər hansı antipatiya da bəsləmirəm. Deyəcəyim fikirlər, sırf Manaf Ağayevə ünvanlanmış hesab edilməsin. Mən ümumiyyətlə toplumda mənəviyyata zidd davranışlar sərgiləyənləri nəzərdə tuturam. Qudurğan davranışlara qarşı cəmiyyətdə çox ciddi təpki, ictimai qınaq olmalıdır. Həm inzibati, həm də maarifləndirmə baxımından. Mən daim bu həqiqəti təkrarlayıram ki, hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, o cəmiyyət özünü tənzimləyir. Amma hansı cəmiyyətdə ki maddi dəyərlər önə çıxır, o cəmiyyətlərdə balans pozulur. Bu, mənim fikrim, mənim gəldiyim qənaət deyil. Dünya filosofları, alimləri bunu deyir. Biri 2000 manata mobil telefon nömrəsi alır və bunu reklam edir, müxtəlif sosial platformalarda paylaşır. Belə adama üzr istəyirəm, ifadəyə görə, axmaq deyərlər. İnsan niyə 2000 manata nömrə almalıdır? Sadə nömrədən istifadə edəndə nə olur ki? “Alçaq”mı olur adam, yoxsulmu görünür, yoxsa nə?! Yaxud birisi az qala avtomobil qiymətinə nömrə alır. Başı xarab, həm də cılız adamlardır onlar. Bilirsiz, insanların maddiyyata önəm verməsi, cəmiyyətdə mənəvi dəyərlərin aşağılanmasının, mənəviyyatın arxa plana keçməsinin göstəricisidir. Və bu, çox təhlükəlidir. Bütün bunlar cəmiyyətdə mənəvi dəyərləri sıxışdıran amillərdir və cəmiyyətdə gərginlik yaradır. Ona görə də müştəbehliklə, mənəm-mənəmliklə ciddi mübarizə aparılmalıdır. Çünki cəmiyyətdəki gərginliyin kökü bundan qaynaqlanır. Maddiyyatla gündəmdə qalmağa çalışanlar da mənəvi cəhətdən kasad insanlardır. Özlərini təsdiqin yolunu maddiyyatda görürlər. Bunlar çox nöqsanlı və ölkənin tərəqqisinə ziyan vuran haldır.

Ə.Qəşəmoğlu qeyd etdi ki, qanun pozucularının cəzalanmasının tərəfdarıdır, lakin cəzalar törədilən əmələ adekvat olmalıdır:

- İnsanların işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyi, xüsusilə də 28 il işğal altında qalmış torpaqlarda doğulub, boya-başa çatmış insanların doğma yurdlarını görmək, ziyarət etmək istəyi başadüşüləndir. Bütün vətəndaşlarımız, hər kəs Qarabağa səfər etmək arzusundadır. Amma müəyyən qadağa varsa, buna əməl edilməlidir. Qadağalar səbəbsiz deyil. İnsanların həyatına təhlükə yarana bilər deyə, qadağa qoyulub. Amma Qarabağa səfərlər, görürük ki, son zamanlarda intensivləşib. Avtobus marşrutları açılıb. Bəlli bir istiqamət üzrə səfərlər təşkil edilir. O yerlərdə ki, təhlükə sovuşub, ora insanların səfər etməsinə icazə verilir. Bunun üçün də müvafiq strukturların icazəsi alınmalıdır. Manaf Ağayev, yaxud da hansısa digər vətəndaşımız, əgər səfər etmək istəyirsə, bəlli orqana müraciət edib, icazə aldıqdan sonra gedə bilər. Manaf Ağayev niyə kollektiv şəkildə səfər etmir? Niyə ayrıca, məxsusi səfər edir ki?!. O da başqaları kimi müraciət edərdi, kollektiv halda təşkil olunan səfərlərə qatılardı. Kim olursa olsun, insanların özünü nümayiş etdirmək cəhdini tənqid edirəm. Amma 15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil. Bu şəxslərlə bağlı başqa inzibati tədbir də görülə bilərdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru