"Deyirdi ki, sancı məmə, yenə nə işin düşüb mənə?"
Tarix: 21-02-2022, 08:51 | Çap et
 Akademik Musiqili Teatrın aparıcı aktyoru, əməkdar artist Çingiz Əhmədov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Çingiz müəllim, uzun illərdir teatrda çalışırsınız, aparıcı səhnə ustasısınız. Tamaşaçılar sizi sevir və səbirsizliklə gözləyirlər. Bəs teatrı sizə sevdirən nədir? - Teatr böyük məktəbdir. Mən hələ də öyrənirəm və öyrədirəm. Teatrı mənə sevdirən maraqlı əsərlər və tamaşaçı sevgisidir. Təəssüf ki, teatrda maraqlı əsərlər azalıb və yazarlar çox azdır. Mən 38 ildir ki, Akademik Musiqili Teatrdayam. Bir ara o vaxt rəhbərlik dəyişmişdi, mən ordan uzaqlaşıb, Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrına getdim. O vaxt Ans telekanalında “Yeriniz məlum” xalq əhvalatlar şousu var idi. 1999-cu ildən 2006-cı ilə qədər həmin verilişə aparıcılıq etmişəm. Deyirdilər ki, xalq artisti Hacıbaba Bağırov verilişə gəlmir. Mən şirkətdə söz verdim ki, onu verilişə gətirəcəyəm. Ona zəng etdim. Hacıbaba Bağırov mənə dedi ki, bir şərtlə verilişə gəlirəm ki, sən teatra qayıdasan. Elə də oldu, onun bir sözü ilə qayıdıb gəldim teatra. - Çingiz müəllim, aktyor olsanız da uzun illər aparıcılıq etmisiniz. Aktyor hansı halda veriliş apara bilər?
- Elə aparıcılar var ki, mən onların verilişinə getmirəm. O ki, qaldı aktyorun veriliş aparmağına, pis baxmıram. Əgər aktyorda “idi kamne” varsa ondan aktyor da olar, aparıcı da. Mən özüm 29 ildir ki, aparıcılıq edirəm. Aparıcılığım Aztv1-dən başlayıb. Allah qəni-qəni rəhmət etsin, Elnur Əşrəfoğlu ilə 5 ilə yaxın bir müddətdə “Sport Daycest” verilişini birlikdə apardıq. Heyf ki, bu yaxınlarda dünyasını dəyişdi. Onun yoxluğu bizə böyük bir zərbə vurdu, mənə çox böyük əziyyət verdi. Həyatdır da. Aztv-də elə insanlar var idi ki, Elnur Əşrəfoğlu onlara çörək vermişdi, həmin insanların əksəriyyəti onun hüzürünə gəlmədi. Ayıb olsun o insanlara. Həyat davam edir. - Çingiz müəllim, siz şanslı və xoşbəxt aktyorsunuz ki, Nəsibə xanımla ünsiyyətdə olmusunuz, bir səhnəni bölüşmüsünüz. Hətta Nəsibə xanım sizə bir növ analıq edib. Nəsibə xanımı bu gün hansı sözü ilə xatırlayırsınız? - Korifey sənətkarların yoxluqları üçün çox darıxıram. Mən onların qarşısında böyümüşəm, 10 yaşından televiziyada olmuşam. 1983-cü ildə böyük sənətkarımız Ofeliya Məmmədzadə əlimdən tutub, teatra işə aparıb məni. Təbii ki, orada böyük-kiçik, korifey sənətkarlar var idi. Hər teatra daxil olanda onların yoxluğu üçün çox darıxıram, burnumun ucu göynəyir. Allah onların yerini behişt etsin. O ki, Nəsibə xanıma. Ona “məmə” deyirdim. Deyirdim ki, ay mə! Deyirdi ki, sancı məmə, yenə nə işin düşüb mənə? (gülür). Belə zarafatımız var idi onunla. Zəng edirdi ki, nə vaxt gəlirsən bizə? Teatrda da onunla birlikdə rollar oynamışam. Heyif onlardan!
- Oğlunuz İbrahim Çingiz də çox istedadlı aktyordur. Uzun illərdir Akademik Rus Dram Teatrında çalışır, hal-hazırda Rövşən İsaxın “Yuxu kimi” serialında çəkilir. Ümumiyyətlə nə vaxtsa oğlunuzu oynadığı roluna görə tənqid etmisiniz? - Mən o vaxt oğluma dedim ki, sənətə gəlirsən, məndən yaxşı aktyor olacaqsansa bu sənətə gəl, yox olmayacaqsansa gəlmə. Mən onun tamaşalarına da gedirəm, müxtəlif tədbirlərdə oluram, özüm yaddan çıxıram, hamı oğlum İbrahimdən danışır. Çox böyük sənətkarlar mənə zəng edib deyir ki, “Yuxu kimi” serialını izləyirik, İbrahim də orada obrazını çox yaxşı oynayır, rola möhür vurub. Mən onunla fəxr edirəm. Bəzən heç İbrahimin xəbəri olmadan gedib tamaşasına baxmışam və qayıdıb gəlmişəm evə. Bir səhv tapmamışam ki, deyim ona. Maşallah yaxşı aktyordur və deyərdim ki, gənclərin içərisində birinci yerdədir. Allah bütün balaları bəd-nəzərdən qorusun, o cümlədən də mənim oğlum İbrahimi. - Çingiz müəllim, pandemiya dönəmində sizi bir neçə serialda izlədik. Hal-hazırda harada çəkilirsiniz?
- Hal-hazırda Xəzər tv-də yayımlanan “Nikolayın evi” serialında baş rolda çəkilirəm. Dəvət edəndə seçim edib verilişlərə gedirəm. Xəzər tv-də yayımlanan Lalə Azərtaşın “Təsir dairəsi” verilişində də ara-sıra iştirak edirəm. Mənim ümumiyyətlə Lalə xanıma böyük hörmətim var. Onun aparıcılıq etdiyi verilişləri davamlı olaraq izləyirəm.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
|