Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                 

Xalq artistindən kimlər rüşvət istəyir? - “7 oğul istərəm”in Cəlalının ev problemi
Tarix: 30-03-2022, 08:41 | Çap et
Xalq artistindən kimlər rüşvət istəyir?
“Bir neçə il bundan əvvəl cənab Prezident kino sahəsindəki xidmətlərimi yüksək qiymətləndirərək məni şəhərdə hündürmərtəbəli binada 3 otaqlı mənzillə təmin etdi. Həmin evi təmir etdirmək üçün imkanım yox idi. Maraqlandım və soruşdum ki, dövlətin mənə hədiyyə etdiyi bu evi sata bilərəm? Mənə bildirdilər ki, bu evi satmağa sənə qanun icazə verir. Ona görə də şəhərdəki evi satıb, onun puluna Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivindən bağ evi aldım. Bir növ Prezidentin mənə verdiyi evlə bu evi dəyişdirdim. Artıq iki ildir ki, bu evdə yaşayırıq, yollarımız bərbad gündədir, evin sənədi yoxdur, hamımız ”havada" qalmışıq". diaaz.space xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış sənətkar Ənvər Həsənov deyib. O, daha sonra əlavə edib: “O vaxt evi alanda notariusda bizə söz verdilər ki, gəlib evi qeydiyyata salacaqlar. Amma nə gələn var, nə də gedən. Qonşularım da bu problemlərdən əziyyət çəkirlər. Xəzər Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər, deyirlər ki, gəlib problemi həll edəcəyik. İnanın Allaha, yağış yağanda bu yollarla hərəkət etmək mümkünsüzdür, avtomobillərimiz sıradan çıxır. Cənab Prezident 2019-cu ildə tapşırıq verib ki, bütün sənədsiz evlər sənədləşdirilsin, əhaliyə köməklik edilsin! Budur bizə köməkləri?! Maraqlanmışıq, evin sənədi üçün 10 mindən 16 minə yaxın pul istəyirlər. Əgər cənab Prezidentin belə göstərişi varsa, niyə insanlar pul ödəməlidir? Dövlətimiz insanlar üçün hər şey edir, problemlərinin həllinə çalışır, amma sırf bunun üçün ayrılan məmurlar niyə öz işlərini layiqincə yerinə yetirmirlər? Mən bu işlə birbaşa əlaqəsi olan səlahiyyətli qurumların rəhbərlərini yaşadığımız küçəyə dəvət edirəm. Gəlib problemlərimizlə yerində maraqlansınlar, bu, onların vəzifə borcudur. Əgər sadaladığım problemlər həlli yolunu tapmasa, məcbur olub cənab Prezidentə müraciət edəcəyəm”, - deyə sənətkar bildirib.

Bəs xalq artistinin bu müraciətindən sonra aidiyyəti qurumlardan məsələyə reaksiya verildimi? Aktyor rüşvət istənilməsi ilə bağlı hansı addımlar atmağı düşünür? diaaz.space xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat” xalq artisti Ənvər Həsənovun mövqeyini öyrənməyə çalışıb. Tanınmış sənətkar mətbuata verdiyi açıqlamasına heç bir reaksiya verilmədiyini dedi: “Hökumətdən heç bir cavab, reaksiya yoxdur. Həmin mətbuatda gedən narazılığımı da dostlarım mənim adımdan dərc ediblər. Sənətimə verdikləri dəyərə görə onlara çox minnətdaram. Prezidentimizə və Mehriban xanıma çox təşəkkür edirəm ki, mənə ev verildi. Lakin ev yuxarı mərtəbədə yerləşdiyindən elə ilk gün başım gicəlləndi, yıxıldım, çünki yüksək təzyiqim var. Mənə dedilər ki, ”bu evi Prezident sənə verib, amma istəsən onu dəyişdirə, sata bilərsən". Beləliklə, məni apardılar “maklerlər”in yanına və onların köməkliyi ilə Şüvəlanda ev tapdım. Doğrudur, evin otaqları yaxşıdır, səliqəlidir. Amma artıq 2 il 7 aydır ki, nə mən, nə də qonşularım evimizi sənədləşdirə bilmirik".

Xalq artisti rüşvət açıqlamasına bu cür aydınlıq gətirdi:

“Qonşularım dedilər ki, evi özəlləşdirmək üçün pul vermək lazımdır. Amma şəxsən məndən rüşvət istəməyiblər. Axı mənim hörmətim, izzətim var, kim məndən rüşvət istəyər? Bir də ki, təkcə problem evin sənədləşdirilməsi ilə bağlı deyil ki... Küçələrə asfalt çəkilməyib, yollar bərbad vəziyyətdədir, zibil qutuları yoxdur. Təsəvvür edin, 2-3 gündən bir zibilləri maşına yığıb, 1-2 kilometr yol gedib, zibil qutularına atıb, yenidən qayıdıram. Axı insanların çoxunun maşını yoxdur, onlar bəs nə etsin?”

Xalq artisti maddi vəziyyətinin çox ağır olduğunu da dilə gətirdi: “Kommunal xərclər məni elə bir günə qoyub, Allah göstərməsin. Heç nəyi çatdıra bilmirəm... İllər öncə sənədlərimi hazırlamışdım ki, mənə Prezident təqaüdü verilsin. Şeyx Əbdül dedi ki, gəl gedək bu barədə müraciət edək. Dedim ki, hələ getmək istəmirəm, qoy müharibə bitsin, hər şey qaydasına düşsün, bir ildən sonra müraciət edərəm. Daha sonra mənim adımdan məktub da yazdılar, xahiş də etdilər, amma bir cavab yoxdur. Amma Şeyx Əbdülə afərin, o, vaxtında müraciət etdi və aldı da”.

50-yə yaxın filmdə aktyor və rejissor kimi xalqın sevgisini qazanmış Ənvər Həsənov “Yaradıcılıqdan tamamilə uzaqlaşmısız” sualımıza isə bu cür cavab verdi:

“Uzaqlaşmamışam. Amma mənim bütün tərəf müqabillərim artıq dünyasını dəyişib, yanımda deyillər. Tez-tez filmlərim göstərilir, haqqımda verilişlər gedir... Sözün doğrusu, mən Azərbaycan telekanallarına yalnız axşamlar, xəbərlər üçün baxıram. Məni düzgün başa düşün, indi kimisi saqqallı çıxıb kimisə yamsılayır, kimisi arvad paltarı geyinir və sairə. Mən bunları götürə bilmirəm, çünki o tərbiyədə deyiləm, sənətə gələndə məni belə öyrətməyiblər. Doğrudur, artıq mənə sifarişlər gəlir, rejissor kimi müraciət ediblər. Bildirmişəm ki, əvvəlcə mənə ssenarini təqdim etsinlər, baxım görüm tutduğum mövqeyə, yaşadığım dövrə uyğun gələrsə, onda çalışaram işləyim. Yoxsa ki, mümkün deyil...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Dünən, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Dünən, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Dünən, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Dünən, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Dünən, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Dünən, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Dünən, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Dünən, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Dünən, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Dünən, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Dünən, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Dünən, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Dünən, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Dünən, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru