Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin .....                     Anam etsəydi, Prezidentə müraciət etməzdim .....                     “Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? .....                     38 dərəcə isti olacağı gözlənilir .....                     Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi .....                     Saç ustası liposaksiya əməliyyatını necə edir? .....                     "YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" .....                     Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi .....                     Qod Nisanovun övladının şad gününə onlar da qatılıb .....                     Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA .....                     London Zelenskini devirməyə çalışır? .....                     Tramp Ermənistanı “Albaniya” adlandırdı .....                     Mandatını və partiyasını qızına miras qoyan ATA .....                     İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb .....                     Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib .....                     Münasibətlərin normallaşmasına qərar verilib .....                     Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu .....                     “Azəraqrartikinti” ÇÖKÜŞDƏ... .....                     Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? .....                     Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB .....                     Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü .....                     İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? .....                     "Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." .....                     Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... .....                     Azərbaycan Rusiyadan haqqını .....                     Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... .....                 

“Flora Kərimova, əgər qərəzsizsənsə gəl üzbəüz oturub danışaq, amma məhkəmədə yox...” - QALMAQAL
Tarix: 8-04-2022, 08:39 | Çap et
“Flora Kərimova, əgər qərəzsizsənsə gəl üzbəüz oturub danışaq, amma məhkəmədə yox...”
“Biz gözümüzü açandan nə nənə gördük, nə də ki, baba. Çünki atamla anamın ailə həyatı qurmağına görə hər iki tərəf düşmən olmuşdu. Bu tərəf dedi ki, niyə onu almısan? O tərəf də dedi ki, niyə ona getmisən?! Atam imkanlı olandan sonra həmin qohumların əksəriyyəti qohumluq münasibətlərini bərpa etdilər. Çünki qan qohumlarıyla ömürlük düşmən olmaq olmur. Gözümü açandan görürdüm ki, ata-anamın heç kimlə işi yoxdur, amma qohumlarımız onların şəxsi həyatlarına müdaxilə edirlər. Bu onu alıbsa sizə nə qalıb? Gedin oturun xarabanızda da! Şəxsi həyata müdaxilə etmək nəinki mənim, valideynlərimin də alnına yazılıb. Mənim atam Tovuz-Gəncə-Qazax zonasında böyük elm adamı idi. Ümummilli lider Heydər Əliyev birinci hakimiyyəti dövründə atamın sinəsinə “Xalqlar dostluğu” ordenini şəxsən özü sancmışdı. Atamın bu uğurlarını müəllim yoldaşlarından bəziləri həzm edə bilmirdi. Bakıya hər dəfə anonim məktublar yazırdılar, gəlib atamın işini yoxlayırdılar. Məqsəd də xain və paxıllıq idi. Bu yoxlamalar bitənə qədər atam stress çəkirdi, nə qədər olmasa da insanın həyatı zəhərə dönürdü. Elə oldu ki, 54 yaşında atamı, 56 yaşında anamı itirdim. Ailənin yükü 18 yaşından çiyinlərimdə oldu. Bacı-qardaş, evdə hamının problemi mənim üzərimdə idi, öz evliliyim də o vaxt pozulmuşdu. Çox ağrılı-acılı həyatım oldu, amma sınmadım, möhkəmləndim! Düşünürəm ki, valideynlərin taleyini övladlar da yaşayır. Ucqar bir kənddən Bakıya gəldim, qoymadım ailə dağılsın, bacım, qardaşım yollara səpələnsin, hamını başıma yığdım. Bacım da, qardaşım da elm adamıdırlar, həm də mənim kimi musiqiçidirlər. Çətinliklə də olsa bu sənətlə çörəyimi qazanıb, vəziyyətdən çıxış yolu tapmaq istəyirdim. Allah məni bir az digərlərindən də çox tanıtdı. “Balama xına yaxdıdır” və “Pəncu Şeş” mahnılarım məni tamaşaçılara sevdirdi. Həm irəli getdim, həm də varlandım. Bundan sonra mənə qarşı şər qüvvələr işə düşməyə başladı”. diaaz.space xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra xalq artisti Flora Kərimova ilə qalmaqalının nə üstündə yaşandığından da danışıb.

“Təsəvvür edin xalq artisti Flora Kərimova mənə kömək olmaqdansa, məni tənqid edirdi. O mənə deyə bilərdi ki, gəl bu qəzəli mənimlə romans janrında oxu! Burada nə var idi ki?! Bu qanunsuz bir iş olsaydı dövlətimiz var, dövlətçiliyimiz var, onlar mənə söz deyərdi! Flora sən kimsən?! Qanunu yazan, ali orqansan?! Sənin kimi o qədər Azərbaycanda xalq artistləri var ki! Tənqidin də deyiliş qaydası var! Hamımız bilirik ki, Flora ömür boyu müxalif yönümlü olub. Mən Permdə toyda olanda onun o müxalif yönümlü qüvvələrindən biri mənə qarşı üsyan yaratmaq, camaatı üstümə qaldırmaq istədi! Sağ olsun Azərbaycanlılar onu utandırıb, məclisdən qovdular!. Belə misallar çoxdur. Mən möhkəm insanam, onları demirəm ki, düşmənlərim gülməsin! Saysız-hesabsız bu kimi hadisələr başıma gəldi. Bunların hamısını Flora Kərimova mənə qarşı yaratdı, çünki məqsədi məni çörəyimdən etmək idi. Azərbaycan xalqı var olsun ki, məni balalarının toyuna dəvət edib, o böyük məbləğdə pulları mənə rəva gördülər. Mən daha da varlandım, irəli getdim, mahnılar yazdırdım. Bu gözü götürməzlik idi! İndi mən Floraya sual verirəm, necə olur ki, sən mən oxuduğum janra bayağı deyirsən, amma bayağı adlandırdığın bu janrda bir neçəsi ilə duet də oxumusan! O balaca, saçları şampunlu oğlanlara kömək olursan, amma niyə mənə kömək olmurdun? Daha da çörəyimə bais olmaq istəyirdin! Amma arzuna çata bilmədin! Ömrün məhkəmələrdə keçib! Ülviyyə Alovlu, Afət Fərmanqızı, Faiq Ağayev, İlhamə Quliyeva, Röya ilə məhkəmən başlamamış bitdi. Sağına-soluna baxmırsanmı sən yaşda sənətçi deyim, sənətkar deyim, onlardan biri mənə qarşı niyə belə etmədi?! Mən Nəsimini sevdiyimdən qəzəl oxumuşam! Nəsimiyə bazar adını mən verməmişəm ki! Əgər qərəzsizsənsə oturaq üzbəüz danışaq, amma məhkəmədə yox! Mən elə yerlərdən uzağam, vəkilim var. Məhkəmə ali orqandır, amma düşünürəm ki, şou-biznesdə ola bilərəm, məhkəmədə yox! Mən Floraya sizin vasitənizlə sual verirəm ki, sən kimsən mənim şəxsi işimə qarışırsan?! Mən sənə deyirəm ki, saçın niyə qaradır? Deyə bilmərəm, heç cəsarətim də çatmaz! Amma sənin cəsarətin çatar, bu tərzdə yox! 5-6 ay dedin, cavab vermədim, amma mənim də səbrim var. Hər şeyə nail olmuşam, qadın, ana kimi xoşbəxtəm. Sağlam canım var! Ən şanslı insanam ki, Azərbaycan kimi ölkənin vətəndaşıyam. Bundan artıq nə olsun ki? Vətənimi sevirəm, dövlətimi, dövlətçiliyimi sevirəm! Atalar deyir ki, milçək bir şey deyil, ürək bulandırır. Yaxşı olardı ki, paxıllıq, xainliq bizim sənətçilərdən, Floradan uzaq olardı kaşki! Atmacanı atır, danışmırsan deyirlər ki, Flora düz deyir! Danışırsan da camaatı səhv yönəldir! Onun mənə dediyi təhqirləri açıb deyə bilmirəm, çünki desəm jurnalistlər götürüb başlıqlar qoyacaqlar, o da ömür boyu damğa kimi məndə qala bilər. Yaxınlarım onların hamısını oxuyub. 3 nəfər eşidibsə, 300 nəfər eşitməyib. Mənim ünvanıma çox biədəb sözlər deyib! Flora deyir ki, sidik içirəm, istifadə edirəm. Mən bunu ona sual vermişəm ki, ata-anam cavan rəhmətə gedib, sizsə uzun ömürlüsünüz, bunun sirri sidik içməkdədir?! Mən sadəcə bunu bilmək istəyirəm. Vannaya girib şəkil çəkdirib, öz səhifəsindən götürüb paylaşmışam ki, sən bu vannaya 80 yaşında girməsəydin!... Bəli, ona ünvanladıqlarım da var. Bir sayt məndən yalan məlumat yazmışdı, demişdim ki, məndən şər-böhtan yazan belə-belə olsun! Bunu da özünə götürüb deyir ki, Afət bu təhqiri mənə deyir! Sənə dediklərim vanna söhbəti və sidik istifadə etməyindir. Mən bunun nəyini yalan demişəm ki? Əlimdə faktlarım da var! Mən nə demişəmsə sözümün ağasıyam! Mənim savadım olmasaydı, iradəm zəif olsaydı onlar mənim üstümə tökülüşüb, intihar həddinə çatdırardılar. Mən çox düz etmişəm, düz yoldayam! Nəsiminin qəzəlini mən belə oxuyuram, xanəndələr muğam janrında oxusunlar, sən də romans janrında oxu! Sənə nə var, sən kimsən?! Sənin fikrinə onda hörmət qoyardım ki, mənə bu tənqidləri qərəzlə yox, xanımyana deyərdin! Bir-iki sənətçi mənə o vaxt dedi ki, başın ağrıyır, əl çəkmirlər səndən, bəlkə qəzəli dəyişdirəsən?! Dedim ki, xeyr! Dövlət var, qanun var! Qanun qarşısında boynumuz qıldan incədir! Amma sən kimsən mənim şəxsi işimə qarışasan? Bu mənim şəxsi işimdir! Yaşı 70, 80-i ötmüş qəzəl, şeir xalqın mülkiyyətinə verilir. Mən də xalqın nümayəndəsiyəm, oxumuşam, əcəb etmişəm” deyə müğənni bildirib.

Afət Fərmanqızı sənət fəaliyyətindəki yeniliklərdən də danışıb.

“Xaricdə Mirvari xanım adlı soydaşımız yaşayır, Musa Musayev onun sözlərinə mənə və həyat yoldaşım Mamedə bir mahnı həsr edib. Adını hələ ki, demirəm, fikrimizi oğurlayarlar. Yeni mahnımız və klipimiz yaxın günlərdə işıq üzü görəcək. Onu da deyim ki, Musa Musayev Zeynəb Xanlarovadan başqa heç bir müğənniyə mahnı verməyib. Müğənnilər ondan çox mahnılar istəyiblər, elə “hə” deyib hamını yola verib. Amma mənə öz gözəl musiqisini rəva gördü. Mən öz sənətimlə, toylarımla məşğulam. Rusiyada yeni evimizə köçmüşük, yoldaşımın yanındayam” deyə müğənni bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Bu gün, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Bu gün, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Bu gün, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Bu gün, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Bu gün, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Bu gün, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Bu gün, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Bu gün, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Bu gün, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Bu gün, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Bu gün, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Bu gün, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Bu gün, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Bu gün, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Bu gün, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Bu gün, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Bu gün, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Bu gün, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Bu gün, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Bu gün, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Bu gün, 12:00
London Zelenskini devirməyə çalışır? - KİV
Bu gün, 11:58
Tramp Ermənistanı “Albaniya” adlandırdı
Bu gün, 11:56
Mandatını və partiyasını qızına miras qoyan ATA - Ağamalılar ailəsi niyə siyasəti şəxsi mülkə ÇEVİRİR?
Bu gün, 11:54
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb - “Nezavisimaya qazeta”
Bu gün, 11:52
Gənc hərbi pilotlarla təlim-məşq uçuşları keçirilib - VİDEO
Bu gün, 11:38
Münasibətlərin normallaşmasına qərar verilib - İNCƏLƏMƏ
Bu gün, 11:36
Vaşinqtonda NÖQTƏ: ATƏT-in Minsk qrupu tamam arxivlik oldu - ŞƏRH
Bu gün, 11:30
“Azəraqrartikinti” ÇÖKÜŞDƏ... - mənfəəti 4 dəfəyə yaxın azalıb
Bu gün, 11:24
Paşinyan xalqa müraciətində niyə referendumdan danışmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:21
Şəkidə vəfat edənlərin sayı yeni doğulanları ÖTÜB – STATİSTİKA
Bu gün, 11:16
Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döydü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İrəvan seçimi etdi: əməldən işə nə zaman keçiləcək? - AKTUAL
Bu gün, 11:10
"Dekan müvaini Abbas Əhmədov məkanı basaraq, dərsimizi zorla pozdu..." - NDU-da QALMAQAL BİTMƏK BİLMİR...
Bu gün, 11:06
Fermerlərin DİZİ YERƏ GƏLİB: Məcnun müəllimin umrunda da deyil... - əslində BAŞI DA ÇIXMIR...
Bu gün, 10:46
Azərbaycan Rusiyadan haqqını TƏLƏB EDİR
Bu gün, 10:43
Qobu bələdiyyəsinin TORPAQ HOQQABAZLIĞI... - İTTİHAM VAR...
Bu gün, 10:41
Zəngəzurda qeyri-adi versiya: İran “Əfqanıstan ssenarisi”ni tətbiq edəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:36
Şahin Mustafayev Moskvaya gedir? - ruslarla BARIŞIRIQ?
Bu gün, 10:10
“Onların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu sonradan anladım” - TƏFƏRRÜAT
Bu gün, 10:06
Vəzifəlilərlə əlbir olan iş adamına bu cəza verildi - 35 şirkəti var
Bu gün, 10:04
“Hər şeyi serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ
Bu gün, 10:02
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?" - AXI NİYƏ?
Bu gün, 09:52
Abşeronda 6850 manatlıq lotereya biletlərini alaraq dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 09:48
“Kapitalbank”ın növbəti problemi - BU DƏFƏ...
Bu gün, 09:44
Keçmiş deputat Hacıyev məxfi məlumatları Qərbə ötürürmüş - TƏFƏRRÜAT
Bu gün, 09:40
İran Zəngəzur dəhlizi ilə bağlı əngəl, təhlükə törədə bilməz - ÇÜNKİ...
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru