“İnsan öz həyat yoldaşını efirdə göstərməz”
Tarix: 4-05-2022, 10:08 | Çap et
 Əməkdar artist Babək Niftəliyev həyat yoldaşı ilə efirə çıxan sənət adamlarını qınayıb. DİA.AZ Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə o, MTV-də yayımlanan “Üzə-düz” verilişində danışıb:
“Sənətçi öz şəxsi həyatını heç vaxt efirdə danışmamalıdır. O, özəl olaraq evdə qalmalıdır. İnsan öz həyat yoldaşını efirdə göstərməz. Mən onlara çox pis baxıram. Olmaz”.
Niftəliyev həmçinin sənətlə şəxsiyyət amili üst-üstə düşməyən sənətçilərdən söz açıb:
“Elə adam var ki, yaxşı sənətkardır, amma çox pis insandır. Elə deyirsən, bu insana kənardan qulaq asasan, həmin sənətkarla oturub söhbət etməyəsən. Deyirsən, bu, ifaçı kimi nə gözəldir, səsi üçün ölürsən. Amma onunla iki kəlmə söz kəsə bilmirsən. Mənimçün də belələri var, amma onlarla gündəmə gəlmirik. Ürəyimdə saxlayıram”.
Niftəliyev başına gələn maraqlı hadisəni danışıb:
“Gecə yarısı gördüm ki, kimsə mənə ancaq “vızov” verir, zəng də etmir. Mən özüm zəng elədim. Danışan ağsaqqal kişi idi, dedi, “səni oğlumun toyuna çağırmaq istəyirəm, amma sənə verməyə pulum yoxdur. Arzumdur, o istəyi gözümdə qoyma”. Dedim, “əmi, toy nə vaxtdır?” Dedi, “Üç ay var, Masallıda olacaq”. Kəndin adını yazdım. Həmin vaxt gəlib çatdı. O kişi daha mənə zəng eləmədi. Toy zamanı gəlib məclisə çatdım. Gördüm ki, 30-40 nəfərlik yığıncaq keçirilir. İçəri girəndə o kişi haldan-hala düşdü. Əsdi, kövrəldi, gözləri doldu. Camaat mənə baxdı ki, mən hara, bu kişi hara? Çox ağladı, məni qucaqladı, ağsaç, nurani kişi idi. Dedi, “oğlum, sənə zəng edən mən idim. Sağ ol ki, gəlmisən”. O xalqın oradakı alqışı mənə milyona bərabər idi. Elə bildim ki, ömrümün üstünə bir ömür gəldi. Elə bildim ki, hansısa zirvəni fəth etmişəm”.
İfaçı məcburi köçkünlüyün çətinliklərindən də söz açıb:
“Yadıma gəlir ki, 1993-cü il aprelin 2-də Kəlbəcər işğal olunanda biz Murovdağ yolu ilə maşınların üstündə, karvanda gəlmişdik. Qardaşım ağladı, atamdan su istədi. Atam bilmədi, nə etsin, bir cam tapdı. Camı qarla doldurdu, ocaq qalayıb isitdi, o suyu qardaşıma içirdi. O səhnə mənim gözümdən getməz. Deyirlər, uşaq yaddaşı ağ vərəq kimidir. Danışdıqca kövrəlirəm. Yaşamayan kimsə məcburi köçkün həyatının nə olduğunu bilməz. Döşəmədə, dəmir torun üstündə yatmışıq. Paltarlarımızı yastıq əvəzi başımızın altına qoymuşuq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26 |
|
|
|
• Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19 |
|
|
|
• Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16 |
|
|
|
• Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10 |
|
|
|
• Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56 |
|
|
|
• İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51 |
|
|
|
• Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41 |
|
|
|
• Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39 |
|
|
|
• ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38 |
|
|
|
• "Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33 |
|
|
|
• Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27 |
|
|
|
• Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25 |
|
|
|
• Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16 |
|
|
|
• Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06 |
|
|
|
• "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04 |
|
|
|
• İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57 |
|
|
|
• Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53 |
|
|
|
• "İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47 |
|
|
|
• Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35 |
|
|
|
• Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29 |
|
|
|
• Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
• Nazir müavininə itki üz verib
Bu gün, 09:13 |
|
|
|
• `Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04 |
|
|
|
• Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59 |
|
|
|
• Əməyin mühafizəsi üzrə işçilər... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "Niyə yalan, yarımçıq məlumat verirlər?" - ETİRAZ
Bu gün, 08:47 |
|
|
|
• Burda bir səhv ən azı 90 manatını aparır... - GİLEY
Bu gün, 08:39 |
|
|
|
• Fars-molla rejiminin ABSURD DAVASI... - HEÇ DƏXLİ VAR?..
Bu gün, 08:20 |
|
|
|
• Davudoğlu DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
• “Azəriqaz”da QAZ İTKİSİ: Getdikcə... ARTACAQ! - BU HƏLƏ HARASIDIR...
Bu gün, 08:11 |
|
|
|
• Zelenski Trampla görüşmək üçün ABŞ-dədir
Bu gün, 08:00 |
|
|
|
• İran Türkiyə üçün vacib bölgəyə zərbə endirə bilər – Dəhşətli ssenari
Bu gün, 06:47 |
|
|
|
• Öz istədiklərini necə istəyirlərsə... - Elə də satırlar...
Bu gün, 06:45 |
|
|
|
• Dövlətin müəyyən etdiyi pula qalsa... - ARAŞDIRMA
Bu gün, 06:39 |
|
|
|
• İsrail razılıq verdi, o siyahı yayıldı: ilk sırada Türkiyə var! – Azərbaycan isə…
Bu gün, 06:36 |
|
|
|
• Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər - Tramp BELƏ DEYİR
Bu gün, 06:34 |
|
|
|
• Bu karqo şirkəti müştəriləri bezdirib - NARAZILIQ VAR...
Bu gün, 06:31 |
|
|
|
• Nizami rayonunda hər kəs özbaşına qalıb - FOTOFAKT
Bu gün, 06:24 |
|
|
|
• ABŞ prezidentinin “möhtəşəm sövdələşmə” bacarığı bu dəfə işləmədi - İNCƏLƏMƏ
Bu gün, 01:40 |
|
|
|
• Haradakı ləzgilər çətin vəziyyətdədir: Azərbaycandakı, yoxsa Dağıstandakı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:35 |
|
|
|
• Rəqsanəyə neçə il İŞ DÜŞÜR? - TƏFƏRRÜAT
Bu gün, 01:32 |
|
|
|
• Pezeşkian Ermənistan yolunda –İran prezidenti "Tramp yolu"nu müzakirə etdi
Bu gün, 01:30 |
|
|
|
• Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Dünən, 10:34 |
|
|
|
• Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Dünən, 10:32 |
|
|
|
• Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Dünən, 10:28 |
|
|
|
• Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Dünən, 10:24 |
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Dünən, 02:53 |
|
|
|
• "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Dünən, 02:51 |
|
|
|
• Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Dünən, 02:49 |
|
|
|
|