"Oğlum vergili idi, bu gün danışanda mənim özümə xəstə kimi baxırlar"
Tarix: 26-05-2022, 09:39 | Çap et
 “Bir qadın, insan kimi həyatda güclüyəm. Fikirləşmə qabiliyyətim kişilərdə olduğu kimidir. Düşdüyüm situatsiyalardan asanlıqla çıxa bilirəm. Ona görə də mən sınmıram, əzilmirəm, heç kimə möhtac olmuram. Dözmüşəm, bilmişəm ki, nə etmək lazımdır. Hər şeyə rəğmən həyat davam edir. Allah təala da dərdi çəkə bilənə verir. Görünür mən çəkə bilirəm bu dərdləri. Çalışıram onlardan üzüağ çıxım! Çalışıram yaşadıqlarımı tez-tez xatırlamayım. Ölən oğlumu, nəvəmi heç unutmuram. Mən bilirdim ki, 44 yaşıma qədər həyatım necə olacaq, amma 44 yaşından sonra bilmirdim ki, həyatın acılarını görəcəyəm. Gördüm də. İndi də o acılardan çıxmağa çalışıram. Görünür missiyam hələ də bitməyib. Nəvəm deyir ki, nənə, mən hələ icazə vermirəm ölməyə, sən yaşamalısan”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktrisa Məsumə Babayeva deyib. O, daha sonra əlavə edib.
“Qızımla nəvəmi maşın vurdu, nəvəm ondan sonra 5 gün yaşadı. Ürəyi dayanmışdı, mən onu işlətdim. Uşaq gözümün qabağında getdi. Həkim dedi ki, bu möcüzədir. Ürəyi çox güclü imiş. Oğlum anadan olandan rəhmətə gedən günə qədər deyirdi ki, mən 25 yaşında öləcəyəm, mənim üçün qırmızı məzar düzəldərsən. Mən də deyirdim ki, ay bala, hələ 5 yaşın var, sən nə bilirsən ölüm nədir? Oğlum vergili idi, bu gün danışanda mənim özümə xəstə kimi baxırlar. Dedi ki, ana gəlib, məni aparacaqlar. Onu xəstəxanaya yatırtdım, deyirdi ki, ana bir dəfə özümü asdım, ip qırıldı. Həqiqətən də 1 ay sonra özünü ipdən asmışdı, ip qırılmışdı, yerə düşmüşdü. Halbuki bu hadisəni 1 ay öncə mənə demişdi. İş dalınca getmişdim, gəlib gördüm ki, oğlum özünü asıb, intihar edib. 2-3 dəfə asmışdı özünü, gəlib xilas etmişdim. Çox böyük depressiyalar yaşadım, müxtəlif xəstəliklər tutdum. İnsan nə qədər dözər? Fikir adamın içini yeyir, üzüm gülür, içim qan ağlayır” deyə aktrisa bildirib.
Məsumə Babayeva ona qarşı diqqətsiz münasibətdən də gileylənib.
“Hər zaman arzulamışam ki, sənətim olsun, sənət üçün çalışım. Allah bütün bunları mənə verib. Akademik Milli Dram Teatrında Hökümə Qurbanova, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov kimi sənətkarlarla birgə çalışmışam. Həyat belə gətirib ki, mənim sənətdə parladığım bir çoxları parlamamışdı. Amma indi həm xalq artisti fəxri adını alıblar, həm də şöhrət ordeninə kimi gəlib çatıblar. Çünki gənc idim, utanırdım ki, 20-25 il işləyənlərin fəxri adı yoxdur, mən necə dillənim? Mənə deyirdilər ki, sən cavansan, gözlə qoy biz alaq. Mən dövlət mükafatını alanda bütün teatr bir-birinə dəymişdi. Arxaya çəkə-çəkə bu günə qədər də arxaya qaldım. Bu gün də gənclərə yol verilib. Məni 68 yaşında teatrda işdən çıxarıb, yola saldılar. Depressiyaya düşdüm, təsəvvür edirsiniz? Müqavilə ilə 1-2 ay işləyib, pul aldım. Gəlir yerim yoxdur, bir dənə əmək təqaüdü ilə dolanıram. Gəlir yerim yoxdur, bilmirəm aldığım cüzi məvacibi qaza, işığa verim yoxsa suya? Dərmanlarım da çox bahadır. Evin içində addımla gəzirəm, tutmasalar yıxıla bilərəm. İncəsənət qurban tələb edir, çəkiliş vaxtı sinəm əzildi, fikir vermədim. Sinəm başıma oyun açdı. Pis vəziyyətdəyəm, əməliyyat olunmalıyam. Həm şəkər, həm insult, həm də sinə xərçəngindən əziyyət çəkirəm. Hələ ki, xərçəngin yüngül formasıdır, amma ağır formasına da keçə bilər” deyə sənətkar bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası - NƏ BAŞ VERİR?
Bu gün, 10:34 |
|
|
|
• Belə getsə, həkim olmaq ancaq zənginlərin imtiyazına çevriləcək - ETİRAZ
Bu gün, 10:32 |
|
|
|
• Ukrayna bitdi: Rusiya Cənubi Qafqaza belə qayıdacaq – Arkovdan SENSASİYA
Bu gün, 10:28 |
|
|
|
• Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj - KİV
Bu gün, 10:24 |
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53 |
|
|
|
• "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51 |
|
|
|
• Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49 |
|
|
|
• AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45 |
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39 |
|
|
|
• Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09 |
|
|
|
• Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04 |
|
|
|
• Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59 |
|
|
|
• Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54 |
|
|
|
|