Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                 

“Ənvər Həsənova dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər?” - ETİRAZ
Tarix: 30-08-2022, 10:53 | Çap et
“Ənvər Həsənova dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər?”
Xalq artisti, sevilən kino aktyoru Ənvər Həsənovun səhhətinin ağırlaşması haqda yerli mediada məlumatlar yayılıb. Aktyorun qızı Aytən Həsənova faktı Moderator.az saytına təsdiqləyib.

“Bir neçə gündür ki, atam ölüm-dirim savaşındadır. Səhhəti ağırlaşıb, heç də ürəkaçan bir şey yoxdur. Bilirsiniz ki, ailədə 3 nəfərik-atam, mən və övladım. Mən indi ortalıqda tək qalmışam. Atam xəstəliyini heç kimə bildirmədi, dedi ki, ”heç kimə deməyin ki, mən xəstəyəm". Mən məcbur olub sizə danışıram. Çünki onu tanıyanlar necə qürurlu biri olduğunu bilirlər. Mən artıq tək bacarmıram, bilmirəm evə qaçım, ya xəstəxanaya. Atam ömrünü kino sahəsinə həsr edib, o, kino fədaisidir, kinoda bütün vəzifələrdə çalışıb. 180 manat xalq artistinə görə, bir də cüzi pensiya alır. Nə təqaüd, nə də mükafat alır. Dərmanlarını, xəstəxana xərclərini çatdıra bilmirik. Heç kim köməyə gəlmir. Mən Mədəniyyət Nazirliyinə, cənab Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edirəm ki, bizim ailəyə dəstək olsunlar. İstərdim ki, onlar atama diqqət, qayğı göstərsinlər. Atam hazırda Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır. Bir neçə xəstəliyi bir-birinə qarışıb. Çox xahiş edirəm aidiyyəti qurumlardan, atamın köməyinə çatsınlar", - deyə sənətkarın qızı bildirib.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. O, “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Bir müddət əvvəl 72 yaşlı sənətkar açıqlama verərək maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də Prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi”.

Bəs aidiyyəti qurumlar niyə xalq artistinin bu vəziyyətinə susqunluq nümayiş etdirir?

Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “məsələ aidiyyəti üzrə şöbəyə yönləndirilib, bununla bağlı rəsmi mövqe təqdim olunarsa, məlumat veriləcək”.

Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə qəzetimizə açıqlamasında bildirdi ki, artıq Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqı Ənvər Həsənova dəstək olmağa başlayıb: "İttifaqın sədri Şəfiqə Məmmədova şəxsən bu işlə məşğuldur. Mən özüm xəstə vəziyyətdə, yataqdayam, buna görə də yalnız telefonla əlaqə saxlaya bilirəm. Şəfiqə xanım mənə bildirdi ki, Ənvər Həsənovun qızı Aytənlə danışıb, onu başqa xəstəxanaya yerləşdirəcəklər. Mənə də söz veriblər ki, yeni bir xəbər olan kimi bildirəcəklər. Ötən il dünyanı gəzən “Yeddi oğul istərəm” filminin 50 illiyi oldu. Həmin vaxt müraciət etdim ki, Azərbaycan xalqının hələ də sevə-sevə izlədiyi bu filmin “yeddi oğul”dan 2-si həyatdadır, sağdır. Onların da müəyyən problemləri var ki, həll olunmalıdır. Əlbəttə ki, yaş üstünə yaş gəlir, həmin sənətkarlara diqqət, qayğı göstərilməlidir.

Ənvər Həsənov Azərbaycanın kino mədəniyyətində xüsusi yeri olan, daim göz qabağında olan ustad sənətkardır. Amma bu adam hələ də Prezident təqaüdü ala bilmir ki, müalicəsi üçün dərmanlar alsın. Buna nə ad vermək olar? Əgər ona dəyər verməyəcəkdilərsə, niyə xalq artisti adını vermişdilər? Ənvər Həsənov həyatsevər, istiqanlı, heç bir ambisiyası olmayan, kiminsə qapısını döyməyi öz şəxsiyyətinə sığışdırmayan kino xadimidir. O, xəstələnənə qədər də kinostudiyanın koridorlarını, sexlərini uşaq kimi gəzir, gənclərə, kino çəkənlərə köməklik edir, dəstək göstərirdi. Kaş ki ölkəmizdə onun kimi şəxsiyyətlərdən çox olardı. Amma bu gün onun qədri bilinmir".

Xalq artisti Rasim Balayev də həmkarı üçün müraciət etdi: “Azərbaycan kinosunda Ənvər Həsənovun çox yaddaqalan obrazları var. Bu cür dəyərli, qiymətli sənətkarlara aidiyyəti qurumlar, o cümlədən Mədəniyyət Nazirliyi və sairə, köməklik göstərməlidir. Yəni bu köməklik dövlət səviyyəsində olmalıdır ki, onun sağlamlığına təsir etsin. Arzum budur ki, Heydər Əliyev Fondu bu işi nəzarətə götürsün. Düşünürəm ki, indiki halda yalnız bu fond ona lazımi səviyyədə yardım göstərə bilər”.

Xalq artisti Afaq Bəşirqızı da qeyd etdi ki, Ənvər Həsənov Azərbaycanın kino mədəniyyətində xüsusi yeri, çəkisi olan aktyordur: “Onun birdən-birə xəstələnməsi mənə də çox pis təsir etdi. Əlbəttə ki, ona kömək, dəstək göstərmək lazımdır. Ümid edirəm ki, əlaqədar strukturlar bu məsələyə biganə qalmayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Dünən, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Dünən, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Dünən, 05:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru