Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                 

“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır” - QALMAQAL
Tarix: 14-07-2023, 16:42 | Çap et
“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır”
Elza küləkləri səngimir. Zatən bu xanım sənətçi populyar idi. Ürəyə də, qulağa da xoş gələn mahnıları var. İnkar etmək olmaz. Amma bütün ölkə Elza Seyidcahanı əndrəbadi, ekstravaqant da yox e, özündən uydurma geyimlərinə, bər-bəzək əşyalarına görə daha çox müzakirə edir. Meyvə-tərəvəz, ot-ələf bir yana, ölkədə, bəlkə də dünyada qulağından başmaq tayı asan ikinci qadın yoxdur.

Elza xanımı sevənlər də var, onu anlayanlar da, təqdir edənlər də. Tənqid edənlər, qəbuledilməz sayanlar, hətta gülüş obyektinə çevirənlər də var. Bu xanım sənətçi dəfələrlə satira atəşinə tuş gəlib. Onun nakam şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə “ha ha ha”lar əlavə edib oxuması isə ölkədə əməlli-başlı zəlzələ effekti yaratdı. Bu da piara xidmət etdi. Nə fərqi var, yaxşı,ya pis. Piar, piardı. Elza xanım həm də aparıcılıq edir. Öz stilinə uyğun. Son günlərdə isə bu xanım Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsiylə gündəmi “partlatdı”. Haqqında yazmayan, tərifləyən, yamanlayan qalmadı. AYB isə üzv qəbul etdiyi xanımı əsl centlemensayağı müdafiə etdi. Əhsən! Müdafiə bu gün də davam edir. Hətta siyasilər (sabiqlər də, hələ də üzdə olanlar da) də Elza Seyidcahanın bizcə, ehtiyac duymadığı müdafiəsinə qoşulub. Məsələn, Müsavatın fəxri başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu... İsa Qəmbər Elza Seyidcahanın AYB-yə üzvlüyü haqq etdiyini, Sərdar bəysə xanımın sürrealizm cərəyanı nümayəndəsi olmasından yazıb.

Nə böyükmüş Elza sevgisi!.. Elza Seyidcahan həqiqətənmi sürrealistdir? Bu barədə şair, filoloq Arzu Əsəd özünün feysbuk səhifəsində izah verib. Arzi Əsədlə əlaqə saxladıq. DİA.AZ bildirir ki, şair “Sherg.az”a açıqlamasında yenə fikirlərinin arxasında olduğunu bir daha vurğuladı:

- Yazmışam ki, Sərdar Cəlaloğlunun sürrealizm və Elzanın dahiliyi haqqında dediyi sözlər gülüncdür, kədərlidir - tragikomikdir. İndi də bi fikrimdə qalıram. Sərdar Cəlaloğlunun bu sözləri təkcə haqqında danışdığı insanın deyil, həm də özünün ədəbiyyat haqqında çox bəsit, bilgisiz, hətta məlumatsız olduğunu bildirir. O anlamır ki, həyatda, elmdə olduğu kimi ədəbiyyat və sənətdə də cərəyanlar, yeniliklər birdən-birə taxçadan düşüb tap eləmir. Sənətdə, ədəbiyyatda hər bir cərəyan özündən əvvəlki cərəyanların davamı olaraq onu inkar və inkişaf etdirir. Məsələn, Sabir, Füzuli, Seyid Əzim kimi, Mayakovski Puşkin və Blok kimi, Nazim Hikmət Namiq Kamal Yəhya və Tofiq Fikrət kimi və onlar səviyyəsində şeir yaza bilirdi, Pikasso Rafael və Van Qoq kimi şəkil çəkə bilirdi. Lakin yeni dövr, yeni həyat münasibətləri, yeni məzmun başqa forma tələb elədiyinə görə onlar başqa, yeni formada yazıb-yaradıblar. Forma başqa olsa da hər yeni cərəyan öz içində özündən əvvəlki cərəyanların meyar və xüsusiyyətlərini daşıyır. Məsələn, Umberto Ekonun, Orxan Pamukun romanları həm yeni, postmodernist üslub gətirir, həm də bildiyimiz klassik romanların xüsusiyyətlərini özündə daşıyır. Bir sənət əsəri sürrealist, irrealist, hiperrealist, modernist, postmodernist olmamışdan əvvəl sadəcə sənət əsəri olmalıdır, ümumi sənət meyarlarına malik olmalıdır. Ədəbiyyat nə Sərdar Cəlaloğlu, nə də Elzalıqdır. Bildikləri işlə məşğul olsunlar, ictimai şüuru bulandırmasınlar.

– Arzu bəy, belə yanaşma da var ki, bu məsələ müzakirə edilməməlidir. Müzakirə edildikcə, məsələ gündəmdə qalır, populyarlaşır.

-Hər hansı bir mövzu hər hansı bir bəhanə ilə ortaya atılıb gündəmə, müzakirəyə çevrilirsə, o müzakirələrdən qaçılmamalı, antitezis qoyulmalıdır. Nəticədə fikir özü dərinləşib həqiqətə aparır. Passivlik, inersiya, təkəbbür və sairə göstərib əhəmiyyət vermədikdə isə yanlış fikir ictimai şüuru daha da bataqlığa çevirir.

– Bəs, Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə necə baxırsınız?

- AYB bir ictimai təşkilatdır. Elzanın ora üzv olması adi bir məsələdir. Bu hadisə özlüyündə ədəbiyyat üçün ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır. Elzanın bir müğənni kimi şeirə, sənətə belə məhəbbətinin olması məni sevindirir. Qoy bu sevgi başqaları üçün də bir nümunə olsun. O həm də yazıçı və şairlərin mədəni-kütləvi tədbirlərində şeirə-sənətə rəğbəti çox olan bir musiqiçi kimi iştirak edib o tədbirlərə, özü demişkən, bir rəng, bir canlılıq qata bilər. Amma o bir yetkin insan kimi öz səviyyəsini özü görə bilməlidir. Onun yazılarının müxtəlif populyar və populist adamlar tərəfindən müxtəlif “izm”lərlə, ədəbi cərəyanlarla əlaqələndirilib bir novator, dahi kimi elan edilməsi minillik Azərbaycan ədəbiyyatına təhqirdir, bu xalqın mənəviyyatı, ictimai şüuru ilə alay etməkdir. Sərdar Cəlaloğlu gündəmə gəlmək üçün böyük Səməd Vurğunu təhqir etməkdən çəkinməyən, özünün Quran təfsiri və elmi ictimaiyyətə məlum olmayan hansısa elmi-populyar kitabı ilə Nobel mükafatına iddia etmək dərəcədə diletantlığa yuvarlanan, tarixi təhrif edərək xalqımızın milli qəhrəmanlarına böhtan atacaq dərəcədə özündə cəsarət tapan yeniyetmə şüurlu bir populistdir. Elzanın zahirdə, səhnədə etdiyini o siyasət və düşüncə meydanında edir. Bu görünməyən eyniyyət, eyniləşmə onu Elzaya dahi deməyə məcbur edir. Şüuraltı qatda o əslində özünə dahi deyir. Çünki özü də başqa bir müstəvidə - siyasət və düşüncə müstəvisində həmin populizmlə məşğuldur. Bütün bunlar bir qədər maraqlı və əyləncəli olsa da, cavabı verilmədikdə təhlükəli və zərərli ola bilər. Sənətin fərdin və cəmiyyətin inkişafında oynadığı həqiqi, ciddi, məsuliyyətli rolu məsxərəyə qoyulmaqla meyarlar dəyişdirilməyə, sözün, ədəbiyyatın onsuz da zədələnmiş nüfuzu aşağı salınmağa cəhd edilə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru