Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                 

“O gündən direktorun mənimlə ədavəti başladı, haqqımda şər-böhtan yayırlar” - QALMAQAL
Tarix: 29-12-2023, 08:59 | Çap et
“O gündən direktorun mənimlə ədavəti başladı, haqqımda şər-böhtan yayırlar”
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar. Aktyorların teatrdan çıxmasına səbəb isə teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub. Moderator.az-a açıqlama verən aktyor Fərid Vəliyev bunları bildirib.
“Bildiyiniz kimi hadisələr, teatrımızın baş rejissoru Sərvər Əliyevlə və teatrımızın direktoru İftixar müəllim arasında başladı. Və münasibətlər getdikcə daha da pisləşdi. Ayın neçəsi olduğu yadımdan çıxıb, bizi işə çağırdılar. İşdə bildik ki, Sərvər Əliyevi teatrdan uzaqlaşdırmaq üçün imza toplanır. Mən qol çəkməkdən imtina etdim və dedim ki, bu məsələyə qarışa bilmərəm. Çünki, mən aktyoram. Mənim işim yaradıcılıq və səhnədir. Qol çəkmədim. Və bir daha bildirdim ki, bu işə nazirlik baxmalıdır. Çünki, baş rejissoru teatra təyin edən nazirlikdir. Bu məsələ onlara aiddir. Daha sonra yenə iclas oldu. İclasda deyildi ki, Sərvər müəllim prezidentə məktub yazıb. Və yenidən teatrda imza toplanmalı olduğunu dedilər. Mən yenə öz mövqeyimdə qaldım və qol çəkməyəcəyimi bildirdim. Bu zaman teatrımızın direktoru İftixar müəllim, dedi ki, “kim qol çəkməsə işdən azad olunacaq”. Elə o anda yenə də öz mövqeyimdə qaldığımı və məsələyə qarışmayacağımı bildirdim. Bu zaman İftixar müəllim dedi ki, işdən azadsan. Mən də otaqdan çıxıb evə gəldim. Sabahı gün yenə bizi teatra çağırdılar. Mən çağırılan vaxtdan biraz sonra getdim. Ona görə gec getdim ki, gedim sənətlərimi götürüm. İftixar müəllim gələndə ondan sənədlərimi istədim. Soruşdu ki, nə sənəd? Dedim ki, əmək kitabçası və s. Və bildirdim ki, dünən dediniz ki, imza çəkmədiyim üçün işdən azadam. Bu zaman İftixar müəllim dedi ki, mən elə söz deməmişəm. Bir daha soruşdum ki, axı müəllim dünən siz belə dediniz?! Yenə dedi ki, mən elə bir söz deməmişəm. Və məndə bu zaman öz istəyimlə işdən çıxmaq haqqında ərizə yazdım. Çünki, bu cür qalmaqalın bir parçası olmaq istəmirəm. Ona görə də ərizəmi yazdım. Son olaraq onu demək istəyirəm ki, kaş bu söhbətlərin heç biri olmazdı. Mən Sərvər müəllimi də, İftixar müəllimi də çox istəyirəm. Bir böyük kimi, bir sənət adamı kimi ikisinə də hörmətim var. Amma bu ərizə söhbəti məni bulandırdı” deyə aktyor bildirib.

Öz ərizəsi ilə işdən çıxan digər aktyor Anar Bulud isə bildirib ki, bu qalmaqallar teatrın yaradıcı mühitinə də təsir edib.

“Fəridin dediyi kimi, mən də öz ərizəmi yazıb, işdən ayrılmışam. Səbəb də eynidir, baş rejissor Sərvər Əliyevlə bağlıdır. Bu hadisələr getdikcə böyüdüyü üçün teatrdan çıxdım. Mən aktyoram, qalmaqalda nə işim var? Teatrda yaradıcı mühitdən söhbət belə gedə bilməz. Çünki özünüz də görürsünüz ki, bu qədər qalmaqal var, hansı yaradıcı mühitdən danışa bilərəm?! Bu hadisələr məni çox üzür. Kaş belə olmazdı. Belə bir yerdə qalıb işləmək, mənim psixologiyama təsir edir. Nə vaxt hadisələr öz axarına düşərsə, əvvəlki durumda olarsa, o vaxt da teatra qayıdaram” deyə aktyor bildirib.

Teatrın baş rejissoru Sərvər Əliyev isə saytımıza açıqlamasında hələ işdən çıxmadığını bildirib.

“Fəridlə Anar mənim əleyhimə toplanılan imzadan imtina etdikləri üçün direktor deyib ki, işdən azadsınız. Səbəb isə odur ki, direktorun dediyini etməlisən. Təəssüf ki, o hər zaman rejissorların işinə qarışır. Bunu ondan soruşmaq lazımdır ki, məndən nə istəyir?! Mən Səmərqənd şəhərində onun pyesini tamaşaya hazırlamışdım. Dəvət etdim, gəldi Səmərqəndə, tamaşanın məşqimə baxdı və bəyəndi. Amma “kütləvi səhnəni artırmaq lazımdır” dedi, mən isə onun bu təklifini rədd etdim. Çünki mən artıq 60 gün idi ki, məşq edirdim. Azərbaycan əsəri, ora əlavə paltar, saqqal, bığ lazım olacaqdı, yəni mümkün deyildi. O gündən mənimlə konfliktə başladı. Təəssüf ki, kollektivi mənim əleyhimə qaldırıb. Onlar da haqqımda şər böhtan yazıb Mədəniyyət Nazirinə müraciət ediblər. Bu işlərin arxasında direktor durur. 3 gün öncə yenə kollektivi toplayıb, hamını bir nəfər kimi mənim əleyhimə imza toplamağa məcbur edib. İki gənc aktyor bundan imtina edəndə direktor onlara ərizə yazıb, işdən getməklərini tələb edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirinə, Nazirliyin Maliyyə və İqtisadiyyat, Daxili nəzarət və Audit şöbəsinə müraciət etmişəm. Araşdırma gedir” deyə rejissor bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru