"O zamanlar hər kəs bizi qaçqın deyə göstərirdi, hətta efirdə..."
Tarix: 3-01-2024, 11:36 | Çap et
 "Şuşanı tərk edəndə mənim 8 yaşım var idi. Biz Şuşadan sonuncu gün çıxanlardanıq. Uşaqların yaddaşı daha gözəl və təmiz olur, geri dönəndə rahatlıqla xatırladım, yolumuzu. Çox asan şəkildə evimizə getdim, yurdumuzu tapdım. Mən illər sonra Şuşaya həyat yoldaşımla getmişdim" Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış ifaçı Xuraman Şuşalı bildirdi: "Biz Şuşada olanda Xurşudbanu Natəvan haqqında film çəkilirdi. Ona görə mən orada hər kəsin birbaşa çəkilişə başı qarışanda yavaş- yavaş aradan çıxdım, parkda oturdum, uşaqlığımı, atalı-analı illərimi, xoşbəxt günlərimi xatırladım. Bu dəfə Şuşanı bir başqa yaşadıq. Şuşadan çıxanda 8 yaşım vardı 39 yaşında ora geri qayıtdım. Mənim bütün xoşbəxtliyim Şuşada qaldı. Çox şükür, mən naşükürlük eləmirəm, mən bu gün də xoşbəxtəm. Ancaq, uşaqlığım, analı-atalı illərim, xoşbəxt ailə tablom... Xuraman özü belə Şuşada qaldı. Şuşadan çıxanda mənim atam, anam yaralandı. Biz ailədə 3 uşağıq. Qardaşım qarmonda ifa edirdi, hətta ondan qabaq nağaraya da getmişdi, bizim evdə nağara da var idi. Bacım pionist idi. Mən də oxuyurdum. 5 yaşından bəri qonşularımıza konsert verirdim. Sonra isə "Niyazi" adlı musiqi məktəbində təhsil almışam Azərbaycan maralının ilk ifaçısı İsa müəllimlə. Bizim ailəmiz musiqiçi idi. Evimizdən hər zaman musiqi səsi gəlirdi. İşə gedib gəldikdən sonra bacım keçirdi pianinonun arxasına, anam rəhmətlik nağaranı götürürdü, mən oxuyurdum, qardaşım qarmonla, babam da dirijorluq edirdi bizə. O xoşbəxtlik məndə 8 yaşına qədər oldu. Təəssüf ki, məcburi köçkünlük, didərginlik, düşmənlərimiz o xoşbəxtliyin hamısını əlimizdən aldı. Şuşadan gəldikdən sonra bacım dayımgildə ya xalamgildə qalırdı. Hərəmiz bir xala, dayı, qohum evində qalsaq da ancaq, ailə olaraq bir yerdə qalmadıq. Atam xəstə olduğuna görə müalicələr alırdı. Xəstəxanada qalırdı. Anam müalicə alırdı, başından yaralanmışdı. Atam birinci qrup, anam isə ikinci qrup Qarabağ əlili idi. İsti ocağımız tam dağıldı. O ocaqdan heç bir şey qalmadı. 8 yaşında uşağı nə xoşbəxt edə bilər? Ata, ana və ailədə olan isti münasibət. Biz 8 yaşında evsiz qaldıq, gəldik, "obşitel"-ə yaşadıq. Şuşada evimiz var idi, 1 il sonra gəldik 13 kv-lıq otaqda xəstə ana, ata, bacı, qardaş yaşamağa başladıq. O mehribançılıq getmişdi, başlarından aldıqları zədəyə görə nevroz olmuşdular, ehtiyac içində dolanırdıq. Bacımın 14, qardaşımın 16 yaşı var idi. Elə bir yaş dövrlərimizdə idik ki, həm parçalandıq, həm ailə olaraq maddiyatımız sıfırlandı. Bəzən insanlara asan gələ bilər, amma bunu ancaq yaşayanlar bilərlər ki, bu necə bir dönəmdir. Əslində, kədərli notlara çox toxunmaq istəmirəm, ancaq, biz ordan gələndə bizi qaçqın deyə göstərirdilər. "Kimsəne qaçqınsan da" deyirdilər. Hətta aparıcının özü də mənə dedi ki, Allah bağışlasın bizi. Mənim üçün xoşbəxtlik valideynimin yanımda olmağı idi. Bu gün mən çox xoşbəxtəm".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Dünən, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Dünən, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Dünən, 13:14 |
|
|
|
|