İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                 

"Görün indi oğlu, mənim atam nələr çəkir..."
Tarix: 7-02-2024, 09:55 | Çap et
"Görün indi oğlu, mənim atam nələr çəkir..."
“Fəxr edirəm ki, mənim Aliyə Ramazanova kimi nənəm olub. Və çox heyfslənirəm ki, bu sözü keçmiş zamanda deyirəm.. Hələ də nənəmin itkisini qəbul etmək çətindir. İndiyə qədər başa düşə bilmirik ki, nə baş verib?! Nənənin evi bizim üçün isti ocaq idi. Kimin harada yaşamasından asılı olmayaraq hamımız nənəmizin evində yığışırdıq. İşdən, görüşlərdən çıxandan sonra evə getməmiş nənəmin yanına gedirdim. Artıq bu vərdişlər yoxdur. Ailəmizdə böyük bir boşluq yaranıb. Elə bil nəsə çatışmır. Nənəmi itirəndən sonra başa düşdük ki, sən demə o bizi ətrafına yığırdı, bir yerə toplayırdı. Gözümüz hər zaman onu axtaracaq”

Bunu Moderator.az-a açıqlamasında görkəmli rəqqasə, əməkdar artist Aliyə Ramazanovanın nəvəsi Rövşən Ramazanov deyib. O daha sonra əlavə edib.

“Qızım Zülfiyyə ilə rəqs etməyə başlamışdı, onunla məşğul olurdu. Bir də görürsən ki, Zülfiyyə deyir ki, “nənənin yanına...” Sonra qəfil yadına düşür ki, nənə artıq həyatda yoxdur. O hələ nəticəsidir onu belə yad edir. Görün indi oğlu, mənim atam nələr çəkir.. Nənəmin bir övladı var, o da mənim atamdır. Baxmayaraq ki, özü nəvə sahibi idi, amma həmişə nənəmlə məsləhətləşirdi. O mənim üçün tək nənə yox, həm də bir ana olub. Düzdür, doğma ananın yerini heç kim vermir, amma mən nənəmdən o doğmalığı hər zaman görüb, hiss etmişəm. Yanımızda olmasa da ürəyimizdə hər zaman yaşayacaq” deyə sənətkarın nəvəsi bildirib.
Rövşən Ramazanov nənəsinin uşaq evində böyüdüyünü bildirib.

“O çətin günlərini, ağır keçən uşaqlıq illərini bizə danışmırdı. Baxmayaraq ki, uşaq evində böyümüşdü. Bizi hər zaman pozitivə kökləyirdi. Sadəcə uşaq vaxtı nadinclik edəndə və bizə nəyisə başa salanda deyirdi ki, “mən valideynsiz böyümüşəm, öz gücümə hər zaman zirvələri fəth etmişəm”. Düşünürəm ki, Allah insandan nəyisə alanda, nələrisə ona verir. Nənəmə böyük istedad vermişdi. Nənəm heç vaxt qeybət etməyib, kiminsə arxasınca danışmayıb. Neqativləri özündən uzaqlaşdırırdı. Baxmayaraq ki, sənət aləmində ələxsus da rəqs sənətində böyük intriqalar olur. Bu intriqalar nənəmdən də yan keçməmişdi. Amma hər zaman o insanları bağışladığını deyirdi. Nənəmi hər zaman efirlər, televiziyalar özləri dəvət edib. Kiməsə zəng edib deməyib ki, gəlin məni çəkin. Nənəm dinə çox bağlı idi. Biz nəvələrinə uşaq yaşlarımızdan “Kəlmeyi şəhadət”-i öyrətmişdi. Bu da onu ruhən, daxilən sakitləşdirirdi” deyə sənətkarın nəvəsi bildirib.

Rövşən Ramazanov bildirib ki, atasının xəstəliyi nənəsinə böyük stress yaşadıb.

“Atam insult olanda bacım qızının ad günü idi. Hamı evdə olub. Nənəm danışırdı ki, yaxşı ki, özümü itirmədim. Həqiqətən də kiməsə bir şey olanda ilk özünü çatdıran nənəm idi. Təcili yardım gələnə kimi ilk yardımı atama nənəm göstərib. Hamıya təsəlli verib ki, heç kim özünü itirməsin, şoka düşməsin. Nənəm danışırdı ki, “atanı xəstəxanaya yerləşdirəndən sonra hönkür-hönkür ağlamağa başladım ki, bu stresi canımdan çıxarım”. Həmin gün nənəm böyük stress yaşayıb. Səhəri gün mən gəldim, onunla görüşdüm. Gözlərində də böyük yorğunluq var idi. Deyirdi ki, “ola bilməz ki, övlad valideynindən əvvəl dünyasını dəyişsin. Həyatdır, hər şey ola bilərdi” deyə Rövşən Ramazanov bildirib.

Rövşən Ramazanov nənəsinin son günlərini də xatırlayıb.

“Hər şey elə tez baş verdi ki, özümüz də bilmədik ki, nə oldu?! Bakının bütün həkimləri nənəmi tanıyırdı. Ayda bir dəfə gedib özünü yoxlatdırırdı. Bir dəfə də özünü yoxlatdırmağa gedib. Mədə bağırsaq həkimi bizimlə əlaqə saxlayıb dedi ki, “uzi edəndə şübhəli nəyəsə rast gəldim, amma onu onkoloji həkimə göstərin”. Qulağım belə bir söz heç vaxt eşitməmişdi. Nənəmi müayinədən keçirtdik. Məlum oldu ki, xərçəng xəstəsidir. Həkim dedi ki, “elə bir xərçəngdir ki, bunu biz heç əməliyyatla da sağalda bilmərik. Bu xəstəlik bir anda yaranır, 3-4 aya insan həyatını puç edir”. Bunu nənədən gizlətdik, demədik. Şübhələnirdi, bəzən bizə deyirdi ki, nə olub ki? Bu həkimdən o həkimə aparırsız, ondan da buna.. Ölümündən 1 həftə öncə yatağa düşdü. Artıq özü başa düşmüşdü ki, ömrünə az qalıb. Başladı hamını yanına çağırıb, vidalaşmağa... Yaddaşı yerində idi. Sonuncu dəfə doğum günümdə mənə mesaj yolladı, zəng edib video görüntü ilə danışdım. Həkim demişdi ki, hazır olun, elə bir ağrıları olacaq ki... Elə oldu ki, komaya düşdü, heç o ağrıları hiss etmədi. Həyat yoldaşım Svetlana xanıma, bacım Zülfiyyə xanıma vəsiyyət edib demişdi ki, “sənətimi yaşadın, qoymayın sənətim itib-batsın”. Çünki qızımla məşğul olurdu, fərəhlənirdi.. Əlimizdən gələni edəcəyik ki, nənəmin sənət irsini layiqincə yaşadaq.. Bu həm də bizim borcumuzdur. Nənəm hər zaman diqqətlə əhatələnmişdi. İstər ailəsi tərəfindən, istərsə də sevənləri, sənət dostları tərəfindən.. “Xalq artisti” fəxri adına layiq olsa da bu adı ona layiq bilmədilər.. Bu diqqətsizliyin kökündə də hamı bilir ki, nə dayanır.. Sənətdə düzgün insan olmaq bəzən həmin şəxsi bir çox şeylərdən, imtiyazlardan uzaqlaşdırır. Nənəm sənətini sevirdi, medal, fəxri ad, şöhrət arxasınca qaçmırdı. Bu sənətdə olan sənətkarlardan kim Aliyə xanım qədər kitab yazıb?! Mən görməmişəm. Nənəm 3 kitabın müəllifi idi. Bunu ona görə etməyib ki, özünü yada salsın. O bunları sənət üçün, tarix üçün edib. Sənətdə bu qədər xidmətləri olan insan nədəndə gözdən yayınıb.. Zaman özü hər şeyi həll edir. Yəqin ki, həmin şəxslər illər keçəndən sonra başa düşəcək ki, kimə qarşı haqsızlıq ediblər” deyə Aliyə Ramazanovanın nəvəsi Rövşən Ramazanov bildirib.

Qeyd edək ki, bu gün Aliyə Ramazanovanın doğum günüdür. Yaradıcılığı boyu milli rəqsləri təbliğ edən sənətkar sevənlərinin qəlbində hər zaman yaşayacaq. Ruhunuz şad olsun!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru