Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb .....                     Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                 

Yerindən duran deyir ki, pul ver... – Xalq artisti
Tarix: 4-03-2024, 09:20 | Çap et
Yerindən duran deyir ki, pul ver...
diaaz.space xalq artisti Vidadi Həsənovun Kult.az-a müsahibəsini təqdim edir:

- 2016-ci ildən “M Teatr”ın bədii rəhbəri və direktorusunuz. Teatr yaratmaq fikri necə yarandı?

- Təxminən 38 illik pedaqoji fəaliyyətim var. Bu müddət ərzində gözümün qarşısından təhsil alan, universitet bitirən çox sayda istedadlı gənc gəlib keçib. Əfsuslar olsun ki, aradan bir müddət keçdikdən sonra onları səhnədə, sənət mühitində görməmişik. Çoxu taksi sürür, alverlə və ya başqa işlə məşğul olur. Onların heç bir günahı yoxdur. Çünki dövlət teatrlarında ştat cədvəli var. Orada bütün iş yerləri doludur. Bu gənclər də özlərinə yer tapa bilmədiyi üçün həyat şəraitləri onları məcbur edir ki, başqa işlə məşğul olsunlar. Ona görə düşündüm ki, kiçik bir teatr yaratmaq lazımdır. Bu istəkdən də “M Teatr” yarandı. 2016-ci ildən bu günə qədər fəaliyyətdədir. Ətrafımızda istedadlı gənclər var. Onlar da öz bacarıqlarını, istedadını göstərir. “M Teatr” təkcə öz tamaşalarını göstərmək üçün olan məkan deyil. Bu teatr həm də mədəniyyət mərkəzidir. Burada müxtəlif teatr truppaları çıxış edir. Məsələn, İsveçrədən, Nepaldan, Almaniyadan, Cənubi Azərbaycandan, Sumqayıtdan gəlmiş musiqiçi kollektivi burada yaxşı bir proqramla çıxış etdi. ADA Universitetinin keçmiş tələbələrinin “Ocaq” cəmiyyəti var, tez-tez onlar burada öz tamaşalarını göstərir. İncəsənət Unversitetinin tələbələri də tez-tez öz tamaşalarını təqdim edirlər. Şairlərlə, yazıçılarla, yaradıcı insanlarla tez-tez görüş keçirilir. Hər kəs özünü bu və ya digər şəkildə realizə etmək istəyirsə, “M Teatr” onun üçün bir platforma, məkandır. Bizim teatrın yaranmasında istəyimiz həm də ondan ibarətdir ki, imkan, məkan axtaran insanlara dəstək olaraq, öz bacarıqlarını göstərmələrinə kömək edək.

- “M.Teatr” yaxın zamanda ssenari və dramaturgiya kurslarına start verdi. Davamlı olaraq həyata keçirmək niyyətindəsiniz?

- Teatrın ədəbi materialı dramaturgiyadır. Əfsuslar olsun ki, biz gənc dramaturqlara, dramaturgiya ilə məşğul olanlara rast gəlmirik. Yazanların əksəriyyəti qeyri-peşəkarcasına yazır. Sadəcə dialoq qurur və düşünür ki, bu pyesdir. Düşündük ki, bu yaradıcı insanları öz ətrafımıza cəlb edək. Qoy onlar da dramaturgiyanın sirlərini, qaydalarını məhz dramaturgiyanın bərqərar olduğu yerdə görsünlər və yaxşı təcrübə əldə edib bu işlə məşğul olsunlar. Düşünürəm ki, bu çox faydalıdır.

- Bir az da “Balaca Şahzadə” tamaşasının premyerasından danışaq...

- “Balaca Şahzadə” tamaşası artıq son mərhələdədir. Mart ayının 8-9-10-u günorta saat 15:00-da bu tamaşanın premyerası baş tutacaq. 7-dən 77-yə kimi hər kəs bu tamaşaya baxa bilər. Antuan de Sent Ekzüperinin məhşur bir sözü var. Deyib ki, bütün böyüklər nə vaxtsa uşaq olublar, lakin onların çoxu bunu xatırlamır. Ona görə də düşünürük ki, bu tamaşa həm böyüklər, həm də uşaqlar üçün çox maraqlı olacaq.

- Bu gün serial və filmlərdə dublyaj, səs, aktyor oyunu hansı səviyyədədir və sizi qane edirmi?

- Bir zamanlar bu işlə məşğul olmuşam. Çətin günlər idi. Doğrudan da bu iş mənə çox fayda gətirdi. Maddi dəstək də oldu. İndi demək olar ki, bu işlə məşğul olmuram. Çoxdandır televiziyaya baxmadığım üçün son dövrlər dublyajın səviyyəsi haqqında konkret bir şey deyə bilmərəm.

- Zamanında mətbuatda köşə yazıları yazmısınız. Hələ də yazırsınızmı?

- 90-cı illərdə mənə dəstək olan işlərdən biri idi. O vaxt da həyat, mühit şərtləri çox sərt idi. Onda da köşə yazıları yazıb müəyyən qonarar əldə etmək olurdu. O da həmin zamanda həyatda ayaq üstə durmaq üçün böyük pul idi. Amma mən sadəcə maddiyyat üçün yazmırdım, həm də mənəvi ehtiyacdan doğan bir şey idi. Əfsuslar olsun ki, işlərin çoxluğundan başqa sahələrə vaxt ayırmaq olmur. Mən əvvəllər əsərləri daha tez-tez rus dilindən Azərbaycan dilinə tərcümə edib, səhnələşdirərdim. İndi bunun üçün çox az vaxt qalır. Daha bu işlərlə mütəmadi məşğul ola bilmirəm.

- Maraqlıdır, Vidadi Həsənov bu yaşında hansı rolun arzusunu içində daşıyır?

- Tutaq ki, mən dedim. Reallaşacaq? Bilsəm ki, həmin rol mənə veriləcək, bu saat deyərəm.

- Kino çəkmək istəsəniz, sizin qarşınızı kimsə ala bilər?

- Pul olsa, nənəm də film çəkə bilər. Azərbaycanda hamı dövlətin pulu ilə kino çəkmək istəyir. Öz pulu ilə kino çəkən adam görmüsünüz?

İndi Azərbaycanda film çəkmək üçün yüksək səviyyəli texnika var. Gedib pulunu ödəyib əldə etməliyəm, yaxşı ssenari, yaxşı aktyorum olmalıdır. Bunun da hamısı üçün pul lazımdır. Kim desə ki, kinomuzun qarşısında maneə yaradıblar və məni işləməyə qoymurlar, onlara inanmayın. Sizə bir şey deyim. Telefonla da film çəkib festivalda iştirak edib uğur qazanmaq olar. Telefonla çəkilmiş filmlər festivalı var. Yaxşı, böyük metrajlara pulun çatmır, beş dəqiqəlik film çək, görək, çəkə bilirsənmi? Yerindən duran deyir ki, pul ver, böyük film çəkim. Böyü, sonra çəkərsən də... Hələ balaca film çək, gör çəkə bilirsənmi?

- İnsanların bir çoxu Sovet dönəmində çəkilən filmləri indi çəkilən filmlərdən üstün tutur. Sizcə, çoxluğun bu düşüncədə olmasına səbəb kimdir və ya nədir?

- Mənim 66 yaşım var. Sovet hökməti dövründə ən çox yaşayan adamlardan biriyəm. Amma mən hərdən özümdən qat-qat cavan adamlara baxanda heyrətlənirəm. Düşünürəm ki, onlar Sovet dönəmini, sovet təhsil sistemini, ictimai mühitini, onun qayda və qanunlarını görməyiblər. Bunların beyni niyə Sovet düşüncəsi ilə doludur? Görəsən, bunlarda nostalji hisslər nədəndir? Çünki zamanın nəbzini tuta bilmirlər. Çağdaş dünyanı yaxşı tanımalı, onun haqqında məlumatın hərtərəfli olmalıdır. Üç nəfər bir yerə yığışıb riyaziyyatdan, fizikadan danışsa, nə sən, nə mən ağzımızı açarıq. Çünki başımız çıxmır. Amma baxın, mədəniyyətdən söhbət gedəndə, hamının ağzına çullu dovşan yerləşmir. Hərdən elə danışırlar ki, sən susmalı olursan, abırlanırsan. Onlar isə özlərini elə aparır ki, guya səndən yaxşı bilir. Riyaziyyatı, fizikanı bilmək üçün təhsil lazımdır. İncəsənət haqqında hamı danışa bilər? Nə üçün? Çünki incəsənət duyğularla, hisslərlə, mənəviyyatla bağlı məsələdir. Duyğu və hiss isə hamıda var. Biri gəlib oturur aktyorla bərabər ağlayır. Deyir, vay, mən aktirsa ola bilərəm. O birisi deyir ki, eyni hissləri yaşayırdım, deməli, mən də bunu edə bilərəm. Görürsünüzmü? Amma göründüyü kimi deyil.

- Müsahibələrinizdə demisiniz ki, “Çölçü” filminin ssenarisi mənim yazdığım kimi deyil. Rejissor dəyişiklik edib. Bu qədər uğurlu olmasında kimin töhfəsi daha çoxdur?

- Ssenari ədəbii materialdır, film deyil, ədəbiyyatdır. Onun kinoya çevrilməsi üçün mütləq lentə alınmalıdır. Ssenari mənimdir. Filmin müəllifi Şamil Əliyevdir. O, Şamil Əliyevin əsəridir. Onun nə uğuru varsa, bütün kollektivin əməyinin bəhrəsidir. Hər kəsin payı var.

- Müstəqil teatrların çoxluq təşkil etməməsinin səbəbi nədir?

- Hələ ki, ölkəmizdə yeri, yurdu daimi olan, hər həftə tamaşaçısına tamaşa nümayiş etdirən əfsuslar olsun ki, yalnız bir teatr var, o da “M. Teatr”dır. Düşünürəm ki, dövlətimiz müstəqil teatrların yaradılmasında maraqlı olmalıdır. Gənc nəslin yetişməsi, yeni teatr üslublarının yaranması üçün müstəqil teatrlar vacibdir. Onminlərlə əhalisi olan Günəşli, Masazır, Əhmədli, Xırdalanda niyə teatr olmasın? Bəli, teatr deyəndə biz böyük, sovet dönəmindən qalmış binaları nəzərdə tutmuruq. Baxın, kiçik formatlı belə teatrlar respublikanın hər yerində olmalıdır. Moskvada hər metrostansiyasının yanında demək olar ki, balaca bir teatr var.

- Gənc aktyorlarda müstəqil teatr yaratmaq eşqi daha çoxdur. Lakin işi laiqincə bacara bilmədikləri üçün bağlamağa məcbur olublar. Nə tövsiyə edərsiniz?

- Cavan adam səhv etməyə haqlıdır. Cavan adamın başı daşdan-daşa dəyə-dəyə olacaq bizim kimi qoca. Vay o günə ki, cavan adam səhv etməkdən qorxsun. O ümumiyyətlə, heç nə etməyəcək. Bir dəfə teatr açar, alınmaz, nə olar, cavandır. Nəyisə edə bilmədi, nəyinsə öhədəsindən gələ bilmədi, nəyisə nəzərə almadı. Sonra bir az təcrübə yığar, gedib, bir də açar. Niyyətin hara, mənzilin ora. Əgər sənin istəyin varsa ki, nə vaxtsa müstəqil teatr yaradacam, sən mütləq yaradacaqsan. İnsan cavanlığında çox şey istəməlidir. Mən bu yaşımda nə istəyim, nə arzulayım? Baxıram, qəbrimi görürəm...

Cavan adam mütləq planlar qurmalı, arzulamalı, ona doğru can atmalıdır. Nəyəsə bu gün nail olacaq, nəyəsə sabah, nəyəsə digər gün. Onda inkşaf olacaq. Mən də gənclik illərimdə istəyirdim ki, teatrım olsun. Amma qoca yaşımda oldu... Amma bunun üçün uzun müddət yol gəldim. Müxtəlif maneələr oldu. Mənim adıma min dənə söz dedilər. Ay nə bilim, işlədiyi teatrı dağıdır, direktor olmaq istəyir, bunun könlündən iddialar keçir, aktyorluqdan bezib. Ağzıgöyçəklər ağızlarına gələni danışdılar. Danışsınlar, karvansa getdi. Mən öz teatrımı yenə yaratdım.

Qoy o cavanlar da heç nədən qorxmasın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru