Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                 

"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Tarix: 4-01-2025, 08:37 | Çap et
"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.."
Müasir Azərbaycan poeziyası özünün yeni məhsuldar dövrünü yaşayır. Bütün üslublar öz potensiallarından istifadənin maksimal həddinə çatdırılıb. Bu kəmiyyət göstəricisi yaxşıdır yoxsa pis baxış bucağından məsələyə baxsaq nəticəsiz mübahisədən başqa bir şeyə nail olmarıq.Məsələnin ədəbi-tənqidi tərəfi bir yana, bu bir mövcud sosioloji fakt kimi təhlil tələb edir. İnsanlar Sözə sığınır, Sözə açılır, Sözə tökülür. Necə ifadə olunmalarından, bədii ifadənin hansı səviyyəsində olmasından asılı olmayaraq sözün "şeirləşməsi" bir kult rolunu oynayır. Şeirləşən söz yaşanmamış həyatın kompensasiyasına, psixoloji terapiyaya çevrilir. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq əminliklə demək olar ki, şeir ölkə ictimai rəyinin formalaşmasında əsas rollardan birini oynayır. 44 günlük müharibədən əvvəl sosial şəbəkələr Şuşa, Qarabağ, torpaqların azadlığı məzmununda şeirlərlə silkələnirdi. Şeir fəryad edir, haray çəkir, savaşa çağırırdı. Bəzi uzaqgörən tənqidçilərimiz "Qarabağı Azərbaycan poeziyası xilas edəcək" deyəndə həm də şeirin həmin dövrdə ictimai rəyə göstərdiyi bu dominant təsiri nəzərdə tuturdu...Bu gün poeziya haqqında vücudu və intellekti bir qəpiyə dəyməyən, ağzını açanda "elm, texnika, kompüter, süni intellekt" fışqıran bəzi yarımçıq intellektuallarımız aqressiv-ironiyalı bir tonda mülahizələr yürüdür, guya poeziyanın, obrazlı təfəkkürün, hələ-hələ humanitar bilgilərin bu xalqı inkişafdan saxladığını, elmi-texniki tərəqqidən uzaqlaşdırdığını yazırlar. Bəzi həqiqətən yaxşı yazan şairlərimiz də guya daha ciddi ad və nüfuz qazanmaq üçün artıq daha çox yazıçı, filosof, sosioloq... kimi tanınmağı daha üstün tuturlar. Şeirə həqarətlə baxan o intellektualların vurma cədvəlindən o tərəfə bir riyazi bilgilərinin olmadığını hamımız bilirik. Digər təbiət elmləri haqqında isə humanitar bilgi vasitəsiilə əldə etdikləri populyar və konspirativ məlumatlardan başqa bilgiləri olmadığı da məlumdur. Guya dünyanın hansısa inkişaf etmiş ölkəsində hamı "aytişnik", kibernetik, genetik və sairədir. Xüsusilə poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır? Şeirin hələ də ictimai rəyə göstərə biləcəyi həlledici təsirindən. Qarabağı düşməndən xilas edən təkcə əsgərin şücaəti, yüksək hərbi texnika deyildi, həm də türkün minillik mənəviyyatından, şanlı tarixindən doğan fəlsəfi-poetik ruh idi.Bu gün Suriyanı azad edən, Turanı quran, dünyanın ən modern hərbi texnikasını yaradan, bizim siyasi müstəqilliyimizin gələcəyinin təminatçısi olan da həmin ruhdur.Poetik ruh bütün dövrlərdə öz irrasionallığı, gözlənilməzliyi, aşqınlığı, daşqınlığı ilə milləti azadlıqdan, həqiqi inkişafdan saxlayan rasional cərçivələri qırıb aşırıb. Bu ruhun daşıyıcıları heç bir dövrdə ipə-sapa yatmayıblar, diri-diri soyulublar, yandırılıb, güllələniblər, sürğünlərdə donublar, həbsxanalarda çürüyüblər. Onlar - xalqın səsinin, qayğılarının, problemlərinin, harayının ifadəçiləri olan həqiqi söz sahibləri bu yarımçıq təfəkkürlü, yarımhəqiqətçi təlxəklərin istehzalı, aşağılayıcı leksikonu ilə ictimai rəy yaradıcılığindan kənarlaşdırılmaq istənilir. Anlamırlar, dərk eləmirlər ki, "Sənətdə yer gücü, göy gücü vardır". Anlamırlar ki, söz deyilməyəndə daha çox güclənir. İfadə olunmayan Zaman Sözə axıb tökülür, aşır-daşır. Tarix hələ onu saxlaya biləcək heç bir hədd, sədd kəşf edə bilməyib.

Arzu ƏSƏD - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru