Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Tarix: 6-01-2025, 15:06 | Çap et
 Bu gün Azərbaycanın mərhum müğənnisi, Əməkdar artist Aygün Bəylərin ölümünün birinci ildönümüdür. Onun bacısı Zümrüd Hümbətova Medianews.az-a müsahibə verərək ailədəki vəziyyət və bacılar arasındakı münasibətlərin gərginliyindən danışıb.
“Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Zümrüd xanım Aygün Bəylərin il mərasiminin Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında təşkil ediləcəyini bildirib. Lakin mərasimdə iştirak etməyəcəyini deyib:
“Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmiş kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir.”
Bacılar arasında ittihamlar
Zümrüd Hümbətova, xüsusilə bacısı Aynuru ittiham edərək, onun Aygünün ölümündən sonra bütün varidatı öz nəzarətinə götürdüyünü iddia edib:
“Anam rəhmətə gedən kimi evini satıb yedi. Qardaşım tutuldu, onun da malını-mülkünü satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir. Nə istəyirsə, onu da edir.”
O əlavə edib ki, Aygün sağlığında bütün var-dövlətini ona vəsiyyət etsə də, qəyyumluq sonradan Aynurun nəzarətinə keçib: “Məni hər şeydən uzaqlaşdırdılar. Halbuki Aygün Cananı mənə etibar etmişdi. İndi kənara çəkilmişəm. Kim nə istəyir, onu da edir.”
“Aygün ailədə hər şeyi dəyişirdi”
Zümrüd xanım Aygünün sağlığında ailədəki münasibətlərin fərqli olduğunu, onun birləşdirici rola malik olduğunu vurğulayıb: “Aygün sağ olsaydı, hər şey başqa cür olardı. Amma indi mən onun günündəyəm. Haqqına danışıram deyə məni hər şeydən uzaq tuturlar.”
“Hər kəs öz marağını güdür”
Müsahibədə Zümrüd Hümbətova Aygünün qızı Cananın vəziyyətindən də bəhs edib: “Canan Aynur xalasının yanındadır. Amma qızımın yaşadığı mühit və gördükləri Aygünün istədiyi kimi deyil. Heç kim maraqlanmır. Hərə özü üçün çalışır.”
Mübahisələr və gələcəyə baxış
Zümrüd xanım müsahibədə Aygün Bəylərdən yadigar olaraq yalnız mini disklərin və köhnə pianonun qaldığını bildirib. Onları da əlindən almağa çalışdıqlarını iddia edib:
“Bütün bunları Aygün sağlığında mənə vermişdi. Mənim pulda, varislikdə gözüm yoxdur. Heç kim öz var-dövlətini özü ilə aparmır. Kəfəndən başqa.”
Aygün Bəylərin sənəti və xatirəsi
Mərhum müğənninin ən çox sevdiyi və yadda qalan mahnılarından biri “Tut ağacı”dır. Zümrüd xanım bu mahnının Aygünün yaradıcılıq irsində xüsusi yer tutduğunu deyib:
“Tut ağacı” mahnısı ilə Aygün öz möhürünü vurub. Məzardaşı üzərində də tut ağacı simvolu var. Bu mahnı əbədi olaraq yaşayacaq, elə Aygün kimi.”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
|