Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Tarix: 13-02-2025, 15:47 | Çap et
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”?
Dünən ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı ilk addımını atmış oldu. Fevralın 12-i səhər saatlarında Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbət təxminən bir saat yarım davam edib: “Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib”.

Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər. Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar. Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər və “Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib”.

“Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib. Putin Trampa Amerika rəsmilərini Rusiyada, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib”, deyə Kremlin sözçüsü vurğulayıb.

ABŞ Prezidenti isə telefon danışıqları ilə bağlı deyib ki, söhbət “uzun və çox məhsuldar” olub. Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib. Putin ABŞ Prezidenti ilə razılaşıb ki, danışıqlar yolu ilə uzunmüddətli sülh nizamlanmasına nail olmaq olar.

Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz çox yaxından işləmək, o cümlədən bir-birimizin ölkələrinə səfər etmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, müvafiq komandalarımız dərhal Ukraynada sülh nizamlanması üzrə danışıqlara başlasınlar. Baş verən söhbət barədə Ukrayna Prezidenti Zelenskiyə zəng edərək məlumat verəcəyik, mən bunu indi edəcəm.”

Tramp deyib ki, o, dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Vals, xüsusi elçi Stiv Vitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffdən “müvəffəqiyyətli olacağına inandığı danışıqlara rəhbərlik etməyi” xahiş edib.

Bundan sonra Trampla Zelenski arasında telefon danışığı olb. Söhbətlə bağlı Tramp deyib ki, “Zelenski də Putin kimi sülh bağlamaq istəyir”.

“Mən indicə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, Putin kimi, sülhü bərqərar etmək istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə keçiriləcək, vitse-prezident J.D. Vens və dövlət katibi Marko Rubionun iştirak edəcəyi iclası müzakirə etdik”, deyə Tramp vurğulayıb.

“Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik. Ümid edirəm ki, bu danışığın nəticələri müsbət olacaq. Tamamilə lüzumsuz olan bu absurd müharibəni dayandırmağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına kömək olsun!”, - deyə tramp yekunlaşdırıb.

Ağ Evdən verilən məlumatda deyilir ki, Trampın Putin və Zelenski ilə təmasları çox müsbət olub.

Zelenski də Trampla danışığının detallarını açıqlayıb. Ukrayna Prezidenti ABŞ Prezidenti ilə söhbətinin “səmərli keçdiyini” bildirib: “Biz sülhün əldə olunması imkanları barədə xeyli danışdıq. PUA və digər aparıcı sahələr daxil olmaqla Ukraynanın texnoloji imkanlarını və komanda səviyyəsində birgə işləməyi müzakirə etdik”.

“Biz həmçinin resurslar sahəsində iqtisadi əməkdaşlıq və təhlükəsizliklə bağlı yeni sənədin hazırlığı barədə müzakirə apardıq. Prezident Tramp Putinlə danışığının detallarını bölüşdü. Ukraynadan çox kimsə sülh istəmir. ABŞ-la birgə rus işğalını dayandırmaq və möhkəm sülhü təmin etmək üçün növbəti addımlarımızı planlaşdırırıq. Tramp demişkən, “gəlin bunu edək!”. Biz əlaqə saxlamaq və qarşıdakı görüşü planlaşdırmaq üçün razılığa gəldik,” - deyə Zelenski vurğulayıb.

Vaşinqton-Moskva-Kiyev telefon diplomatiyasında aktivlik yerli və beynəlxalq ükspertlər tərəfindən müxtəlif cür şərh olunur. Əksəriyyət iddia edir ki, Tramp bu addımları ilə Rusiyanın qələbəsini təmin etməyə, Ukraynanı taleyin ümidinə buraxmağa çalışır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, analitik Zaur Məmmədov xatırladıb ki, Tramp seçki kampaniyası dövründə münaqişəni bir gün ərzində həll edəcəyini vəd etmişdi:

- Andiçmədən sonra 6 ayadək həll edəcəyini bildirdi. Əvvəldən məlum idi ki, 3 ildir davam edən şiddətli müharibə 24 saata bitə bilməz, bu, mümkünsüzdür. Trampın dediyi də o idi ki, yəni hakimiyyətə gəldikdən dərhal sonra məsələ ilə məşğul olacaq və ciddi nəticələr əldə edəcək. Əslində biz ABŞ və Rusiya arasında münaqişə üzərində alver görürük. 1993-94-cü illərdə necə Ukraynanın nüvə silahını əlindən aldılar, BMT-də səs vetosunu əlindən aldılar, bu gün də eyni siyasəti görürük. Amma bu hadisələr indi Rusiyanın yox, ABŞ-ın üstün mövqeyi kontekstində baş verir. Yenə də Avropa İttifaqı kənarda qalıb, Birliyin mövqeyi nəzərə alınmır. Yenə də iki böyük ölkə öz aralarında necə deyərlər, “bazarlıq” edirlər. Beynəlxalq ekspertlər zaman-zaman bildirirdilər ki, Ukrayna məqsədlərinə çatacaq. Amma görünən odur ki, proses fərqli gedir, Kiyevin maraqları təmin olunmamaq üzrədir.

- Belə çıxır ki, Amerika Ukraynanı “satır”...

- Trampın dünənki telefon danışıqlarından və verilən açıqlamalardan dərhal sonra Avropa İttifaqının əsas ölkələri birgə bəyanat yaydılar ki, “biz amerikalı həmkarlarımızla müzakirələr aparmaq və Ukraynanın ərazi bütövlüyü, Avropanın təhlükəsizliyi nəzərə alınmalıdır”. Görünən odur ki, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa baş verənlərdən narahatdır. Xüsusilə, Fransa, Almaniya və Polşa Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətindən narazıdır. Narazı olan ölkələr həm də Baltikyanı dövlətlərdir.

Dünən Tramp birinci Putinlə, sonra Zelenski ilə danışdı. Bu o deməkdir ki, ABŞ və Rusiya liderləri Ukraynanın taleyini öz aralarında həll edirlər. Daha bir fakt odur ki, Tramp Zelenskini fakt qarşısında qoyur. Əgər Zelenski artıq Vaşinqtondan Kiyevə hazır şəkildə gətirilən sənədə imza atacaqsa, o zaman Amerika Ukraynaya hərbi və siyasi yardımlarını davam etdirəcək. Söhbət nadir torpaq metalları və minerallarına dair sazişdən gedir. İmzalamasa, o zaman Zelenski meydanda tək qalacaq. Düzdür, nadir metallarla bağlı mövzunun gündəmə gəlməsinin səbəbkarı əslində Zelenskinin özüdür. Ötən ilin payızında Zelenski o zaman prezidentliyə namizəd olan Kamala Harrisə də, Trampa da müraciət etmişdi ki, məsələni həll etsələr, Ukraynanın zəngin metallarını ABŞ-a verəcək. Tramp bu gün Ukrayna liderinin həmin müraciətindən istifadə etmək istəyir.

- Amma Zelenski bunun Ukraynanın ərazi bütövlüyünün bərpasından sonra mümkün olacağını bildirmişdi...

- Bəli, Zelenski o kontekstdə bildirmişdi ki, qiymətli metallar əsasən, 50 faiz miqdarında Ukraynanın şərqində, Rusiya işğalında olan ərazilərdədir. İndi Rusiya ilə ərazi mübadiləsi məsələsi də var. Düzdür, Zelenski hansı ərazilərin mübadiləsini nəzərdə tutduğunu deməyib, amma yəqin ki, Kursk vilayətinin tutulmuş əraziləri ilə Donetsk və Luqanskın mübadiləsindən gedir. Lakin buna da Rusiya razı olmadığını bəyan edib. Ola bilsin ki, hansısa kompromis olsun. Çünki atəşkəsdə Rusiya da nədəsə güzəştə getməlidir. Kompromis kimi Zaporojyenin işğal edilmiş bəzi hissələrinin Ukraynaya qaytarılmasından söhbət gedə bilər. Hansı ki, həmin ərazilərdə qiymətli təbii metallar var. Amma Donbassın, Luqanskın işğalda olan hissələri və Krımın qaytarılması mümkün deyil.

- Məlumdur ki, Avropa İttifaqı danışıqlar masasında olmaqda israrlıdır. Tramp buna imkan verəcəkmi?

- Bu gün faktiki olaraq, nə Ukraynanın özü, nə də Avropa danışıqlar masasındadır. Əlbəttə, Tramp Zelenskiyə zəng etməli idi. Çünki söhbət Ukraynanın BMT tərəfindən tanınan ərazilərindən gedir. Trampa sual olunur: bəs müharibə başlayanda ABŞ avropalıları tərəfinə çəkdi və bildirdi ki, bu müharibə həm də avropalıların müharibəsidir. İndi Avropa bu məsələdən necə kənarda saxlanıla bilər? Ola bilər ki, trampın keçmiş Prezident Co Baydendən xoşu gəlmir, amma məsələ ABŞ-ın müttəfiqlərindən, müttəfiqləri ilə bağlı siyasətindən gedir?! Yaxud da, Avropa müharibənin belə dayandırılması ilə, bu atəşkəslə təhlükəsizliyini təmin edirmi? Əlbəttə, etmir və Rusiyanın bir neçə ildən sonra Avropaya hücum etməyəcəyinə istisna deyil. Görünən odur ki, Amerika yenə də Avropanı öz məqsədləri üçün istifadə etdi. Necə ki, Birinci Dünya müharibəsindən əvvəl də, İkinci Dünya müharibəsindən əvvəl də bu siyasət aparılırdı. Hesab edirəm ki, Vaşinqton danışıqlar masasında Avropanı görmək istəmir.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru