Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Tarix: 26-02-2025, 09:52 | Çap et
 Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq iş üzrə şahidlərin dindirilməsi mərhələsi də sona çatıb. Keçirilməsi nəzərdə tutulan növbəti prosesdə Ağadadaş Ağayev son söz deyəcək və bundan sonra prokurorun çıxışı olacaq. Prokurorun tərəflərin imzaladığı barışıq sazişini nəzərə alıb-almayacağı hələ ki, bilinmir. Saziş nəzərə alınarsa, tərəflərə şərti cəzalar təyin oluna bilər. Əks halda cəza təyini qaçılmazdır. 3 aydan artıqdır davam edən məhkəmə proseslərində tez-tez fasilələr yaranır. Fevralın 6-na təyin olunan proses də bu baxımdan istisna olmayıb.
Həmin gün Ağadadaş Ağayevin səhhəti pisləşdiyindən onun cinayət işi üzrə məhkəmə prosesləri fevralın 12-nə qədər təxirə salınmışdı.
Xalq artistinin vəkili Asim Abbasov Musavat.com-a demişdi ki, müvəkkilinin sağlıq durumunda problemlər olduğundan məhkəmənin ertələnməsi barədə qərar qəbul olunmasını xahiş ediblər. Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ittiham olunur. Binəqədi Məhkəməsində Ağadadaş Ağayevin tərəf olduğu 2 məhkəmə prosesi keçirilir. Proseslərdən birində o, müttəhim, digərində zərərçəkəndir. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev müttəhim statusundadır. Artıq tərəflər barışıq sazişi imzalayıblar və məhkəməyə təqdim ediblər. Ötən prosesdə Ağadadaş Ağayev cinayət işi üzrə özünün məhkəməsinə qatılsa da, 2 saat sonra keçirilən mühafizəçinin müttəhim olduğu prosesdə iştirak etməmişdi. Vəkili Asim Abbasov bunu Ağadadaş Ağayevin səhhətində yaranan problemlə əlaqələndirmişdi. Məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu demişdi.
Bildirmişdi ki, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:
“Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.
Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməmişdi. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Bu iş üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə 2024-cü il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Bu iş üzrə də Ağadadaş Ağayev qarşı tərəflə barışıq sazişi imzalayıb və məhkəməyə təqdim edib. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq. Xalq artistinə yekun olaraq xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər. Növbəti proses fevralın 27-nə təyin olunub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
|