Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

“Balta işi”ndən hər kəs dərs götürsün - ÇAĞIRIŞ
Tarix: 9-03-2025, 13:01 | Çap et
“Balta işi”ndən hər kəs dərs götürsün
“Balta işi” nəhayət yekunlaşıb. İctimaiyyətin bir müddətdir diqqət kəsildiyi məhkəmə prosesi - Xalq artisti Ağadadaş Ağayev və “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesində hökm oxunub. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub. Həmçinin A.Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilova da Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Nurəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, həmin cəza şərti hesab olunub. Məlumdur ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalının mühafizəçisi arasında ötən ilin iyul ayında yaranmış qarşıdurma zamanı xalq artisti mühafizəçiyə sarı balta atıb, mühafizəçi də ona ağır fiziki zərbələr endirmişdi. Bu hadisə uzun müddət ictimai müzakirələrin mərkəzində oldu. Xalq artistini qınayanlar da oldu, xəstəliyi ilə bağlı haqq qazandırmağa çalışanlar da. Həmçinin, mühafizəçinin də vəzifə səlahiyyətlərini aşdığı qeyd edildi. İş məhkəməyə qədər uzandı, məhkəmədə isə tərəflər arasında barışıq əldə olundu.

Baş vermiş hadisənin ictimaiyyətə təsiri barədə “Sherg.az"a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, kulturoloq Aydın Xan Əbilov qeyd etdi ki, xalq artisti, sevilən sənətkar Ağadadaş Ağayevin başına gələnlər görünməmiş hadisə deyil. Demək olar hər həftə çoxsaylı bu cür hadisələr baş verir. Amma hadisə iştirakçıları tanınmış şəxslər olmur və ya çəkiliş edilmir deyə gündəmə çevrilmir, maraq kəsb etmir. Ağadadaş Ağayev məhz tanınmış sənətkar, xalq artisti olduğu üçün onun iştirakı ilə baş vermiş hadisəyə bu qədər böyük maraq yarandı, izləndi, müzakirə predmeti oldu:

- Böyük sənətkarımızın başına gələn bu hadisə göstərdi ki, fərqi yoxdur, dahisən, böyük sənətkarsan, varlısan, kasıbsan, kim olursan ol, qanun qarşısında cavabdeh olacaqsan və məsuliyyət daşıyacaqsan. Çox maraqlı nümunədir və bütün vətəndaşlara nümunə olmalıdır ki, qanunu pozmasınlar. Hadisə baş verdi, kifayət qədər analiz edildi, tənqid edildi. Kaş olmayaydı. Amma olubsa da, mənfi hadisədən də müsbət nələrsə əxz etmək mümkündür. Elm sübut edir ki, təcrübədən, səhvlərdən yararlanaraq onlara düzəliş etməklə bəşəriyyəti irəli aparmaq olur. Düzdür, mən elmlə bilavasitə bu kriminal hadisəni müqayisə etmək istəmirəm, çünki bütün müqayisələr qüsurlu ola bilir.

Kulturoloq qeyd etdi ki, Ağadadaş Ağayev Azərbaycanın görkəmli sənətkarıdır, Azərbaycan dilində xalq, el mahnılarını, bəstəkar mahnılarının səsləndirilməsində onun rolu əvəzsizdir:
- Sovet dövründə dilimiz sıxışdırılan zaman, rus dili təsirinə və sovetin senzurasına qarşı musiqidən, Azərbaycan poeziyasından, dilindən, xalq mahnılarından Ağadadaş Ağayev və onun kimi sənətdaşları kulturoloji müqavimət kimi istifadə edirdilər. Amma xalqın, dövlətin yolunda ən böyük xidmətiniz, rolunuz olsa da, bu, sizə qanunu pozmağa haqq vermir. Bu kriminal hadisə bir daha sübut edir ki, son illərdə cəmiyyətdə mövcud olan gərginlik, ictimai və sosial həyatımızdakı dəyişkənlik sadə insanlarla yanaşı tanınmış insanların həyatında da böyük iz buraxa bilir. Bu tip hadisələr vaxtilə Avropa ölkələrində də baş verirdi. Avropa bu mərhələni keçdi artıq. İnsanlar buna ictimai-sosial sferada gərginliklə yox, məhz bir-birinə hörmət etmək, bir-birinin ağrısını yaşamaq, bir-birinə kömək etmək, insanların sosial problemlərinə həssaslıq göstərməklə nail oldular. Bizdə təəssüf ki, belə deyil. Yolda sürücülərin bir-birinə qarşı aqressiyasından tutmuş, insanların bir-birinə etinasızlığı, qanunu pozanların digərlərinin üzərinə hücum çəkməsi, haqsızın özünü haqlı hesab etməsi cəmiyyətdə hələ də gərginliyin qaldığını göstərir. Biz qəbul edirik ki, bir sistemdən digərinə keçmişik, biz qəbul edirik ki, Qarabağ müharibəsi, qaçqın və köçkünlük həyatı yaşayanlarımız olub, ərazilərimizi itirmişik, amma bunların heç biri artıq yoxdur. Torpaqlarımız işğaldan azad olundu, köçkünlər doğma yurdlarına qayıdır, Qarabağda nəhəng quruculuq işləri aparılır.... Şəhərimiz böyüdükcə, modernləşdikcə, bir çox problemlərimiz həll olunduqca, biz varlandıqca, xarici avtomobillərə malik olduqca, vəziyyət düzəlməliydi, Avropanın həm də ictimai etik normaları, sivil davranış qaydaları oturuşmalıydı, biz etik davranış qaydalarına riayət etməliydik. Amma əksini görürük. Gəncləri çox tənqid edirik ki, yaşlılara hörmət qoymurlar, ictimai nəqliyyatda yer vermirlər, amma görürük ki, yaşlılar özünü gənclərdən pis aparmağa başlayıb. Toylarda adətən gənclər dava-dalaş salardı, yaşlı insanlar araya girib sakitlik yaradardı, dalaşanları barışdırardı. İndi əksinədir. Yaşlı adamlar içir, başlayırlar dava salmağa. Hər hansı problemi dillə, sözlə həll etmək mümkün olduğu halda, onu balta ilə həll etməyə çalışırlar. İctimai nəzarət, ictimai qınaq olmalıdır ki, belə hadisələr olmasın. Ağadadaş Ağayev sənət adamıdır, tanınmış şəxsdir, onun kimi digər müğənnilər də hərəkətlərinə, davranışlarına diqqət etməlidir ki, gənclər onlardan ibrət götürsün. Problemi balta ilə həll etməyə çalışacaqlarsa, gənclər onlardan nə ibrət götürəcək? Ağsaqqal, sanballı sənətkar Ağadadaş Ağayev belə hərəkət edirsə, görün gənc müğənnilər, hacılar üstə dalaşan müğənnilərin və digər manısların vəziyyəti nə yerdədir. Biz necə ki texnikanı xaricdən gətiririk, övladlarımızı xarici ölkələrə təhsil almağa göndəririk, ictimai münasibətləri, davranış qaydalarını da ölkəmizdə oturuşdurmalıyıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru