7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                 

“Şəhid övladına belə hörmətsizlik edib” - QALMAQAL
Tarix: 25-03-2025, 12:46 | Çap et
“Şəhid övladına belə hörmətsizlik edib”
“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı “kölgədə” qalan həqiqətləri açıqlamaq, əksər aktyorlarımızın qorxaraq, çəkinərək, yaxud hansısa səbəblərdən dilə gətirə bilmədikləri, demək istəmədikləri məsələlərin əsl mahiyyətini açıq şəkildə ictimaiyyətlə bölüşmək istəyirəm. İlk öncə bunu qeyd etmək istəyirəm ki, bizim mübarizəmiz Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlıdır!”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında açıqlamasında deyib. Aktrisa M.Ələkbərzadə ilə bağlı iddialar səsləndirib:

“Son günlər 152-cü mövsümünü yaşayan Akademik Mili Dram Teatrında baş verən xoşagəlməz hadisələr, yaradıcılıq prosesindəki uğursuzluqların əsl mahiyyəti və səbəbləri, bədii rəhbər və kollektiv arasındakı soyuq, xoşagəlməz münasibətlər ölkə gündəminə çevrilib və geniş müzakirələrə səbəb olub. Mən – Mehriban Xanlarova, eləcə də həmkarlarımdan Xalq artisti Əli Nur, Əməkdar artist Münəvvər Əliyeva mətubata, internet saytlarına verdiyimiz açıqlamalarla teatrımızda baş verən ədalətsizlikləri cəmiyyətə çatdırmağa çalışmışıq. Bu açıqlamalar təkcə teatr camiəsində deyil, ümumilikdə mədəniyyət sahəsində ciddi rezonans doğurub…

Bütün bu söz-söhbətlərdən narahat olan Mehriban Ələkbərzadə məni israrla otağında danışığa dəvət etdi. Lakin mən şəxsi otaqlarda aparılan söhbətlərin heç bir nəticə vermədiyini bildiyim üçün bu təklifi qəbul etmədim və kollektivimizin, Mədəniyyət Nazirliyinin, mətbuatın iştirakı ilə açıq iclasının keçirilməsini, önəmli bir məsələnin orada müzakirəyə çıxarılmasını xahiş etdim. Əks halda, məni bir vətəndaş olaraq narahat edən önəmli bir məsələni ictimaiyyətə açıqlamaq məcburiyyətində qalacağımı bildirdim.

Açıq iclasın keçirilib-keçirilməyəcəyi ilə bağlı mətbuat katibi Cavid Zeynallı bildirib ki, yaşanan gərginliklə bağlı daha əvvəl ümumi açıqlama verilib. Bu məsələ ilə bağlı ayrıca şərh verməyəcəyik.

Cavid Zeynallının bu sözündən açıq şəkildə görünür ki, bədii rəhbər və onun sözçüləri “yaşlı nəslin gəncləri qısqanması” uydurma yalanının “kölgəsində” gizlənməyə davam edəcəklər. Elə bu səbəbdən də əlavə açıqlama verməyə və ya açıq iclas keçirməyə niyyətləri yoxdur.

M.Xanlarova əlavə efib ki, mübarizəsinə davam edəcək:

“Bədii rəhbərin yekəxanalığı, kobudluğu ilə bağlı bir olayı nəzərinizə çatdırmaq istəyirəm. Şəhid övladı olan Əməkdar artist Məsmə Aslanqızının bədii rəhbərimiz Mehriban Ələkbərzadə tərəfindən alçadılması faktını. Mehriban Ələkbərzadə, şəhid qızı ilə mübahisə zamanı səsinin tonunu qaldıraraq ona deyib ki, “Nə yuxarıdan gedirsən? 20 Yanvar şəhidləri çoxdan moddan düşüblər”. Məsmə onun sözündən sonra uzun müddət depressiyaya düşdü və səhhətində ciddi problemlər yarandı. Bu sözlərimin həqiqət olduğunu əziz həmkarım Məsmə təsdiqləyə bilər. Bu hadisəni teatrda, demək olar, bilməyən yoxdur. Lakin bəziləri abırlarına qısılaraq, bəziləri də qorxub çəkindikləri üçün dilə gətirə bilmirlər. Məsmə isə bir ilə yaxındır ki, səhhəti ilə bağlı ciddi problemlər yaşadığı üçün bu məsələyə ayrıca zaman ayıra bilmir. Bu səbəbdən xoşagəlməz olayı mən açmaq məcburiyyətində qalıram. Şəhidlərimiz, xalqımızın qəhrəmanlarıdır və onların xatirəsi hər zaman hörmətlə anılmalıdır. Şəhidlərimizin ailələrinə və onların əziz xatirələrinə olan hörmət, hər bir vətəndaşın mənəvi borcudur. Ümid edirəm ki, Məsmə, adının qarşısında atasının adına olan hörməti unutmadan və atasının ruhuna olan ehtiramını nəzərə alaraq, həqiqətləri inkar etməyəcək. Şəhid atanın qızı olaraq, onun irsini, qəhrəmanlığını və ruhunu yaşatmaq onun ən müqəddəs borcudur. Əgər Məsmə hər hansı bir şəkildə həqiqətləri inkar etməyə cəhd edərsə, mən əlimdə olan faktlarla bunu sübut edəcəyəm. Həqiqət hər zaman üstün gələcək və heç kim onu gizlədə bilməz! Şəhidlərimizin adını qorumaq vətəndaşlıq borcumuzdur!”.

Aktrisa bədii rəhbərin aktyor heyətinə hörmətsizlik etdiyini iddia edib:

“Təkcə şəhid övladı Məsmə Aslanqızına qarşı hörmətsizliklə bitmir. Bizim dəyərli sənətkarımız, hörmətli aktyorumuz, şəhid atası Əli Nur da eyni sayğısız münasibətlə üzləşib. Xalq artisti Əli Nur MediaNews.az-a verdiyi müsahibədə açıq şəkildə bildirib: “Mehriban Ələkbərzadə özünü yuxarıdan aparır və məni görüb saymır, başını aşağı salır. O, deyir ki, “Mən şəhid falan bilmirəm” və üstəlik də kobudcasına “heç kimə hörmət qoymur".

Bir teatrın bədii rəhbəri şəhid qızına və şəhid atasına belə sayğısız yanaşırsa, o zaman hansı dəyərlərdən, sənət etikasından danışmaq olar?

Ermənilər heç vaxt baş verməmiş bir hadisəni – qondarma “soyqırımı”nı dünya ictimaiyyətinə qəbul etdirmək üçün illərdir bütün mümkün vasitələrdən istifadə edirlər. Onlar saxta tarix uyduraraq, siyasi təzyiqlər yolu ilə bu yalanı müxtəlif ölkələrə tanıtdırmağa çalışırlar. Halbuki, bizim xalqımız gerçək faciələr yaşamış, dəfələrlə soyqırıma məruz qalmışdır. Xüsusilə, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında dərin iz buraxmış bir hadisədir.

Lakin təəccüblü və məyusedici olan odur ki, Mehriban Ələkbərzadə öz xalqının yaşadığı bu qanlı faciəni köhnəlmiş, “moddan düşmüş” hesab edir.

Mehriban Ələkbərzadə, teatrda aktyorlar və texniki işçilərlə sərt ünsiyyət, onların əməklərinin dəyərsizləşdirilməsi, psixoloji təzyiqlərə məruz qalması normal idarəçilik yanaşmasıdırmı?

Əziz tamaşaçılar, sizdən və teatr sahəsinə cavabdeh olanlardan soruşuram: Bu cür kobud, kollektivlə işləmək səriştəsi olmayan insanın Akademik Milli Dram Teatrı kimi ulu mədəniyyət ocağında rəhbər vəzifədə qalması nə dərəcədə doğrudur?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları olaraq, bədii rəhbər Mehriban Ələkbərzadənin özbaşınalıqlarına son qoyulmasını istəyirik! Haqq-ədalət naminə aidiyyəti dövlət qurumlarını bu məsələni dərindən araşdırmağa və ədaləti bərqərar edəcəklərinə inanırıq!

Mehriban Ələkbərzadənin rəhbərlik tərzi müəyyən bir sistem üzrə işləyir: o, ilk öncə qarşısındakı insanı psixoloji təzyiqlərlə sındırır. Əgər həmin şəxs susub müqavimət göstərməzsə, o insanı tam mənasıyla “manqurtlaşdırır” – yəni, öz iradəsindən, düşüncələrindən və yaradıcılıq azadlığından məhrum edir. O, əvvəlcə şəxsin emosional zəif nöqtələrini müəyyən edir və ardıcıl təzyiqlərlə onun mənəvi gücünü sarsıdır. Bu təzyiqlər təkcə kobud davranış və sərt tənqidlərdən ibarət olmur, həm də insanın özünü dəyərsiz hiss etməsinə yönəlmiş manipulyativ üsulları əhatə edir. O, insanın ruhunu qıraraq, onu itaətkar vəziyyətə gətirir. Əgər bu mərhələdən sonra həmin şəxs susaraq onun diktəsinə uyğun hərəkət edərsə, artıq o, "manqurt" vəziyyətinə keçir. Yəni, öz fikri, yaradıcılığı, şəxsiyyəti arxa plana keçir və yalnız Mehriban Ələkbərzadənin istədiyi kimi davranmağa başlayır. Belə şəxslər artıq onun göstərişlərinə mübahisəsiz tabe olur, öz yaradıcı sərhədlərini itirir və bir növ onun iradəsinin davamına çevrilirlər. Bu metod teatrda sağlam iş mühitini zədələyir, yaradıcı insanları sıradan çıxarır və kollektiv arasında qorxu mühiti yaradır. Əgər bu idarəçilik üslubu davam edərsə, Azərbaycan teatr sənətinə ciddi mənfi təsirlər göstərə bilər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkənin ən mühüm sənət ocaqlarından biridir və burada çalışan hər kəsin əsas məqsədi sənətin inkişafına xidmət etməkdir. Lakin hazırda teatr daxilində ciddi problemlər yaşanır. Bu problemlərin başında isə Mehriban Ələkbərzadənin idarəetmə tərzi dayanır.

O, teatrın içində sanki özünə aid ayrıca bir "respublika" qurmaq istəyir və həmin "respublikanın" yeganə hökmdarı olmağa can atır. Bu teatr onun şəxsi mülkü deyil, dövlətin və xalqındır! Teatr dövlət tərəfindən maliyyələşdirilən, sənət adamlarının birgə çalışdığı, azad yaradıcılıq məkanıdır. Lakin Mehriban Ələkbərzadə rəhbərlik etdiyi müddətdə teatrı şəffaf və yaradıcı bir mühitdən çox, avtoritar idarə olunan bir quruma çevirməkdədir.

Onun metodu sadədir: fərqli fikirləri susdurmaq, insanları psixoloji basqılarla idarə etmək, tənqid və müzakirəni qəbul etməmək. O, sənət mühitində avtoritar lider obrazı yaradır, istədiyi şəxsləri dəstəkləyir, istəmədiklərini isə sistemdən uzaqlaşdırmağa çalışır. Onun qurduğu “respublikada” yalnız ona tabe olanlar, onun idarəçiliyini sualsız qəbul edənlər qala bilir.

Teatr isə belə idarə olunmamalıdır! Sənət azad olmalıdır! Teatr bir insanın şəxsi ambisiyalarına qurban verilməməlidir! Bizim mübarizəmiz də məhz bu teatrı sənətin, ədalətin və azad yaradıcılığın mərkəzinə çevirmək üçündür! Mehriban Ələkbərzadənin şəxsi ambisiyaları teatrın sənət məbədinə çevrilməsinə mane olmamalıdır!”.

M.Xanlarova bildirib ki, M.Ələkbərzadə teatrı şahmat taxtasına çevirib:

“Aktyorlar bu taxtada fiqurlar kimi düzülüb – hər birinin yeri, hərəkəti və taleyi onun əlindədir. Kim itaət edir, o, lövhədə qalır – bəziləri piyadaya çevrilib, irəli getmək üçün yalnız bir istiqamətləri var və ən kiçik səhvdə qurban verilirlər. Kim isə öz iradəsini göstərmək, sərbəst hərəkət etmək istəyir, şahmat taxtasından kənara atılır – sanki artıq bu oyunda yerinə ehtiyac yoxdur.

Vəzirlər və fillər onun iradəsinə uyğun istiqamət götürməli, atlar yalnız icazə verilən yollardan getməli, qalalar isə yalnız divar rolu oynayır. Səhnədə azad fikir, sərbəst yaradıcı ruh üçün yer yoxdur – yalnız soyuq strateji gedişlər, hesablanmış addımlar və susqun fiqurlar var. Oyun qaydaları Mehriban Ələkbərzadənin əlindədir – şah mat etmək üçün, teatrın ruhunu donuq bir tabloya çevirmək üçün. Lakin sənət şahmat deyil – burada oyunun qalibi və məğlubu olmur, burada sərhədsiz bir yaradıcılıq olmalıdır. Amma bu taxtada artıq şah çəkilib.

Mehriban Ələkbərzadənin qurduğu sistem artıq sarsılıb, son mərhələyə yaxınlaşıb və dəyişiklik qaçılmazdır. Onun idarə etdiyi “şahmat oyunu” artıq sona yaxınlaşır, çünki sənət və azadlıq bu qurulmuş qaydaları sarsıtmağa başlayıb. Teatrın nəfəs alması üçün bu qurulmuş oyun lövhəsi sındırılmalı, fiqurlar yenidən azad olmalı, səhnə isə bir rəhbərin deyil, sənətin iradəsinə tabe olmalıdır. Çünki teatr bir nəfərin strategiya oyunu deyil – o xalqın ruhudur.

Sonda Mehriban Ələkbərzadəyə demək istəyirəm ki, önümə atdığınız yalanları bir aslan kimi parçalar, leşini isə önünüzə ataram. Çünki mənim təbiətim haqsızlığa boyun əymək deyil, onunla mübarizə aparmaqdır! Siz, bədii rəhbər olaraq, haqq səsimi boğmaq üçün nə qədər yalan uydursanız da, nə qədər səs-küy qoparsanız da, həqiqətin qarşısında mənim pıçıltım belə sizin gurultulu saxtakarlığınızı susdurmağa yetər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru