İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Tarix: 21-05-2025, 09:06 | Çap et

AZƏRTAC Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı geniş yazı dərc edib. Yazıda xatırlanır ki, respublikamızda televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır. Etiraf etmək lazımdır ki, bu sistemin keyfiyyəti yüksək olmasa da, telekanallar piplmetrlə təchiz edilmiş 150 ailənin tələbinə cavab vermək məcburiyyətində qalmışdı.

Beynəlxalq standartlara görə, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. 2022-ci ildən tanınmış “Kantar Media” şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn reytinq müəyyən etmə sistemi yerli operator “MARSA” tərəfindən həyata keçirilir. Hazırda 1000 ailədə ölçmə panelləri quraşdırılıb, ən müasir və keyfiyyətli texniki avadanlıqlarla daha şəffaf və dəqiq reytinq rəqəmləri əldə etmək mümkündür.

“MARSA”nın yanvar-aprel üzrə hesabatına görə, gün ərzində, ümumilikdə, televiziyaya baxan insanların orta sayı 5 milyon 789 mindir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 60,16 faizi hər gün televiziya kanallarına baxır.

Məzmuna gəlincə, tamaşaçılar daha çox informasiya və siyasi verilişlərə maraq göstərir ki, bu da bir tərəfdən cəmiyyətin dünyada baş verən siyasi proseslərə marağını nümayiş etdirir, digər tərəfdən isə məhz televiziyanın bu kimi mühüm bir sahədə etibarlı mənbə kimi çıxış etdiyini göstərir.

Qeyd edək ki, son dövrlərdə sosial mediada və ictimai müzakirələrdə tez-tez “Azərbaycan telekanallarına kim baxır ki?”, “Azərbaycan telekanallarını silmişəm” və ya “televiziya ölüb” kimi yanaşmalara rast gəlinir. Lakin belə görünür ki, bu kimi iddialar statistik reallıqlarla üst-üst düşmür. Aparılan araşdırma həm də televiziya kanallarının hələ də informasiya məkanında ciddi faktor olduğunu, xüsusilə də ictimai rəyə təsir imkanlarının davam etdiyini göstərir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, şəxsən özü heç bir əyləncəli proqrama baxmır: “Baxanda da yalnız xəbərlərə baxıram - ya İTV-yə, ya da AzTV-yə. Yəni eyni vaxtda yayımlandıqları üçün bir-birilərinə mane olurlar, yoxsa ayrı-ayrılıqda hər birinə baxardım. Lakin mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil. Mən belə düşünürəm. Ola bilər, 30, bəlkə də 40 faiz olsun. Ümumiyyətlə, dünyanın hər yerində ciddi verilişlərə, proqramlara əhalinin çox az hissəsi baxır. Mütləq əksəriyyət əylənmək istəyir. Əslində biz əylənməkdən əlavə, maarifləndirici verilişlərə də, məsələn, təbiət, yaxud elmi-kütləvi proqramlar haqqında proqramlara baxa bilərdik.

Aydın məsələdir ki, klassik tələblər var. Klassik tələblər də budur: maarifləndirsin, xəbər versin və nəyisə öyrətsin. İndi isə təbliğat-təşviqat istəsək də, istəməsək də müəyyən mənada faciə nəticəsində göstərilir və verilir. Amma hər halda, boş-boş, bayağı verilişlər olmamalıdır.

Bizdə bir şey olanda, kimdənsə xoşu gəlməyəndə, qəzetlər fəal işləyəndə deyirdilər ki, bu, “sarı mətbuatdır”. Amma məsələ ondadır ki, xaricdə “sarı mətbuat”ın özü də peşəkardır. İstənilən halda, əyləncəli proqramlardırsa, hansısa verilişlərdirsə, burada da peşəkarlıq lazımdır. Amma bizdə peşəkarlıq yoxdur. Bizdə gurultu, qışqırıq, səs-küy var.

Məsələn, Türkiyədə də bu səpkidə proqramlar var və mən onlara da baxmıram. Üç-dörd saat badımcan bişirirlər, beş saat soğan doğrayırlar, sonra ailədaxili problemləri və ya digər məişət məsələlərini ortaya çıxarırlar. İstənilən problem əgər ictimai dəyər daşıyırsa, onu, təbii ki, kütləvi informasiya vasitələri müzakirəyə çıxarmalıdır. Lakin bir də var ki, gəlinlə qayınana yola getmir, efirə çıxıb bir-birilərinə qışqırırlar, təhqir edirlər. Bu, mənim üçün maraqlı deyil və inanmıram ki, hansısa bir insana, xüsusən də bizim sosial təbəqəyə nəsə ağıllı, maarifləndirici və arxasınca gediləsi bir şey verir. Belə bir şey yoxdur. Maarifləndirmə - xəbər paylaşmaqdır. Doğru, dürüst və balanslı... Təəssüf ki, bu xəbərlərdə də kriminal informasiyalar üstünlük təşkil edir. Biz insanlara nəsə öyrətməliyik. Elmi-kütləvi proqramlar olmalıdır. Amma demək olar ki, bizdə belə proqramlar yoxdur. Yəni müxtəlif nələrsə etmək olar, amma qeyd etdiyim amillər kanallara reytinq gətirmir. Reytinq səs-küy, qışqırıq, gurultu və sairə ilə əldə olunur".

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli isə bildirir ki, hazırda həm televiziya verilişlərinin səviyyəsi ilə bağlı ciddi narazılıq var, eyni zamanda televiziyaya baxanlar da az deyil: “Baxılan verilişlər sırasında daha çox xəbərlər, ictimai-siyasi proqramlar, ictimai müzakirə proqramları, tok-şoular yer alır. Bunlara müəyyən qədər maraq mövcuddur.

O ki qaldı MARSA-nın yanvar-aprel aylarında apardığı monitorinqlərə - bu araşdırmalar göstərdi ki, əhalinin 60 faizi televiziyalara baxır. Bu, mənim üçün çox maraqlı rəqəmdir. Bəzən bizdə elə təsəvvür yaranır: sosial şəbəkələr var, ona görə də televiziyalara az baxılır. Amma indi məlum olur ki, sosial şəbəkələrin əsas müzakirə mövzularından biri də televiziya verilişləridir. Bu da istər-istəməz, dolayısı ilə televiziya verilişlərinin bir növ təbliğatı, təqdimatıdır, yaxşı və ya pis mənada piarıdır və televiziya proqramlarına marağın oyadılmasıdır.

Burada gerçək olan odur ki, İkinci Qarabağ savaşından sonra televiziyaların mötəbərliyi baxımından informasiyanın kontenti ön plana keçib və bu, televiziyalar üçün əsas şərtlərdən biridir. İnsanlar müxtəlif mənbələrdən məlumat alırlar, amma televiziyaları bu məsələdə mötəbər hesab edirlər. Xüsusən də rəsmi informasiyanın televiziya xəbərləri vasitəsilə əldə olunması bir reallıqdır.

Ola bilər ki, operativlik baxımından müəyyən çatışmazlıqlar var, hansısa baş verən hadisəyə dair reaksiyalar gecikmiş ola bilər, lakin internet bu gün elə bir imkan yaradır ki, mənbədən dərhal məlumatı almaq və yaymaq mümkündür. Buna baxmayaraq, əgər biz bu tədqiqata və araşdırmaya inanırıqsa, bizim televiziyamız, televiziya kanallarımız müəyyən bir dirçəliş havası hiss etdirir. Əgər auditoriya bu qədər toplanırsa, deməli, kontingentə diqqət yetirmək, ictimai müzakirələri artırmaq lazımdır. Tamaşaçıları düşündürən, cəmiyyət üçün maraqlı olan mövzuları ön plana çıxarmaq vacibdir. Belə fürsətlər hər zaman ələ düşmür.

Bu gün belə qənaətə gəlmək olmaz ki, televiziyalar tam öndədir, çünki əhalinin 60 faizi ona baxır. Hesab edirəm ki, bu rəqəm bir müvəqqəti göstərici də ola bilər. Çünki televiziyaya baxmayanların, məlumatı sosial şəbəkələrdən alanların da sayı kifayət qədər çoxdur. Amma bu araşdırma ilə bağlı inanmamağımız üçün ciddi əsaslarımız da yoxdur. Sadəcə, əsas yanaşma ondan ibarətdir ki, əgər televiziya kanalları tamaşaçıda bu etimadı yaradıbsa, onu inkişaf etdirmək, dərinləşdirmək, məzmuna hopdurmaq, daha maraqlı, rəngarəng verilişlərlə auditoriyanı təmin etmək şansı əldən verilməməlidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru