"İçi boş qalacaqsa, 5000 dollara çanta alıb zəngin görünməkdənsə, 500 dollarlıq çanta alın ki, içində 4500 dollarınız qalsın..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Bahalı geyinməklə daha dəyərli olmursan. Əgər beynin və qəlbin kasıbdırsa, zövqün yoxdursa, nə qədər bahalı geyinsən də bunun bir faydası olmayacaq..."











