Kamança ifaçısı Anar Yusub məşhur “Qal, sənə qurban” mahnısına yeni nəfəs verib.
"DİA-AZ" xəbər verir ki, sənətçi musiqisi Bəhram Nəsibova məxsus olan bəstəni cover versiyada, müasir aranjimanda təqdim edib. Layihənin aranjimanı və mix-masterinqi Nurlan Hatəmoğluna aiddir.
Anar Yusubun ifasında “Qal, sənə qurban” artıq “YouTube” platformasında dinləyicilərin ixtiyarına verilib.











