"İnsanlara peşəsinə və sənətinə görə dəyər vermək doğru deyil. “Filankəs müğənnidir, siyasətdən danışa bilməz”, “hansısa verilişdə ekspert ola bilməz” və sair kimi fikirlər kökündən yanlışdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "İntellekt və əxlaq nə insanın sənəti ilə, nə peşəsi ilə, nə də tutduğu vəzifə ilə ölçülür. Əgər bunu anlamırsınızsa, heç olmasa susun. Belə fikirlər səsləndirərək özünüzü gülünc vəziyyətə qoymayın..."











