TV aparıcılarının danışıqları:
" Mahnı gəlsin". Haradan gəlir? Müğənni səhnədədir, oxusun də!
"Səndən bir ifa alaq". "İfanı" necə alırsınız? Qiyməti neçəyədir?
"Sizin ifanızı eşidək" desəniz, diliniz quruyar?
Ey "oxuyanlar"! Ekran, efir meydan sulamaq yeri deyil! Sənət, sənətkarlıq nümayiş etdirmək yeridir! Ekran, efir "razborka" yeri də deyil, özünüzə gəlin!
TV-lərin aparıcıları, sizə nə düşüb ki, efirə dəvət etdiyiniz "oxuyanların" şərəfinə o ki var, tərif deyirsiniz? Əvvəlcədən nə razılığa gəlmisiniz? İmkan verin, onların sənətlərinə tamaşaçılar, dinləyicilər
rəy versinlər!
TV-lərin rəhbərləri! Bütün bunları görmürsünüz? Xalqın qarşısında məsuliyyətdən qorxmursunuz? Görmürsünüz ki, əməkdaşlarınızın ölkədə bir nazir müavinini tənqid etməyə cəsarətləri çatmır, xarici ölkələrin başçılarını "ağ yuyub, qara sərirlər"?
Bir sözlə, bizim televiziyalara baxmaq əsəblərimizə işgəncə verməkdir! Bunu özünüz hiss etmirsiniz?..
Deyəcəksiniz, "istəmirsən, baxma!"
Vaxtilə baxırdıq...
Müəllif: Xeyrəddin Qoca - Mənbə: "DİA-AZ"











