'İnsan nə qədər yaxşı insan olsa belə, qarşınızdakı insan özü necədirsə, sizi də elə görəcək. Uzun müddətdir bunu müşahidə edirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "İnsanlar gileylənir ki, “Axı mən bu adama pis olmamışam, niyə mənə qarşı belə edir” Sizin yaxşı olmağınız sizə məxsusdur, onun pis olması da özünə məxsusdur. Siz nə etsəniz də, bu münasibət dəyişməz. Çünki qəlbi qara olan insan sizin işığınızı görə bilməz, görsə də qəbul etməz.
Ona görə insanların sizə olan münasibətini şəxsiləşdirməyin. Əvvəllər təəccüblənirdim, əsəbləşirdim, indi isə hamını olduğu kimi qəbul edirəm və heç kəsə, heç nəyi sübut etmək istəmirəm. “Allah köməyi olsun” deyib keçirəm..."
İnsanlar öyrəşiblər öz günahlarını kiminsə üstünə yıxmağa. Adam tapmayanda isə “Lənət şeytana” deyib onun üstünə yıxırlar.
Yeri gəlmişkən, Lars von Trierin “Dogville” filminə baxın. Həm çəkiliş tərzi, həm də filmin mənası və fəlsəfəsi möhtəşəmdir.











