Sosial şəbəkələrdə kifayət qədər aktiv olan tanınmış müğənni Nura Suri yaradıcılığında da aktiv fazaya keçid edib. "DİA-AZ" xəbər verir ki, bu barədə sənətçinin özü açıqlama verib.
"Neçə vaxtdır yeni mahnılar üzərində çalışırıq. Beş yeni mahnım var. Mahnılarımın dördü hazırdır, biri isə aranjiman mərhələsindədir və yaxın vaxtlarda o da hazır olacaq", deyən müğənni daha sonra əlavə edib:
"Əslində mahnıları albom üçün hazırlayırdıq. Sonradan qərara gəldik ki, mahnıları növbə ilə “single” kimi təqdim edək.
6 mart tarixində “Ürəyimin Adamı” adlı mahnım bütün rəqəmsal platformalarda olacaq..."











