"Ən zəhləm gedən insan xüsusiyyəti kiməsə gəlib “filankəs sənin üçün belə dedi, elə dedi” deməsidir. Məqsədi bəlli deyil..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "Əgər haqqında danışılan adama dəyər verirsənsə, danışanın elə yerindəcə cavabını ver. Yox, əgər susmusansa, hətta deyilən sözlərə inanmısansa, niyə gəlib həmin adama deyib ürək bulandırırsan?
Kiminsə haqqında qeybət edib arxasınca danışırlarsa, mənim həmin adama hörmətim artır. Deməli, o insan nəyisə düz edib, uğur qazanıb ki, bu qədər gözü götürməyən peyda olub. Bir də ki, bir insan hamıya qarşı nə tam pis, nə də tam yaxşı olur. Qarşısındakı insanda hansı hissləri oyadırsa, elə münasibət də görür.
Demək istədiyim odur ki, başqalarının sözü ilə heç kimi qiymətləndirməyin, ön yarqılı ( mühakiməli) olmayın.
Özüm də belə səhvlər etmişəm. Kiminsə sözünə inanıb, mənə heç bir pisliyi dəyməyən adamlardan uzaq durmuşam.
Ona görə də sizdən kiminsə haqqında soruşanda heç olmasa deyin ki “Filankəs mənə qarşı yaxşı (və ya pis) olub, amma başqalarına qarşı necədir, bilmirəm”..."











