Tanınmış meyxanaçı Rüfət Nasosnu özünün sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqətə gəlib. "DİA-AZ"xəbər verir ki, şəxsi avtomobilində asdığı jurnalist vəsiqəsinin fotosu birmənalı qarşılanmayıb.
Elə mətbuat nümayəndəsi Aygün İlqar da öz reaksiyasında heyrətini gizlədə bilməyib. Jurnalist yazır:
"Məşhur Videoda deyildiyi kimi: "Görüyorsunuz anlatmaya gerek yok"...
****
Həqiqətən biabırçılıqdır, jurnalistika adına təhqirdir. Gülüncdür.
Hansısa kanalda aparıcılıq edib deyə PRESS kartını assın yaxasına?
(indi aparıcılıq edirmi bilmirəm, bir dəfə təsadüfən gördüm. O saat TV-ni bağladım. dedim mənim üçün Tv açmaq bitmişdir)
Türkiyədə də bir dövr məşhurlar aparıcılıq etdi, onlara o saat press verdilər?
Nəysə bu durumu da Allaha həvalə etməkdən başqa çarə qalmır..."











