
"Müharibəsiz bu dünyada həyat olmayıb və görünür ki, olmayacaq da. Ona görə də həyatı doya-doya yaşamaq lazımdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra bildirir: "İnsanların çoxu qazandığını qəpik-qəpik yığıb yatırım edir, əmlak alır və ya başqa planlar qurur. Amma bu gün imkanınız varsa, elə bu günü bayram kimi yaşayın.
İndiki dövrdə gələcəyi dəqiq planlamaq mənasızdır.
Bütün milyonçular Amerikanın Kaliforniya ştatında, Los-Ancelesdə yatırım edib malikanələr almışdı - nə oldu? Çoxu yanıb kül oldu.
Kimin ağlına gələrdi ki, Dubaya raketlər düşə bilər və qəpik-qəpik pul yığıb istirahətə gedən insanlar öz ölkələrinə qayıtmaq üçün günlərlə əziyyət çəkər?"











