"Məni tanıyanlar bilir ki, uzun bir zamandlr ki, efirlərdə qonaq və ya teleekspert qismində iştirak edirəm. Tam olaraq 20 ildir ARB də Elqiz Əkbərin aparıcı olduğu Elqizlə izlə verilişində ekspertəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında "Azad Qələm" nəşrinin rəhbəri Nəcibə İlkin qeyd edib.
O daha sonra bildirir: "Veriliş bağlanandan məni görənlər, tanıyanlar verilişin bağlanması üçün narahatçılıq keçirdiklərni və nə vaxt açılması barədə soruşurlar. Dedikləri bir fikir var. Axı o, veriliş niyə bağlanmalı idi?
Bax, burda mən də soruşuram Elqiz Əkbərin verilişi niyə bağlandı? Onun verilişi xeyirxahlıq missiyası daşıyırdı ona görəmi. O imkansız insanlara, xəstələrə yardım edirdi, ona görəmi. Ona pənah gətirənlərin yerindəcə problemini həll edirdi, ona görəmi? Şəhid valideynlərə, qazilərə, müəyyən qurumlar tərəfindən hüquqları pozulan kəslərin hüquqlarını qoruyurdu, ona görəmi?
Elgiz Əkbər bəziləri kimi bu yerə asan gəlib çıxmayıb. Qəzetdən efirə, efirdə isə müxtəlif layihələr işləyərək bu yerə çox zülmlə gəlib çatıb.
Bəzən televiziya ekranlarında elə insanlar olur ki, onlar sadəcə aparıcı deyil, həm də insanlıq nümunəsidir. Elgiz Əkbər məhz belə simalardandlr. Onun sözündə səmimiyyət, davranışında isə insaf və mərhəmət var. Bunu hər kəs efirdən hiss etmiş olar. O, veriliş aparmaqla kifayətlənməyən, insanların dərdinə şərik olan bir aparıcıdır. Elqiz Əkbərin ən böyük üstünlüyü insanlara qarşı həssas və xeyirxah münasibətidir. O, efirdə tez tez çətin vəziyyətdə olan insanlara kömək edir, onların səsini cəmiyyətə çatdırır. Bu isə göstərir ki, Elqiz sadəcə məşhur olmaq üçün deyil, insanlara fayda olmaq üçün bu peşəni seçib.
Onun danışıq tərzi, insanlarla ünsiyyət qurma bacarığı və ədalətli mövqeyi tamaşaçıların hörmətini qazanıb. Çünki hər kəs hiss edir ki, bu sözlərin arxasında səmimi bir ürək dayanır. Elgiz Əkbər kimi aparıcılar televiziya məkanında insanlıq, mərhəmıt və xeyirxahlıq dəyərlərini yaşadır.
Belə insanların varlığı cəmiyyət üçün böyük dəyərdir. Çünki xeyirxahlıq və insaf kimi dəyərlər hər kəsə nümunə olur.
Onun verilişi cəmiyyət, xalq tərəfindən çox sevilən olduğu üçün ola bilsin ki, çoxları tərəfindən həzm olunmayıb. Yəqin ki, belə qalmaz. İnşallah haqq öz yerini tapar..."











