"Dünyanın yeni düzəni heç də ürəkaçan deyil. Müharibələr, aclıq, insanların artan sayının azadılması və digər problemlər bunu açıq göstərir".
"DİA-AZ" xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, hazırda dünyadakı mövcüd vəziyyətə diqqət çəkərək insanlara səslənib:
"Kimlərisə qane etməkdən, göstəriş üçün yaşamaqdan imtina edin. Özünüzü düşünün, özünüzə dəyər verin. Sabaha böyük planlar qurmaq əvəzinə, bu gününüzü düşünün və onu doya-doya yaşayın.











