Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

“9 İLDƏ HƏR ŞEYİ KAMERA İLƏ QEYD ETMİŞƏM”
Tarix: 27-09-2012, 10:01 | Çap et
“9 İLDƏ HƏR ŞEYİ KAMERA İLƏ QEYD ETMİŞƏM”

ELŞAD ABDULLAYEVDƏN İLGİNC AÇIQLAMALAR

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev sentyabrın 25-də deputat Gülər Əhmədovanın ondan rüşvət tələb etdiyini göstərən video yayıb. “Azadlıq” radiosu hazırda Fransada yaşayan Elşad Abdullayevə bununla bağlı suallar ünvanlayıb.

- Gülər Əhmədova video görüntünün montaj olunduğunu deyir, sizin onu şantaj etdiyinizi bildirir.

- Mənim kimisə şantaj etməkdə marağım yoxdur. Mən qardaşım oğurlanana qədər Gülər xanımı tanımamışam. Qardaşım Mahir Abdullayev – MTN mayoru 2002-ci ilin 13 oktyabrında oğurlanıb. Oktyabrın 14-də işə gələndə, Gülər Əhmədova və Sevinc Babayevanı qəbul otağında görmüşəm. Hələ qardaşımın oğurlandığını bilmirdim. Gülər Əhmədova dedi ki, nə işin, problemin olsa deyərsən, Ramiz Mehdiyevlə həll edərəm. İlk mənə xidmətini təqdim edən Gülər Əhmədova oldu. Bunlar notariusla pul alırlar, bunu da etiraf etmirlər. Dövlət orqanının rəsmi sənədinə də etiraz edirlər, şantaj adlandırırlar. Özü də pulu ona hər şeydən qabaq qardaşımın geri qaytarılması üçün vermişəm.

- Amma bu pulu həm də deputat olmaq üçün verdiyinizi demisiz...

- Özüm hər deputat seçkisində iştirak etmişəm. Hüquq elmlər doktoru kimi parlamentdə olmaq istəmişəm. Amma gördüm ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə dövlətin gücündən mənə qarşı istifadə edir. Baxmayaraq ki, özüm dövlətin içində olmuşam, müəyyən vəzifələr tutmuşam. Amma bunlara heç bir şey sübut etmək mümkün olmur. Buna görə də 9 ildə hər şeyi kamera ilə qeyd etmişəm. Adam oğurluğu ilə məşğul olan təşkilat dövlət içində, dövlət strukturlarında oturub. Hacı Məmmədovun dövründə onlar çayxanalarda otururdular. Ona görə bu işi açmaq çətindir. Ona görə cəsarətlə deyirlər ki, video montaj olunub. Montaj olunmayıb, bunu hüquqşünas kimi deyirəm. Yalan deyirəmsə, məsuliyyətə cəlb etsinlər. Montajdır? Qoy ekspertlərə versinlər. Azərbaycandakı ekspertlərin durumu aydındır. Ancaq beynəlxalq ekspertlər asanlıqla müəyyən edə bilərlər ki, burda videomontaj yoxdur.

- Siz deyirsiz ki, Gülər Əhmədovaya 2 milyon manat pul vermisiz. Dərhal bir sual gündəmə gəldi ki, haradandır ABU rektorunda bu qədər pul? Elə Gülər Əhmədova da bu sualı səsləndirib. Sual edir ki, bu pulları leqal biznesdən qazanıbsa, vergisi hanı? Daha sonra deyir: “Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”.

- Mən qardaşımın oğurluğu ilə bağlı kimə nə vermişəm, prokurorluqda dindirmə protokolunda hamısı var. Qohum-əqrəbam mənə kömək edib. İkincisi, mənim Bakıda tikinti şirkətlərində payım olub, mənzil payım. Bunu da satmışam. Bununla bağlı alqı-satqı müqavilələrim var. Yəni hamısının mənbəyi var. Mən onlar kimi camaatı təhdid edib var-dövlətini almamışam. Mənim əlimdən alıblar. Azərbaycanda 10 mindən çox sahibkar var, hamısı lal olub, kar olub. Eləsi var məndən betər müsibətlərlə üzləşib, biri də ağzını açıb danışmır. Bu nə ölkədir? Mən ləyaqətimin tapdanmağındansa ölkəmi tərk etmişəm.

- Siz bu ölkənin vəziyyətindən danışırsız, amma özünüz də son 20 ildə iqtidar partiyasının üzvü olmusuz. Yəni sizin də baş verənlərdə günah payınız yoxdurmu?..

- Heydər Əliyev Bakıya gələndə biz həqiqətən də qurban kəsmişik. Demişik ki, Allaha şükür, biz bu problemlərdən qurtulduq, Qarabağımızı da qaytaracaqlar. Bu işlərə də canla-başla kömək eləmişəm. Mən qısa müddətdə böyük işlər qurdum. Uşaq bağçası açdım, orta məktəb, kollec açdım, universitet, akademiya açdım. Bunu da qısqandılar. Qardaşımı girov götürüb bunları bir-bir geri tələb etdilər. Mən bununla bağlı bütün instansiyalara, Avropa Məhkəməsinə müraciət etmişəm ki, bu özbaşınalığa son qoyulsun. Bu boyda özbaşınalıq olar? Mən elə YAP-ın üzvü kimi danışıram. Ən böyük ziyanı da Azərbaycan müxalifətindən çox YAP-çılar çəkib. Ziya Bünyadov, Fərəməz Maqsudov qətlə yetirilib.

- Necə bilirsiz, bütün bunlardan sonra YAP hakimiyyətdə qalmalıdırmı? Deyirsiz ki, vəziyyət pisdir, cinayətkarlar hakimiyyət başındadır...

- Nə partiyası olur olsun, xalqın etimadını itirməməlidir. Onu itirdinsə, qalmaq şansı da azalır. Mən Heydər Əliyevə heykəl qoymuşam, onun adına mərkəz yaratmışam. Mən dövlətimizə xidmət etmişəm. Amma mən dövlətimdən dəstək görmədim.

- Siz universitet rektoru olmusuz. Gülər Əhmədova da sizi rüşvətdə, ali məktəbə saxta yolla qəbul aparmaqda ittiham edir. Bu yöndə sizinlə mübarizə apardığını bildirir.

- Məndə Gülər xanımla 5 saatlıq danışığımızın çəkilişi var. Orda bu söhbətlərin biri də olmayıb. Tam iftiradır. ABU universitetlərin reytinq göstəricisinə görə özəl universitetlər arasında birinci yerdə olub. Son illər Ermənistanda 72, Gürcüstanda 75, Azərbaycanda isə 77 özəl universitet yarandı. Qonşu ölkələrdə bu universitetlər yenə də fəaliyyət göstərir, amma Azərbaycanda 77 universitetin hamısı bizimki kimi sıradan çıxarıldı və birləşdirildi son yaranmış ailə universitetlərinə. Səbəb budur. Mən iki ildir gəlmişəm, gündə bir müəllim tuturlar. Dillər Universiteti dəbdədir, onun əleyhinə kampaniya gedir. Əsas problemi yaradanlar kənardadır. Kənardan baxıb millətə gülürlər.

- Yəni universitetdə rüşvət olmayıb?

- Hələ mənim dövrümdə bir nəfər rüşvətə görə məhkəməyə cəlb olunmayıb. Mən gedəndən sonra rüşvət məsələsi çıxdı, qara transplantasiya məsələsi gündəmə gəldi. Mən universitet nəzdində xəstəxana açmışam və onu icarəyə vermişəm. Baş həkim cinayət edirsə... Hesab edirəm ki, bu da saxta işdir. Mən Bakıdan çıxandan bir il sonra baş prokuror deyib ki, Azərbaycanda qara transplantasiya yoxdur. Sadəcə, bu yolla mənə təzyiq edirlər. Hələ universitet fəaliyyət göstərəndə qardaşımın işiylə bağlı Avropa Məhkəməsinə müraciət etdim. Mənim ərizəm artıq qeydiyyata götürüldü. Bundan sonra təzyiqlər başlandı. Dedim ki, qardaşımı qaytarın, ərizəmi geri götürüm. Olmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru