Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

AZƏRBAYCAN TÜRMƏLƏRİNDƏ DÖZÜLMƏZ VƏZİYYƏT
Tarix: 29-09-2012, 13:59 | Çap et
AZƏRBAYCAN TÜRMƏLƏRİNDƏ DÖZÜLMƏZ VƏZİYYƏT
В«120-125 nəfər eyni barakda yatır. Vərəm, Hepatit C və digər yoluxucu xəstələr – hamı eyni yerdə qalır. Yataqlar arasındakı məsafə heç 40 sm deyil. Qarşı yataqdakı adam nəfəs alanda, onun nəfəsini rahatlıqla öz üzərində hiss etmək olurВ».

SƏHƏR 7-DƏN AXŞAM 10-UN YARISINADƏK AYAQ ÜSTƏ

Müsavat Partiyasının Gənclər Komitəsinin bir ildən çox həbsdə olan sədri Tural Abbaslı belə deyir. O, müxalifətin İctimai Palatasının 2011-ci il 2 aprel aksiyasında həbs olunmuşdu. Həbsinin yarısını Kürdəxanı həbsxanasında, qalanını Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Həmin aksiyada həbs olunanlardan daha biri - AXCP sədrinin müşaviri Sahib Kərimov da 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Sahib Kərimov deyir ki, bu həbsxananın В«yazılmamışВ» qanunları var. Həmin qanunlara görə, cəzaçəkmə müəssisəsində hər gün saat 7-də yuxudan qalxmaq lazımdır. Yatmaq vaxtı isə saat 21:30-dadır. Bu vaxta kimi qocasından, xəstəsindən, əlilindən asılı olmayaraq, heç bir dustağın beş dəqiqə olsun yatağında oturmasına belə icazə verilmir.

В«TƏXMİNƏN 25 NƏFƏRİ SÜRÜYÜB APARDILARВ»

14 saylı cəzaçəkmə müəssisəsində sentyabrın 9-da etiraz aksiyası olub. Bir neçə ərzində rəsmilər belə bir hadisənin baş verməsini inkar edirdilər. Ancaq hadisədən bir neçə gün sonra hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçi Vidadi İsgəndərli В«MediaforumВ» portalının suallarını cavablandırıb. O, sentyabrın 9-da baş verən hadisəni belə təsvir edir:

В«Cəzaçəkmə müəssisəsinin rəhbərliyi etirazçıları sakitləşdirə bilmədi. Sonra 100-dən çox əsgər və 50-yə yaxın qarapaltarlı şəxs müəssisəyə daxil olub meydana hücum etdilər. Qiyama qoşulmayan dustaqları kluba yığmışdılar. Çox sayda dustaq xəsarət aldı. Daha çox qarapaltarlılar qəddarlıq edirdilər. Bəzi dustaqlar kəsici alətlərlə damarlarını doğramışdılar. Heç beş dəqiqə keçmədi ki, aksiya dağıdıldı, 120-dən çox dustağı yerə uzatdılar. Onlardan təxminən 25 nəfərini sürüyə-sürüyə maşınlara mindirib apardılarВ».

Vidadi İsgəndərli bildirib ki, təxminən 200 dustaq həbsxana əməkdaşlarının onlara qarşı qanunsuz fiziki zor tətbiqinin dayandırılması, barakların təmir olunması, yatmaq üçün normal şərait yaradılması və sair tələblər irəli sürüblər.

Vidadi İsgəndərli həbsxanadakı şəraiti belə təsvir edir:

В«Guya bunların aləmində qaydaları pozan məhbuslar ilk olaraq ayaq üstə qalmalıdır. В«SəhvləriniВ» başa düşməzlərsə, dubinka ilə döyülürlər. Yenə də etiraz eləsələr, bu dəfə onlar В«karsaВ» göndərilirlər. Təbii ki, orada işgəncələrin ağırlığı da getdikcə artır. Daha bir nümunə deyim. Penitensiar xidmətin nəzdində vərəmli xəstələrin müalicə müəssisəsi var. Ora göndərilən xəstələrin əlləri 3-4 sutka bağlı saxlanılır. Hətta təsəvvür edin ki, onlar öz fiziki tələbatlarını elə qaldıqları yerdəcə əli bağlı ödəyirlərВ».

В«1 SAYLI TƏCRİDXANANI ÇIXMAQLA...В»

Bir müddət əvvəl İctimai Palata aksiyalarda həbs olunan üzvlərinin də iştirakı ilə həbsxanalardakı vəziyyətə dair dinləmələr keçirmişdi. Dinləmələrdə cəza çəkdikləri müəssisələrdən danışan partiya fəalları məhbuslar üçün yaradılan vəziyyətin olduqca pis olduğunu diqqətə çatdırıblar.

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılının fikrincə, Azərbaycandakı əksər həbsxanalarda vəziyyət oxşardır:

В«İlk növbədə onu demək olar ki, 1 saylı təcridxana istisna olmaqla Azərbaycandakı digər həbsxanaların hamısı standartlara cavab vermir. Orada insanların saxlanma şəraiti çox pisdir. Binalar köhnədir, avadanlıqlar köhnədir. Ərazilər kiçikdir. Məhbusların işləməsi üçün, asudə vaxtlarını keçirmələri üçün, istirahətləri üçün şərait yoxdur. Məhbuslar üçün insani şərait yoxdurВ».

В«VƏZİYYƏT YAXŞIYA DOĞRU DƏYİŞİRВ»

Ombudsman yanında Milli Preventiv Mexanizm qrupunun rəhbəri Vüqar Məmmədov isə hesab edir ki, əvvəlki illərlə müqayisədə cəzaçəkmə müəssisələrində vəziyyət yaxşıya doğru dəyişib:

В«Bu sahədə islahatlar aparılır. Məsələn, bu günlərdə məhkumların vəziyyətinin yüngülləşdirilməsi üçün yeni qanun layihəsi qüvvəyə mindi. Bundan başqa, biz Milli Məclisə məhbusların telefon danışıqlarının sayının artırılması ilə bağlı müraciət etmişik. Bunlar hamısı yüngülləşdirici hallardır.

Amma əlbəttə çatışmazlıqlar da var. Əsasən həbsxanalardakı şəraitlə bağlıdır. Amma hazırda əsas maliyyə bu istiqamətə yönəldilib və yeni müasir standartlara uyğun cəzaçəkmə müəssisələri inşa olunurВ».

Vüqar Məmmədov 14 saylı cəzaçəkmə müəssisəsində aksiyadan sonra oraya yollandığını və baş vermiş hadisənin yerindəcə araşdırıldığını deyir. O, məhkumların bəzi etirazlarını haqlı, bəzilərini isə haqsız edir. Vüqar Məmmədov bildirir ki, məhkumların xüsusilə yaxınlıqdakı daş karxanasının fəaliyyətinə dair iradlarını haqlı sayır. Məhkumlar həmin karxananın işini səhhətlərinə ciddi ziyan vurduğunu deyirlər. Bununla əlaqədar Ombudsman Elmira Süleymanova Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ədliyyə Nazirliyinə müraciət edib.

В«CƏMİYYƏTİN ÖZÜ BİR HƏBSXANADIRВ»

Sentyabrda Gürcüstan həbsxanalarından birində məhbuslara qarşı zorakılıqları göstərən videonun yayılmasından sonra Daxili İşlər naziri və həbsxanalar üzrə nazir istefa verdi. Yüzlərlə insan küçələrə axışıb baş verən hadisəyə öz etirazlarını bildirdilər.

В«FAR CenterВ» Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, Azərbaycanda bu cür hadisələrə reaksiyanın olmamasının əsas səbəbi cəmiyyətin özünün bir В«həbsxanaВ» olmasıdır:

В«Fəalların döyülməsi, jurnalistlərin təqib olunması – biz bunları hər gün görürük. Buna görə də, həbsxanada kiminsə döyülməsi, işgəncəyə məruz qalması xəbəri bizi təəccübləndirmir. Çünki bizdə çöl də içəri kimidir. Biz hamımız həbsxanadayıqВ».

В«2012-Cİ İLDƏ CİDDİ POZUNTU OLMAYIBВ»

Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitəsinin üzvü Sahib Məmmədovun fikrincə isə, həbsxanalardakı problemlərə sistemli yanaşılmalıdır:

В«Burada prinsipial məsələ odur ki, bu cür hallar baş verəndə, ona operativ reaksiya var. Dövlət strukturları bunun qarşısının alınmasına yönələn tədbirlər görürlər. Ən pisi isə odur ki, aşağıda baş verənlərə yuxarılar göz yumurlarВ».

Sahib Məmmədov deyir ki, 2012-ci ildə onlara həbsxanalarda ciddi qanun pozuntuları haqda məlumat daxil olmayıb. Yeganə hal bir cəzaçəkmə müəssisəsində dustaqların soyuq havada saxlanması və yataqlarına buraxılmaması ilə bağlı olub. Həmin cəzaçəkmə müəssisəsinin rəhbərliyi penitensiar xidmətdən uzaqlaşdırılıb. Ancaq Sahib Məmmədov bu söylədiklərini yalnız Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələrinə şamil edir. Deyir ki, Azərbaycanda əsas zorakılıq və qanun pozuntusu halları müvəqqəti saxlanma təcridxanalarında olur. Burada isə ictimai nəzarət məhdudlaşdırılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru