Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
Tarix: 30-09-2012, 14:29 | Çap et
YENİ TİKİLƏN GÖYƏDƏLƏN UÇA BİLƏR
“KASPİ” QƏZETİ AZƏRBAYCANDA İNŞAAT İŞİNİN BƏRBADLIĞINDAN YAZDI

Azərbaycanda tikinti sahəsinin hələ tam formalaşmadığını ekspertlər dəfələrlə vurğulayıblar. Bunlara baxmayaraq, bu işlə məşğul olan şirkətlər öz istədikləri kimi tikinti aparırlar. Dünən səhər şahidi olduğumuz bir mənzərə vəziyyətin necə təhlükəli olduğunu bir daha göstərdi.
Əvvəlcə qeyd edək ki, bu günlərdə redaksiyamıza bir məlumat daxil olmuşdu. Məlumatı verən Bakı şəhər sakini Həzi Aslanov mertostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində yaşayır. O, şikayətində bildirirdi ki, yaşadığı bina ilə üzbəüz binanın qarşısında dərin bünövrə qazılıb. Bu, köhnə binaya bitişik olduğundan, mövcud hündürmərtəbəli binanın özülü qazılıb və bir neçə aydır ki, belə də qalır. Dünən sözügedən ünvanda olduq.

Vəziyyət həqiqətən də məlumatda deyildiyi kimi idi. Yəni yeni qazılan bünövrə köhnə hündürmərtəbəli binanın özülünü dərinliyə doğru açıb. Bir neçə sakinlə söhbət zamanı məlum oldu ki, bu özül təxminən iki aydır ki qazılıb. Amma tikintiyə yeni başlanılıb. Onu da öyrəndik ki, tikinti “Babək” MMC-yə məxsusdur. Tikintinin sahibi isə hər kəsin “hacı” kimi tanıdığı bir şəxdir. Yerli sakinlərin məlumatına görə, bu şəxsin insani keyfiyyətləri demək olar ki, yoxdur. Bir az sona özümüz də onun qeyri-insani keyfiyyətlərinin şahidi olacaqdıq.

Ərazi ilə tanış olarkən bir neçə şəkil çəkdim. Sən demə, “hacı” deyilən şəxs məni görübmüş. Sonuncu şəkli çəkəndə özülün o biri başında məni çağırdı və mənə doğru addımladı. Sakit şəkildə ona yaxınlaşdım. “Sən kimsən ki, şəkil çəkirsən?”- deyə, qolumdan tutdu: “Burda yaşayırsan, niyə çəkirsən, davay cəhənnəm ol burdan”. Onun bizimlə təhqiramiz danışdığını xatırladıb, lazımi cavabı verərək həddini bildirdim və sakit tərzdə ərazini tərk elədim. Amma görünür, yamanca səksəkəyə düşmüşdü. Çünki onun necə çəkindiyini gözlərindən görmək mümkün idi. Düşündüm ki, əgər bu insan qanun çərçivəsində öz işini görürsə, bəs niyə adi bir şəkildən qorxur? Yaxud niyə ətrafdakı sakinlərə orada nə tikiləcəyi ilə bağlı məlumat vermir? Hətta ərazinin komendantı belə bu barədə heç nə bilmədiyini deyir.

Qeyd edək ki, ekspertlər paytaxtda bu kimi qeyri-qanuni tikililərin çox olduğunu təsdiqləyir. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bizimlə söhbətində xatırlatdı ki, mövcud tikinti normaları var. Bu normalara görə, yan-yana olan binalar arasındakı məsafəyə o qədər də tələb yoxdur. Amma üz-üzə tikilən binaların arasındakı məsafə isə hündürlüyünün 1.5 misli qədər olmalıdır: “Ancaq dediyiniz məqama gəldikdə isə, deyə bilərəm ki, əgər eyni yerdə iki binanın tikintisi nəzərdə tutulursa, sonradan digər binan özülünü qazmamaq üçün hər ikisinin bünövrəsi əvvəlcədən qazılmalıdır. Əks halda, bunlar yolverilməzdir”.

Dövlət Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin bildirdiyinə görə, Bakı şəhərində inşa olunmuş hündürmərtəbəli yaşayış binalarının əksəriyyətində memarlıq, şəhərsalma, tikinti normaları ilə bağlı çoxlu problemlər var: “Binaların əksəriyyətinə kommunal xidmət qurğularının olmaması səbəbindən yanacaq verilməsi mümkün olmur. Bu binalara qaz xətləri çəkilsə də, daxili şaxta və havatəmizləyici sistemi olmadığından qaz verilmir. Hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin bir çoxu təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilib. Dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi halları çoxalıb”. C.Qocayevin sözlərinə görə, bir çox şirkət hələ də sovet dövründən qalma normativlərlə işləyir. Şirkətlər 5 və 9 mərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmuş qaydalardan 12, 14, 16 mərtəbəli yaşayış binalarının tikintisində istifadə edirlər”.

Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfira Budaqova isə qeyd etdiyimiz problemə belə şərh verdi: “Bir bina ilə üzbəüz müvafiq məsafə olmadan bina tikilməməlidir. Onlar arasındakı məsafə 2 H-a bərabərdir. Yəni binanın yerdən təpəsinə qədər olan məsafə qədər. Əgər binalardan biri hündür, biri alçaqdırsa, hər ikisinin hündürlüyü toplanır və bu qədər araları olmalıdır. Bu, şəhərsalmanın qanunudur. Dediyiniz ünvan əgər sürüşmə zonasıdırsa, bu, ümumiyyətlə, çox təhlükəlidir. Hər binanın torpağa düşən ağırlığı var. O torpağın ideologiyasına görə həmin ağırlığa dözə bilən konstruksiyası olmalıdır. Bina tikilib başa çatıbsa, demək, onun oturuşmuş konstruksiyası var. Yaxınlıqda tikilən yeni bina da elə məsafədə tikilməlidir ki, əhatə elədiyi torpağın dözümlülüyünə görə otursun. Əgər bu ağırlıq oturmursa, özbaşınalıq edib həmin binaya bitişik başqa tikili tikirlərsə, bu çox təhlükəlidir, həmin bina istənilən vaxt sürüşə bilər”.
Z.Budaqova vurğuladı ki, bünövrəni bünövrəyə yapışdırmaq olmaz. Əgər o binaya bitişik bir, ya iki mərtəbəli market, yaxud yeraltı anbar tikirlərsə, bunun təhlükəsi yoxdur. Amma orada yeni hündürmərtəbəli binanın tikilməsi ağlagəlməz bir şeydir, mümkün olan şey deyil”.

Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) tikinti şirkətlərinin rəhbərlərinə etdiyi xəbərdarlığı xatırlatmaq yerinə düşər. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində ölkədə lisenziya almış tikinti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə agentliyin rəisi Cəbrayıl Xanlarov tikinti şirkətlərinin rəhbərlərinə bildirib ki, obyektlərdə tikinti işlərinin başlanılması yalnız onun layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması və dövlət ekspertizasından keçirilməsindən və qanunvericiliyin digər tələblərinə riayət olunduqdan sonra mümkündür. Bundan başqa, bir çox hallarda seysmik zonalarda tikinti işlərinə başlamazdan əvvəl bərkitmə işlərinin aparılmaması, eyni zamanda, işlərin sürətlə başa çatdırılması məqsədilə həyata keçirilən tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsinin obyektlərin keyfiyyətsiz inşası və gələcək istismarının təhlükəliliyinə səbəb olduğu bildirilib.

Haqqında danışdığımız məsələni FHN-in də nəzərinə çatdırmaq istədik. Amma telefon bağlantısı qura bilmədik. Ümidvarıq ki, bu yazıdan sonra FHN və digər aidiyyəti qurumlar sözügedən ünvanda yenidən yoxlamalar aparacaq. \ kaspi.az \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru