Yeni il girər-girməz "Azəriqaz"ın vətəndaşlara yaratdığı problem zəruri edir ki, bundan sorumlu olan səlahiyyət sahibləri cəzalandırılsın. "DİA-AZ" xəbər verir ki, belə bir çağırışda bulunan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında deyir:
"SOCAR, nə qədər gec deyil "sayğac" xəstəliyinə tutulmuş, müxtəlif üsullarla daima abonent narazılığı yaradan Azəriqaz İB -də ciddi kadr islahatları aparılmalıdır. Düşünürəm ki, bu qurumda ötən il apardığınız "islahatlar" zamanı çoxlu sayda sıravi işçilər (xadimə, çilingər, texniki işçilər və s) ixtisar olunmamalı, əksinə, bütün rəhbərlik✅ istefaya göndərilməli idi və bu ilin ilk ayı da məhz bu islahatla başlanmalıdır!"
NHMT sədri daha sonra bunları əlavə edib:
"Görəsən, hansı xüsusi imtiyazlara görə cənab Azər Məmmədov da toxunulmazlar siyahısına düşüb??
Düşünürəm ki, tezliklə Azəriqaz İB sosial şəbəkələrdə yazılanlara əsaslanaraq “mövcud sayğacların təcili yeni mexaniki sayğaclarla əvəz olunması” barədə Fəaliyyət Planı hazırlayıb SOCAR-a təqdim edəcək və həm də təsdiq etdirəcək! Və təzə bir “ağıllı”sayğac əməliyyatı başlanacaq,Təbii ki, abonentin xəbəri və razılığı olmadan..."











