"VTB bankdan heç kim kredit götürməsin..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Qərib Qocayev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "2021-ci ildən kredit götürmüşəm. Hələ də ödəyirəm... bu gün fikir verirəm ki nə oldu bu qurtarmadı elə... Hər ay 130, 150, 200 manat vurmuşam ki tez qurtarsın... Bu 5 ildə bu zibil kredit qurtarmır...
Bu ay ödəniş eləmişəm, baxiram 130 manatdan 1.394 manat borc yazib, ödəniş eləmişəm 1.380 olub. Necə olur ki, 130 manat ödənişə 14 manat çıxıb, borc yazıb yenə... 1002.95 toxunmaz olaraq qalır. Biri məni başa salsın: bəlkə mən səhv edirəm....
Bezmişəm artıq... ödə-ödə... 5 ildir bu borc qurtarmır. Nə qələt edib bu bankdan kredit aldım bilmirəm...."











