"Deməli, "Kapital Bank"a aid kredit kartı var müddəti bitir deyə yenisini sifariş vermək istədim birbank üzərindən, məndən belə bir ərizəni imzalamağı tələb edir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ərizədə qeyd edilib ki, əgər gecikmə olarsa, ödəniş tam olaraq vətəndaşın həmin bankda və digər banklarda olan hesab və kartlarından tutulsun. Bildiyim qədər kreditdə ödənmə olmadığı halda məhkəmə qaydasında vətəndaşın kartından müəyyən faiz məbləği tutulması qərar verə bilər.
Ancaq bu #kapitalbank öncədən vətəndaşı bu ərizəni imzalamağı məcbur edir ki məhkəmə olmadan, həm də tam olaraq kartdan tutulsun, üstəlik bunu tək öz bankına aid hesab və kartlardan yox vətəndaşın digər bankalarında olan kartlarından tutur. Belə bir şey qanunidir? Bunu hansı haqla edir?
Günlərdir banka elədiyim zənglər müraciətlər cavabsız qalıb, hər dəfə bir əməkdaş zəng edir dinləyir vəziyyəti bilib deyir mənlik deyil başqa şöbəyə yığın, #kapitalbank hələ də buna cavab verə bilmir.
Qeyd: həmin bankda illərdir kredit kartım var, kreditim var gecikmə yoxdu ödəniş olunur, sadəcə bank vətəndaşı qanunsuz olaraq belə bir şeyə imza atmağı niyə hansı haqla tələb edir bilmək istəyirəm..."











