Elm və Təhsil nazirliyi bu il də ənənəvi olaraq təhsil ocaqlarında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə pul yığımını pislədiyini bəyan etsə də, neqativ faktlar neçə gündür ki, yerli KİV-lərin "bəzəyinə" çevrilib.
"DİA-AZ" bildirir ki, bununla bağlı ETN rəhbərliyini görəvə - vəzifə borcunun icrasına dəvət edən tanınmış təhsil eksperti Sakit Muradov özünün sosial şəbəkə hesabındakı paylaşımında çağırış da edib.
Ekspert bildirib: "İddia olunur ki, ETN, MÜTDA, DİM və ARTİ - də 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyə alan, təbrik edən, hətta restoranda yığıncaq edənlər var.
Ümid edirik ki, ədalətdən danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, MDPİM - Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi, şəxsən Emin Əmrullayev cənabları, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət İmtahan Mərkəzi işçilərinin hamısını Etik davranış qaydalarını pozduğuna görə işdən azad edərlər..."











